Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə35/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

143
Tanı oğlunu, Vətən!
İsmət Qayıbov qərarını S.Məmmədova bildirdi: “Təcili Ba -
kı ya getməli, həbs olunmuş bir neçə erməni ilə Şükür Rzayevi də -
yiş mək  lazımdır”.
Bakıdan Ağdama nümayəndə heyətinin gəlməsi məlum olan
kimi, İsmət Qayıbov Ağdamda qalıb gecələməli oldu. Onun fikri
həmin nümayəndə heyəti ilə Bakıya qayıtmaq və girov məsələsini
həll etmək idi. 
Mən də onunla Bakıya getməli idim, dəyişdiriləcək erməniləri
təyin olunmuş yerə gətirməli idim (“Qarabağ” qəzeti, 15-21
noyabr, 2014-cü il).
İsmət Qayıbov Şükür Rzayevin girovluqdan azad olunmasını
çox istəyirdi. Amma bunu görmək ona qismət olmadı. Şükür Rza-
yev erməni girovluğundan 24 gün sonra, yəni dekabrın 7-də azad
edildi.
...Müşavirə Ağdam Rayon İcraiyyə komitəsinin sədri Xuraman
Abbasovanın otağında başladı. Müşavirəni Azərbaycan Res pub li -
ka sının Dövlət katibi Tofiq İsmayılov aparırdı. O, DQMV Təşkilat
Ko mitəsinin bütün üzvlərinin müşavirədə iştirakının təmin olun -
ma sını qətiyyətlə tələb etdi. Sərt, bir az da əsəbi şəkildə DQMV
ko mendatını soruşdu. Heç 15-20 dəqiqə keçmədi ki, hərbi komendant
N.V. Jinkin, DQMV Dİİ-nin rəisi V.V.Kovalyov, vilayət prokuroru
İ.A.Plavski, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin
rəi si S.S.İvanov özlərini müşavirəyə çatdırdılar.
T.İsmayılov onların üstünə qışqırdı:
– Vəziyyətin bu yerə gəlib çıxmasının səbəbkarı elə sizsiniz.
Siz və digər günahkarlar barəsində lazımi tədbirlər görəcəyik.
Birdən üzünü hərbi komendanta tutub: “Mən bu gün camaatı
öz evlərinə qaytarmalıyam, özümüz də həmin kəndə getməliyik”,
– dedi.


144
Tanı oğlunu, Vətən!
Sonra dönüb general Jinkindən soruşdu:
– Sizin transportunuz (nəqliyyatınız) var?
O da hərbçilərə xas bir cəldliklə cavab verdi:
– Bəli, bir döyüş vertolyotumuz var.
Tofiq İsmayılov yum ru ğu nu masaya vurub: “onda qal xın,
getdik”,– dedi. 
Bir onu gördüm ki, hamı qalxdı ayağa. Hamını vertolyota
rəhmətlik Məhəmməd Əsədov yerləşdirirdi. O, yerdə da yanıb bir-
bir içəri keçməyə işarə edirdi. Mən də vertolyota da xil olanda
Məhəmməd Əsədov qolumdan tutaraq, “sən qal, on suz da adam
çoxdur,” – dedi. Həqiqətən də pilot, ekipaj ko man diri Ko tov və
he yət üzvü Domov deyinirdilər ki, vertolyotun yü kü ağır olacaq.
Ar tıq mən geri qayıdanda rəhmətlik İsmət mü əl lim qa ça-qaça gə -
lir di və qolumdan dartıb dedi ki, Sadir, hara qa yı dırsan, gəl görək.
Mən isə Məhəmməd Əsədovun məni dü şürt dü yünü dedim, o isə
“yax şı, qal, tez qayıdacağıq və axşam Bakıya uça rıq,” – de di və
li manına tərəf yollandı. Bu günkü kimi yadımdadır: ver tolyot ha -
va ya qalxanda hava gü nəşli idi. Qarabağın dağ-ya mac ları açıq-
ay dın  görünürdü.
...Xuraman xanıma faciə sanki əyan olmuşdu. Yaman narahat
idi, bir yerdə durub otura bilmirdi. Elə tez-tez soruşurdu: “Bəs
vertolyot niyə qayıtmadı?”
Bir azdan hərbi komendantın müavini V.İ.Kuşnarikin sürücüsü
Vidadi gəlib çıxdı, məni kənara çəkib dedi ki, Kuşnarik ratsiya ilə
hərbi hissəyə məlumat verib və polkovnik Sadir Məmmədovun
bütün təcili yardım maşınlarını Mərzili postuna yığmasını tapşırıb.
Sonra sakitcə, mühüm sirr bölüşürmüş kimi: “Deyəsən, vertolyot
vu ru lub...”,  – dedi. 
Bəd xəbər tez çatır, qara xəbər tez yayılır...


145
Tanı oğlunu, Vətən!
Sadir Məmmədov vertolyotun vurulması haqqında Daxili
İşlər Nazirliyinin növbətçi hissəsinə, sonra təkrar ratsiya ilə Ağsu
dolamasındakı DAM (Dövlət Avtomobil Müfəttişliyi) postuna da
məlumat verdi və Mərzili postuna yollandı.
Hərbçilər ratsiya vasitəsilə onu Kuşnariklə bağladılar. Kuş -
na rik bildirdi ki, vertolyot parça-parça olub və güclü alov içindədir.
Vertolyota yaxın getmək qeyri-mümkündür.
Polkovnik iki əsgəri də yanına qoşub hadisə yerinə yollanır.
“Biz avtomobilin işığı sönülü vəziyyətdə alova tərəf getdik, artıq
bir neçə yerdə parça-parça alov yanırdı. 
Bizi Kuşnarik qarşıladı: “Onsuz da vertolyota yaxın düşmək
mümkün deyil və bir nəfərin də sağ qalmaq ehtimalı yoxdur”, –
dedi”.
Hadisə ərazisi çevrələndi, postlar qoyuldu.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin də məlumatı
ya yıldı. Məlumatda deyilirdi ki, Azərbaycanın görkəmli dövlət
xa dim ləri olan vertolyot Xocavənd rayonunun Qarakənd kəndində
du mana düşmüş, sərt dağa dəyib qəzaya uğramışdır. Vertolyotun
ekipajı və içindəkilər – SSRİ Xalq deputatları Vaqif Cəfərov və
Vəli Məm mə dov, respublika su təsərrüfatı nazirinin şöbə müdiri
Qurban Namazəliyev, Pre zident Aparatının şöbə müdiri Osman
Mirzəyev, Teleradio şir 
kə 
tinin əməkdaşları Alı Mustafayev,
Fəxrəddin Şahbazov, Arif Hü seynzadə, eləcə də rus generalları
(Jinkin, Kovalyov, S.İvanov, Se ri kov, Lukaşov, Koçerov) həlak
olmuşdular.
Xalqımızın çox dəyərli oğulları – Dövlət katibi Tofiq İs ma -
yı lov, respublikanın Baş prokuroru İsmət Qayıbov, Dövlət müşaviri,
general Məhəmməd Əsədov bu qanlı erməni terrorunun qurbanı
oldular...
Ölkə yasa batdı...


146
Tanı oğlunu, Vətən!
Bu faciə ölkəni elə sarsıtmışdı ki, hamının içinə qara ümid -
sizlik, kor çaşqınlıq düşmüşdü.
...Hadisə yerini Bakıdan gəlmiş istintaq-əməliyyat qrupu
müayinə edirdi. Bir nəfərin də bu qəzadan sağ çıxmadığı məlum
olur. Həlak olanlardan 12 nəfəri tanınırdı, 3 nəfər isə xüsusi
nişanələr, əlamətləri ilə müəyyənləşdirildi: general Məhəmməd
Əsədovu, qohumu Qüdrət Paşayev kəmərindən tanıyır. 7 nəfərin
cəsədi isə vertolyotun kül topalarından götürülərək ekspertiza
üçün tabutlara qoyulur. Rəhmətliklərin cənazələri Ağdam məscidinə
gətirilir.
Faciədən sonra polkovnikin vertolyota minməməsi dedi-qo-
dulara səbəb olur. Sadir müəllim özü dəfələrlə mətbuatda çıxış
etmiş, bu haqda geniş müsahibələr vermiş, məsələyə konkret
faktlarla, dəlil-sübutlarla aydınlıq gətirmişdi: 
“...Vertolyot faciəsinin kütləvi informasiya vasitələrində
qeyri-peşəkar müzakirəsi həlak olanların ruhuna sayğısızlıq, qo-
hum-əqrəbalarının onsuz da yaddan çıxmayan dərdlərinin, qay -
saq lanmlş yaralarının qoparılmasından başqa bir şey deyil. Təəssüf
ki, ümumi dövlət və milli əhəmiyyət daşıyan bu hadisəyə həqiqətdən
əsla xəbəri olmayan bəzi insanlar özlərinin ağlına gələn qərəzli
ver siyalarını cəmiyyətə təqdim edirlər” (“Məni vertolyotdan Mə -
həm  məd Əsədov dü şürt dü...” // “525-ci qə zet”, 30 noyabr 2013-
cü il, 23 il əvvəlki vertolyot, “Qarabağ” qəzeti, 15 noyabr 2014-
cü il).
Oxucuların marağını nəzərə alaraq, polkovnik S.Məmmədovun
“525-ci qəzet”in 30 noyabr 2013-cü il tarixli nömrəsində dərc
olunmuş müsahibəsini veririk:
“Məni vertolyotdan Məhəmməd Əsədov düşürtdü”(Müsahibə)
http://www.525.az/site/?name=xeber&news_id=13748
30.11.13   525-ci qazet


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə