Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə34/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

139
Tanı oğlunu, Vətən!
si tetində də qeyd olunur. Bu tədbirlərdə Sadir müəllim qo naq lar,
professor-müəllim heyəti, tələbələr qarşısında məruzələrlə çı xış
edir. Sadir müəllim ermənilərin Xocalıda amansız törətdikləri
vəh şilikləri faktlarla, sənədlər əsasında auditoriyaya çatdırır. Ulu
Öndər Heydər Əliyevin dediyi kimi, “...əslində Xocalı soyqırımı
XX yüzilliyin ən böyük insan faciələrindən biridir. Xocalıdakı
insan qırğınının yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin
qar şısını almaq üçün Xocalı soyqırımı həqiqətlərini dünya ic ti ma -
iy yətinə hərtərəfli çatdırmalıyıq”. O, Xo calı həqiqətlərini əks et -
di 
rən iki kitabın “Xocalı soyqırımı” və “Er 
mənilər tərəfindən
azər 
baycanlılara qarşı törədilmiş soyqırım” (Bakı, Mütərcim,
2010) müəllifidir. Kitablar 12 dildə (Ukrayna, türk, ingilis, al man,
fransız, rus, belarus, pol yak, çex, bolqar, ivrit, yunan) çap olun -
muş, ölkəmizdəki bey 
nəl 
xalq təşkilatlara, səfirliklərə çat 
dı 
rıl 
-
mışdır.
S.Məmmədov Şuşada, Stepanakertdə həm siyasətçi, həm də
xalq diplomatı idi. Rus hərbçilərilə, rus zabitləri ilə istər-istəməz
dil tapmaq lazım gəlirdi. Qarabağın əzəli Azərbaycan torpağı
olduğunu, ermənilərin buraya gəlmə olduqlarını onlara dönə-dönə
başa salırdı. Tarixçi olması işinə yarıyırdı. Polkovnikin gündəliyində
bu haqda səmimi etiraf keçir: “1991-ci ildə general Kovalyovu,
general Safonovu Ağdama qonaq aparmışdım. Bu görüşdə söhbət
əsnasında ermənilərin Dağliq Qarabağdan uzaq laş dırılması üçün
onları az qala razı sala bilmişdim...”
Onu da qeyd edək ki, general V.V.Kovalyov (V.Kovalyov bu
vəzifəyə qədər Dağlıq Qarabağ və sərhəd rayonları üzrə hərbi
komendant B.N.Safonovun müavini idi) respublika Da xi li İşlər
Naziri M.Əsədovun vəsatəti ilə R.Tumanyantsın yerinə tə 
yin
olunmuşdu.
Polkovnik danışır ki, vilayətin daxili işlər orqanlarında
azərbaycan lıların təqiblərə, haqsızlıqlara məruz qaldığını dəfələrlə


140
Tanı oğlunu, Vətən!
rəhmətlik Kovalyova bildirmişdim. Onların təhlükəsizliyini və
asayişini qorumaq üçün azərbaycanlı milislər cəlb olunmalıydı.
Ermənilər də, rus hərbçiləri də bu işə mane olurdular. General
təklikdə deyirdi ki, mən bu işə “yox” desəm də, bu məsələyə eti -
raz etsəm də, sən geri çəkilmə. Onsuz da axırda sən deyən olacaq.
Doğrudan da, qısa müddət ərzində DQMV Dİİ-nin aparatına 14
nəfər azərbaycanlı işə qəbul olundu.
“...Artıq iki gün idi ki, DQMV-nin prokuror müavini Şükür
Həbib oğlu Rzayevi Xankəndində ermənilər girov götürmüşdülər.
Məqsəd isə onu müxtəlif cinayətlərə görə Bakıda həbsdə olan
ermənilərlə və Mardakert (Ağdərə) rayon prokurorunun müavini
Edikin arvadı (ləzgi qızı) ilə dəyişməkdən ibarət idi. Ona görə də
mən üç sutka idi ki, Xankəndində hərbi komendaturada ermənilərlə
danışıqlar aparırdım. Mən gecə hərbçilərin köməyi ilə Ağdama
gəldim ki, cəbhəçilərlə görüşüm. Saat 22 radələrində evə çatdım.
Evdə dedilər ki, Ağdam Rayon Partiya Komitəsinin birinci katibi
Səyyaf Verdiyev zəng edib ki, Sadir gələndə mütləq mənimlə
görüşsün. Heç beş dəqiqə keçməmişdi ki, telefon zəng çaldı.
S.Verdiyev mənə dedi ki, biz qonaq evində səni gözləyirik. Xahiş
elədim ki, səhər saat 8.00-da görüşək. Elə bu vaxt telefonda İsmət
Qayıbov mənimlə salamlaşaraq, Sadir, xahiş edirəm indi gəl,
görüşək, – dedi. Dərhal qonaq evinə gəldim. Görüşdük. O dedi ki,
biz Ş.Rzayevi o murdar ermənilərdən almalıyıq. Odur ki, məni
Xankəndinə aparmalısan. Mən İsmət müəllimə gördüyüm işlər
barədə məlumat verdim. Əlavə olaraq bildirdim ki, mən Sizi
Xankəndinə aparmağa risq etmirəm, çünki ermənilərin Sizə və
Məhəmməd Əsədova qarşı çox qəddar kini var. Ona görə ki, Siz
daim onlara qarşı açıq-aşkar mabarizə aparırsınız (İsmət müəllim
TV-də çıxışlarının birində ermənilərə “dılğır” deyib təhqir etmişdi).
Hətta Sizin hər ikinizin başına pul mükafatı da ayırıblar.


141
Tanı oğlunu, Vətən!
Elə mən özüm də qorxurdum
ki, ermənilər bilərlər ki, İ.Qayıbov
Xankəndindədir, hərbçilərlə əlbir olub
onu ələ keçirə bilərlər. Onda mənim
taleyim necə ola bilər...
Ancaq bütün bunlara baxma-
yaraq, İsmət müəllim inadından
dönmədi və mən hərbi komendant,
general Jinkindən vertolyot verilməsini
xahiş etdim.
Səhər (16-17 noyabr 1991-ci il)
tezdən Ağdamdan Xocalı hava li ma -
nına uçduq. Oradan isə komendantın və Xocalı polisinin av to -
maşınları ilə Xankəndinə, hərbi komendaturaya gəldik. Həmin
dövrdə Əsgəranda avtomobil yolu ermənilər tərəfindən daşla
hörülmüşdü. Yollara nəzarəti erməni boyevikləri, saqqallılar həyata
keçirirdilər...
Mən Karlen Ağacanyanı və erməni nümayəndələrini komen-
daturaya çağırdım və danışıqlar başladı. Ermənilər girov qadını
qaytarmağı tələb edirdilər və yalnız bundan sonra Şükür müəllimi
qaytaracaqlarını vəd edirdilər.
Mən masanın altından İsmət müəllimin ayağını tapdaladım
ki, bu təkliflə razılaşmasın. Çünki onların vədlərinə əməl et mə yə -
cək lərinə əmin idim. Lakin İsmət Qayıbov mənim işarəmə məhəl
qoy madan girov qadının bu gün qaytarılacağını vəd etdi və həmin
ge cə mən Xocalıda qadını uşağı ilə birlikdə hərbçilərə təhvil ver -
dim.
İsmət Qayıbov özünəxas qətiyyətlə ermənilərə dedi:
“Biz azərbaycanlıyıq, biz kişiyik. Heç vaxt qadını girov sax -
la mı rıq”.
İsmət Qayıbov


142
Tanı oğlunu, Vətən!
Ertəsi gün, yəni 1991-ci il noyabrın 18-də yenidən həmin
tər kibdə görüş keçirildi və ermənilər daha dörd nəfərin buraxılmasını
is tədilər. Onların içərisində qatı cinayətkar Qərib və Salatın Əs gə -
ro vanı qətlə ye ti rənlərin də adları var idi.
Axşam qaranlıqlaşanda hərbi komendant Jinkin məlumat
verdi ki, ermənilər Xocavənddən (Martuni) azərbaycanlıları çı -
xar mışlar. Əhali Ağdama doğru axışır.
Elə bu vaxt Karlen Ağacanyan otağa daxil oldu və razılaşmanın
sabah həll olacağını bildirdi, eyni zamanda, dedi ki, Şükür Rzayevin
qaytarılması üçün yenə də hansısa şərtlər irəli sürüləcək, bu barədə
sabahkı görüş zamanı sizə məlumat verəcəklər.
Artıq saat 23.00 idi. İsmət müəllim mənə dedi ki, Sadir, sən
get Ağdama, çünki görürəm ki, sən çox narahatsan. Mən qəti
etiraz etdim. Çox mübahisədən sonra biz komendantın müavini
polkovnik Kuşnarıklə BTR-lə Ağdama gəldik. 19 noyabr saat
01.00 olardı.
Axşam qonaq evində S.Verdiyevlə bilyard oynadılar. S.Verdiyev
dedi ki, İsmət müəllim, nə qəşəng ayaqqabılarınız var. İsmət
müəllim dedi ki, ondan bir cüt evdə var. Uduzsam, sənə qurbandır.
İ.Qayıbov oyunu uduzdu. İsmət Qayıbov dedi ki, Sadirlə Ba kıya
gedirik, ayaqqabıları onunla göndərəcəm.
...Qarakənddə, yanıb külə dönmüş cəsədlər arasında İsmət
Qa yıbovu tanıya bildik. Həmin “qəşəng” ayaqqabılardan....
1991-ci ilin 18 noyabrında Xocavənddən (Martuni) əhali
çıxarılmışdı. İnsanlar sel kimi Ağdama axışırdı. Aləm bir-birinə
qarışmışdı və vəziyyət gərginləşmişdi. Bu məq sədlə komissiya
yaradılmışdı. Zülfü Hacıyev komissiya sədri, Qur ban Namazəliyevlə
mən müavinləriydik. Xocavəndliləri yer bəyer eləmək üçün dövlət
adamı kimi Ağdama gəldik.


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə