Final asas Макет 1


Tanı oğlunu, Vətən! Sadir Məmmədov: “Təvəqqe edi̇rəm ki, bu cür ciddi



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə36/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

147
Tanı oğlunu, Vətən!
Sadir Məmmədov: “Təvəqqe edi̇rəm ki, bu cür ciddi
hadisələri yeni informasiyaya malik olmadan “çevir tatı-vur
tatı” məntiqi ilə müzakirəyə çıxarmasınlar”
Qarabağ müharibəsinin üzərindən uzun zaman keçməsinə
bax mayaraq zaman-zaman televiziyalarda, yazılı və elektron me -
dia da müxtəlif səpgili müzakirələr aparılır. Bu müzakirələr zamanı
müx təlif iddialar belə ortalığa atılır. Ətrafında geniş fikir mübadiləsi
apa rılan qanlı hadisələrdən biri də 20 noyabr 1991-ci ildə baş ver -
miş vertolyot qəzasıdır. Bu olayların bilavasitə iştirakçısı olan,
Qa rabağ müharibəsi veteranı, istefada olan polis polkovniki, hüquq
elm ləri namizədi Sadir Məmmədovla söhbətimizi də bu mövzular
ət rafında  qurduq.
– 11 fevral 1988-ci il tarixdən Dağlıq Qarabağ Muxtar Vi la -
yə tində ermənilərin azərbaycanlılara qarşı haqsız olaraq başladıqları
mitinqlərin ilk günündən mən, Xankəndinə ezam olunmuşam.
Orada ezamiyyətdə olan zaman Şuşa Rayon Polis şöbəsinə rəis
təyin edilmişəm. 1990-cı ildə isə Dağlıq Qarabağ Muxtar Vilayətinin
(DQMV) Daxili İşlər İdarəsinin rəis müavini vəzifələrinə təyin
edilmişəm. 1992-ci ildə isə DQMV-nin ləğv edilməsi ilə əlaqədar
Xankəndini sonuncu olaraq bir azərbaycanlı kimi tərk etmişəm.
Odur ki, həmin dövr ərzində orada ermənilər tərəfindən törədilmiş
bütün hadisələrin, faciələrin və terror aktlarının şahidiyəm. 
– Şahidi olduğunuz digər qanlı faciələr deyil, haqqında
müx təlif fikirlər səslənən vertolyot qəzası barədə bu olayın bi -
lavasitə şahidi kimi fikirləriniz maraqlı  olardı. Belə deyək, 20
no yabr 1991-ci ildə baş verən vertolyot hadisəsini necə xa tır -
la yırsız?
– 18 noyabr 1991-ci il tarixdə Xocavənd rayonunda (Martuni)
azər baycanlıları zorla, silah gücünə yaşadıqları ərazidən çıxarmışdılar.
Əha li Ağdam şəhərinə üz tutmuşdu. Vəziyyət çox mürəkkəbləşmişdi,


148
Tanı oğlunu, Vətən!
artıq təşkilat komitəsi təsir qüvvəsini itirmişdi. Bundan xəbər
tutan respublika rəhbərliyi Ağdama nümayəndə heyətini göndərmək
məcburiyyətində idi. Mən isə mərhum baş prokuror İsmət Qayıbovla
Xankəndində idim. Çünki vilayət prokuroru mərhum Şükür Rzayev
ermənilər tərəfindən girov götürülmüşdü. Mərhumun girovluqdan
azad edilməsi üçün çalışırdıq. 
Xocavənd əhalisinin öz ev-eşiklərindən didərgin düşdüyünü
eşi dəndən sonra mən Ağdama gəldim. Həmin günün axşamı İsmət
Qa yıbov da Ağdama gəldi və dedi ki, Bakıya getməliyəm və ora -
da həbsdə olan bir neçə ermənini Şükür Rzayevlə dəyişmək la -
zım dır. Elə bu vaxt məlum oldu ki, sabah, yəni 20.11.2013-cü il
ta rixdə Bakıdan nümayəndə heyəti Ağdama gələcək. Ona görə də
İs mət Qayıbov Ağdamda gecələməli oldu və qeyd etdi ki, elə hə -
min nümayəndə heyəti ilə Bakıya qayıdacaq və girov məsələsini
həll edəcək. Biz razılaşmışdıq ki, mən də onunla Bakıya gedim və
də yişdirilən erməniləri təyin olunan yerə gətirim. 
Ertəsi gün, yəni 20  noyabrda səhər saat 11 radələrində təy -
ya rə Ağdamın hava limanına endi və dövlət katibi mərhum Tofiq
İs mayılovun başçılığı ilə Ağdam Rayon Xalq Deputatları Soveti
İc raiyyə Komitəsinin sədri, mərhum Xuraman Abbasovanın xidməti
ota ğına yığıldıq. Tofiq İsmayılov bütün nümayəndə heyəti və təş -
ki lat komitəsinin üzvlərinin müşavirədə iştirak etməsini tələb etdi.
O, çox əsəbi halda Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV)
ko mendatını soruşdu. O, iclasa gecikirdi. Təxminən 15-20 dəqiqədən
son ra vilayətin hərbi komendantı Jinkin Nikolay Vladimiroviç,
Da 
xili İşlər İdarəsinin rəisi Kovalyov Vladimir Vladimiroviç,
pro kuror Plavski İqor Aleksandroviç və Dağlıq Qarabağ üzrə mil li
təhlükəsizlik şöbəsinin rəisi İvanov Sergey Semyonoviç otağa da -
xil oldu. Mərhum Tofiq İsmayılov çox emosional tərzdə hadisənin
ne cə baş verdiyini, nə üçün vaxtında bunun qarşısının alınmadığını
so ruşdu. O, gözlənilmədən Jinkini və Kovalyovu ayağa qaldıraraq


149
Tanı oğlunu, Vətən!
de di ki, bütün bu cür vəziyyətin yaranmasına siz şərait yaratmısınız,
si zin və digər günahkarlar haqqında ciddi tədbir görüləcəkdir de -
yə iti-iti onlardan səbəbini soruşurdu. Bu minvalla müşavirə saat
13-ə qədər davam etdi və o, qəflətən üzünü komendant Jinkinə tu -
ta raq “mən bu gün camaatı öz evlərinə qaytarmalıyam, həmin
kən də getməliyik”, – dedi. “Sizin pasportunuz varmı?”, – deyə
so ruşdu. Jinkin “bəli, bir döyüş vertolyotum var” cavabını verdi.
Bir anda mərhum Tofiq İsmayılov əlini masaya vuraraq getdik de -
yə ayağa qalxdı. Bütün nümayəndə heyəti, onun arxasınca hava
li manına  yollandı.
Artıq vertolyota minik başlandı. Vertolyot səmaya qalxanda
artıq saat 13.48 idi. Həmin günü səma çox təmiz idi. Hətta Qa ra -
ba ğın dağ yamacları açıq-aydın görünürdü, Günəş parlaq idi.  
Biz isə şəhərə qayıtdıq. Saat 16 radələri idi. Mən mərhum
Xu raman Abbasova ilə Rayon Partiya Komitəsinin qarşısında da -
yan mışdıq, elə tez-tez Xuraman xanım soruşurdu ki, bəs vertolyot
ni yə gəlmir. Elə bu vaxt vilayət hərbi komendantının müavini
Kuş  narik Vladimir İqnatyeviçin sürücüsü Vidadi məni kənara ça -
ğır dı və dedi ki, Kuşnarik ratsiya ilə hərbi hissəyə məlumat verib
ki, polkovnik Sadir Məhəmmədova deyin “bütün təcili yardım
ma şınlarını Martuni (yəni Mərziliyə) postuna yığsın. Deyəsən,
ver tolyot  vurulub”.
Mən dayanmadan həmkarım mərhum Mehman Nəzər oğlu
Hü seynovla Ağdam Rayon Polis şöbəsinə gələrək telefonla və te -
letaypaqramla Bakıya, Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə
Kərim adlı (hazırda xidmət edir) növbətçiyə məlumat verdim ki,
er mənilər nümayəndə heyəti ilə Xocavəndə uçan vertolyotu vu -
rub lar, mən hadisə yerinə gedirəm. 
Təkrar olaraq mən ratsiya ilə Ağsu dolamasındakı növbətçi
av 
tomobil müfəttişliyinin postuna da eyni qaydada məlumat
verdim. 


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə