Final asas Макет 1


Tanı oğlunu, Vətən! PEDAQOQ VƏ ALİM



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə43/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

178
Tanı oğlunu, Vətən!
PEDAQOQ VƏ ALİM
u____________________________________________
M
üəllimlik əxlaqı, müəllimlikdən gələn psixoloji-mənəvi
təcrübə polis-hüquqşünas fəaliyyətinə elə dərindən
“şeirim açıbdı” ki, onun fərqli polis zabitinin obrazını for ma laş -
dır mış dı, şəxsi heyətlə fərqli işləmək üslubu yaratmışdı.
Pedaqoji iş, müəllimlik peşəsi tərcümeyi-halının unudulmaz
bir hissəsidir. Rəhmətlik Surxay kişi həmişə övladlarına müəllimliyi
halal, təmiz peşə, uca məslək kimi təlqin edirdi. El ağsaqqalı
inanırdı ki, müəllimliyə xas olan xasiyyətlər – savadlılıq, sadəlik,
öyrətmək eşqi, vicdan, saflıq, insana inam və sevgi insan xarakterinə,
xüsusi bir gözəllik verir. Ona görə də inamla oğlanlarını Gəncəyə
ali təhsil almağa, müəllim olmağa yola salmışdı.
Sadir Məmmədov Gəncə Dövlət Universitetində tarix müəllimi
ix ti sa sına yiyələnib, bir neçə il Ağdamın Söyüdlüqol kənd orta
məktəbində müəllim, direktor müavini kimi çalışıbdı.
Moskvada, Milis Akademiyasını bitirdikdən sonra bir müddət
Bakı Orta İxtisas Milis Məktəbində müəllim, baş müəllim və ka -
fed ra müdiri işləyir. Məktəbdə yüksək savadını və ixtisas pe şə kar -
lı ğını, pedaqoji əxlaqını və davranışını hüquq elmləri doktoru,
pro fessor A.Kişiyev belə səciyyələndirir:
“O daxili işlər orqanlarının iş xüsusiyyətini, hər iki dili – rus
və Azərbaycan dillərini dərindən bilir və çevik bir milis zabitidir...
Onun mühazirələri, apardığı seminar məşğələləri müdavimlərin
və kursantların hüsn-rəğbətini qazandı.


179
Tanı oğlunu, Vətən!
Yadımdadır, o mənə tədris işinin gedişində, məktəbdə nizam-
intizamın qorunmasında, gələcək milis işçilərinin təlim-tərbiyəsin,
daxili işlər orqanlarında iş xüsusiyyətlərinin aşılanmasında
köməkliklər göstərirdi. 1984-cü ildə milis məktəbinin binası xırda,
yararsız vəziyyətdə idi. Milis məktəbində aparılan tikinti-quruculuq
işinin gedişində də Sadir Məmmədov rəhbərliyə imkanı daxilində
köməklik göstərir, tədris korpuslarının, laboratoriya və kafedralarının
xüsusi fənlər üzrə zəngin kitabxanasının yaradılması və mühazirələrin
təzələnməsi təşkilində təşəbbüslər göstərirdi”.
1992-ci ildə, Özbəkistana ikinci dəfə qayıdışında da, qısa
müddət də olsa, Daşkənd Ali Milis Məktəbində xüsusi fənlər üzrə
baş müəllim vəzifəsində fəaliyyət göstərdi.
Sadir müəllim bu gün də müəllimlik edir, dosentdir. Polkovnik
2010-cu ildən Bakı Slavyan Universitetində gənc nəslin, yüksək
vətəndaşlıq və vətənpərvərlik ruhunda böyüməsində əlindən gələni
əsirgəmir... O, universitetin “Azərbaycanşünaslıq” Tədris-Mədəniyyət
Mərkəzində “Qarabağ” tədqiqat bölməsinin rəhbəridir. Sadir müəl -
lim bu istiqamətdə araşdırılmalarını davam etdirir, elmi, publisistik
məqalələr yazır, tələbələr qarşısında mühazirələrlə çıxış edir. 
Sadir müəllim həm savadlı tarixçi, həm də təcrübəli hüquqşünas
kimi gənclərə, tələbələrə vətənpərvərlik mövzusunda maraqlı mü -
ha zirələr oxuyur və elmi seminarlar təşkil edir. Respublika və
bey nəlxalq (Rusiya, Ukrayna, Qazaxıstan) el mi, metodik jurnal -
lar da Qarabağ problemi mövzusunda onlarla məqaləsi çap olun -
muşdur.
Polis zabiti, pedaqoq və tədqiqatçı Sadir müəllim Xocalının
ağır, çətin günlərini görmüşdü. Xocalı soyqırımının dəhşətlərini
yaşamışdı. Bir əməliyyatçı – müstəntiq, əməliyyatçı bir alim və
pedaqoq, nəhayət bir vətəndaş və vətənpərvər kimi ürəyinin qanı
ilə Xocalı soyqırımı haqqında kitablar yazdı. “Xocalı soyqırım”ı


180
Tanı oğlunu, Vətən!
və “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş sorqırım”
adlı bu kitablar dünyanın 12 dilinə tərcümə edilib nəşr olunub.
Bu nəşrlərdə erməni faşistlərinin qanlı cinayətləri, dinc azər -
bay canlılara qarşı qətliamı, Xocalı adlı bir şəhərin yer üzündən
vəh şicəsinə silinməsi konkret faktlar, fotoşəkillər, rəsmi sənədlər
əsa sında ictimaiyyyətə çatdırılır.
Bakı Slavyan Universiteti Beynəlxalq münasibətlər fakültəsi
“Diplomatiya və xarici siyasət” kafedrasının dosenti, hüquq elmləri
üzrə fəlsəfə doktoru Məmmədov Sadir Surxay oğlunun dərc olun -
muş elmi və elmi-metodiki məqalələrinin, kitab və monoqrafiyalarının
təxmini siyahısını təqdim edirik:
1. Azərbaycan Xalq Cumhuriyyəti dövründə daxili işlər orqanlarının
formalaşması prosesi // AMEA Fəlsəfə və Siyasi-Hüquqi
Tədqiqatlar İnstitutu. Azərbaycan Xalq Cum 
huriyyətinin 85
illiyinə əsr olunmuş elmi-nəzəri kon fransın materialları, Bakı,
2003. s.188-192 
2. Narkotizm və ona qarşı mübarizənin bəzi məsələləri // “Sosial-
siyasi problemlər”. Bakı, 2004, X buraxılış, s. 74-83
3. Narkotik cinayətkarlığın cəmiyyətdəki bəzi məsələləri // “Sosial-
siyasi problemlər”. Bakı, 2004, X buraxılış, s. 83-89
4. Narkotik vasitələrin, psixotrop maddələrin, prekusorların qəbulu
və qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumbəşəri problem
kimi // “Cəmiyyət, Dövlət, Cinayət və Cəza” el mi-hüquqi və
ictimai-siyasi jurnal № 1. 2004. s.36-41
5. Narkotizmə qarşı birgə mübarizənin problemləri // “Cəmiyyət
və Cəza” ictimai-siyasi, elmi-təcrübi jurnal. № 6, 2005, s. 41-43
6. Narkotizmə qarşı mübarizədə narkosituasiyanın öy 
rə 
nil 
mə 
-
sinin əhəmiyyəti // Azərbaycan Dövlət Pedaqoji Univer si tetinin
Xəbərləri. 2005, s.363-368
7. Narkotik cinayətkarlıqla mübarizə prosesində hüquq-mü ha fizə
orqanlarının fəaliyyətinin tənzimlənməsində qanun və məcəllələrin


181
Tanı oğlunu, Vətən!
rolu // “Keçid dövründə Azərbaycan Res pub likasının dövlət və
hüquq quruculuğunun aktual prob 
lem 
ləri”. 13-cü buraxılış.
Bakı, 2005, s.399-404
8. Narkotiklərlə bağlı cinayətkarlığa qarşı mübarizənin bəzi prob -
lemləri // “Qanunçuluq” hüquq jurnalı, Bakı, 2006, № 1, s.58-61
9. Narkotizmin cəmiyyətdə bəzi təzahürləri və onlara qarşı mü -
barizə. Bakı: “Şuşa”, 2004, 199 s.
10. Narkotik cinayətkarlıqların təzahürləri və onlara qarşı mü ba -
rizənin problemləri (Cinayət-prosessual aspektlər) Bakı, ADPU
nəşriyyatı, 2005, s.296
11. BMT-nin narkotiklər haqqında konvensiyaları və Azər bay can
Respublikasının cinayət-prosessual qanunvericiliyi. Ba 
kı:
ADPU nəşriyyatı, 2006, s.152
12. Azərbaycan narkotiklərlə mübarizənin strateji mahiyyəti //
Azərbaycanşünaslığın aktual problemləri. Ümummilli lider
H.Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş
I beynəlxalq elmi konfrans. Bakı, 3-8 may 2010, s.420-422
13. Xocalı soyqırımı. Bakı, 2010. 
14. Ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş soy qı rım.
Bakı, 2010. 
15. Azərbaycanın işğal olunmuş ərazilərində BMT-nin nar 
ko 
-
tiklər haqqında konvensiyalarının tətbiqi problemləri //
Azərbaycanşünaslığın aktual problemləri. Ümummilli lider
H.Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş
II Beynəlxalq elmi konfransın materialları. Bakı, 4-7 may
2011, s.206-209
16. Ermənistanın Azərbaycana təcavüzü: problemə siyasi-tarixi
konteksdə baxış // Azərbaycanşünaslığın aktual prob lemləri.
Ümummilli lider H.Əliyevin anadan olmasının 89-cu ildönümünə
həsr olunmuş III Beynəlxalq elmi kon 
fransın materialları.
Bakı, 2-5 may 2012. 
17. Narkotiklərin qanunsuz dövriyyəsində Ermənistan tə rə fin dən
işğal olunmuş Azərbaycan torpaqlarından narkotran zit kimi


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə