33
PISPISA XANIM VƏ SĠÇAN BƏY
(Dozanqurdu Düzxatun və Siçan Solu bəy)
Biri var imiş, biri yox imiş, allahdan başqa heç kəs yox imiş. Bir də bir
Pıspısa xanım var imiş.
Bir gün bu Pıspısa xanımın könlünə ərə getmək düşdü. Geyindi-kecindi,
bəzəndi-düzəndi, öz evinin qapısına çıxdı və dedi:
-
Ərə gedirəm, ərə gedirəm, ər olmasa, gora gedirəm!
Bir odunçu gəlib keçəndə Pıspısa xanımı görüb dedi:
-
Mənə gələrsənmi?
Pıspısa xanım dedi:
-
Məni döyəndə nə ilə döyərsən?
Odunçu dedi:
-
Balta ilə vuraram əzilərsən.
Pıspısa xanım dedi:
-
Yeri, yeri, mən sənin tayın deyiləm.
Odunçu getdi. Pıspısa xanım yenə başladı:
-
Ərə gedirəm, ərə gedirəm, ər olmasa, gora gedirəm!
Bir
də gördü ki, kürəkçi gəlir. Kürəkçi dedi:
-
Pıspısa xanım, mənə gələrsənmi?
Pıspısa xanim dedi:
-
Məni döyəndə nə ilə döyərsən?
Kürəkçi dedi:
-
Bir kürək çalaram, xımcım-xıncım olarsan!
Pıspısa xanım dedi:
-
Yeri, yeri, mən sənin tayın deyiləm.
Kürəkçi də getdi.
Yenə Pıspısa xanım dedi:
-
Ərə gedirəm, ərə gedirəm, ər olmasa, gora gedirəm!
Bu halda siçan oradan keçirdi. Gördü Pıspısa xanım bəzənib-düzənib,
geyinib-kecinib, özünə zinət verib, evin qapısına çıxıb.
Qara xaradan don geyib əyninə,
Ucunu qatlayıb salıb çiyninə.
Tökübdür üzünə qara tellərin,
Yuyub tərtəmiz, aparı əllərin.
Çəkib gözlərinə qara sürmələr,
Salıb başına əbrələr, tirmələr,
Xuraman-xuraman ki rəftar edir,
O rəftara sərvi-giriftar edir.
Soluna baxır, gah baxır sağına,
Baxır gah qolundakı qolbağına.
Durub hər yana o baxır naz ilə,
Deyir bu sözü xoş bir avaz ilə:
Gedirəm ərə, mən gedirəm ərə.
Ər olmasa, axır gedirəm gora.
34
Siçan Solub bəy gəldi Pıspısa xanımın yanına, dedi:
-
Salaməleyk, Dozanqurdu Düzxatun, Pıspısa xanım, sevgili canım, ruhi-
rəvanım, canü cananım, tabu təvanım! Kefin, halın? Həmişə beləcə kefdə,
gəzməkdə, seyri-səfada olasan!
Dozanqurdu Düzxatun gözünün altınca Siçan Solub bəyə baxıb gördü, amma
nə Siçan Solub bəy!
Geyinib əyninə cübbə səncabdan,
Bəzənib-düzənibdi hər babdan.
Atıb dalına quyruğun şir kimi,
Qulaqlarını dik tutub, tir kimi.
Gəlir küylə, heç bilmirsən kimdi bu,
Ki hansı vilayətdə hakimdi bu.
Yuvadan çıxıb naz ilə yol gedir,
Gah sağ gedir yolda, gah sol gedir,
Döş ağ, gözü qara, arxası da boz.
Dişi incitək, ağzına yoxdur söz.
Qara gözlərini süzdürür hər yana,
Çəkir burnunu ki, iy-miy qana.
Dozanqurdu Düzxatun dedi:
-
Ay əleykəssalam. Siçan Solub bəy, top qara birçək, yerişdə ördək, dişləri
mixək, qıçları dirək, hamıdan göyçək, dəxi nə demək? Halın, kefin
kökdümü? Damağın çağdımı, canın-başın sağdımı?!
Siçan Solub bəy dedi:
-
Sağ ol, Pıspısa xanım, əzizim-canım, mənə gələrsənmi?
Pıspısa dedi:
-
Məni döyəndə nə ilə döyərsən?
Siçan Solub bəy dedi:
-
Səni döymərəm, döysəm də quyruğumu molçi eylərəm, batıraram
xanımların sürmədanına, gözünə sürmə çəkərəm.
Dozanqurdu Düzxatun dedi ki, sənə gedərəm. Razı oldular. Toy elədilər.
Pıspısa xanımı Siçan Solub bəy aldı, apardı evinə. Bir zaman yaxşıca yeyib
içib kef elədilər.
Bir gün Siçan Solub bəy Pıspısa xanıma dedi:
-
Sən evdə otur, mən gedirəm şah evinə, sənə noğul-nabat, şirni və hər cürə
həlviyyat gətirim. Qoy yanına, könlün istədikcə at ağzına, xırıldat, ye.
Dozanqurdu Düzxatun dedi:
-
Get, amma tez gəl. Sənsiz damın altında tək otura bilmirəm, qorxuram.
Siçan Solub bəy dedi:
-
Qorxma, tez gələrəm!
Pıspısa xanım oturdu, oturdu, qərarı tutmadı. Fikirləşdi ki, Siçan Solub bəy
gəlincə durub onun paltarlarını aparıb dəvəizi dərin göldə yuyum, sərim,
qurudum, gələndə verim geysin əyninə ki, üst-başı təmiz olsun.
Siçan Solub bəyin paltarını götürüb apardı yumağa. Amma yuyanda ayağı
sürüşüb düşdü dəvəizi dərin gölə.