Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   36   37   38   39   40   41   42   43   ...   116

132
 
 
 
Şəkil 3.13. Qarğıdalı (
Zea mays 
L.
) 
 
 
 
Şəkil 3.14. Xardal (Sinapis 
L.
) 
 
Eruk turşusu xaççiçəklilər fəsiləsinə aid olan bütün bitkilərə 
xasdır. Xardal yağı yaxşı antibiotik olub, bakterisid xüsusyiyyəti-
nə malikdir. Yavaş və zəif oksidləşir. O, tərkibi dəyişmədən günə-
baxan  yağından  3-4  dəfə  artıq  saxlanıla  bilər.  Xardal  yağının  az 
miqdarda  əlavə edilməsi,  digər bitki  yağlarını konservasiya  edir. 
Balıq konservləri xardal yağında hazırlandıqda çox əla keyfiyyətli 
olur. Çörək-kökə məmulatları isə xardal  yağının təsirindən uzun 
müddət bayatlaşmır.  


133
 
Bu  qida  yağı  xardal  yağına  məxsus  dad  və  iyə  malik  olub, 
kənar  iy  və  dadsız  olur.  Xardal  yağı  həm  də  qənnadı  və  çörək 
bişirmə sənayesində istifadə edilir. 
Yağ  çiçəyi  yağı  eyni  adlı  bitkinin  toxumundan  alınır.  Yağın 
tərkibində  50%-dən  çox  əvəzolunmayan  yarımdoymamış  yağ 
turşuları olur. Kliniki tədqiqatlarla sübut edilmişdir ki, onun ürək-
damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün faydası vardır.  
Araxis (yer fındığı) yağı yer fındığı meyvəsindən(şəkil 3.15) 
alınır.  Araxisin  vətəni  Cənubu  Amerikadır.  Hal-hazırda  onu 
Krasnodar vilayətində də becərirlər. Qida üçün rafinləşmiş, dezo-
dorlanmış  yağ  istifadə  olunur. Digər formalar qənnadı, marqarin 
istehsalında,  çörəkbişirmədə,  mayonezdə  və  sousda  istifadə 
olunur.  
 
 
 
Şəkil 3.15. Araxis (
Arachis hypogaea L.)
 
 
Araxis  yağının  triqliserid  tərkibində  olein,  linol  və  palmitin 
turşuları üstünlük təşkil edir. Bu yağın əsas xüsusyiyyəti onun tər-
kibində araxin və liqnoserin turşularının olmasıdır.  
Araxis  yağı xolesterinin  miqdarını azaldır, araxis  yağında  E 
vitamini  və  karotinoidlərin  (o  cümlədən,  beta  –  karotin)  olması 
məhsulun antioksidant və immun modelləşdirici potensialını artı-
rır və keyfiyyətini daha uzun müddətə saxlayır.  


134
 
Zeytun yağı zeytun ağacının (şəkil 3.16) meyvələrindən hazır-
lanır. Avropa zeytunu təsərrüfat əhəmiyyətinə malikdir. Krım əra-
zisində  zeytun  ağacı  XIII  əsrdən  məlumdur.  Hal-hazırda  zeytun 
bağlarına Krasnodar vilıayətində rast gəlinir. Zeytun və zeytun ya-
ğının dünya bazarında əsas istehsalçısı İspaniya, İtaliya, Yunanıs-
tan, Tunis, Mərakeş və Əlcəzairdir. 
Yetişmiş  meyvələri  rəngindən  asılı  olaraq,  qara,  bənövşəyi, 
qırmızı  və  ağ  olur.  Əksər  zeytun  meyvələri  zeytun  yağı  almaq 
üçün yararlıdır. Zeytun yağı digər yağlardan orqanizm tərəfindən 
yüksək mənimsənilməsinə görə fərqlənir. O, öd qovucu xüsusiy-
yətə  malikdir.  Onu  ürək-damar  xəstəlikləri  profilaktikası  üçün 
pəhrizin  tərkib  hissəsi  kimi,  istifadə  edir,  kosmetik  və  əczaçılıq 
sənayesində geniş tətbiq olunur. Zeytun yağı xoşagələn dad və ətrə 
malikdir.  Zeytun  yağının  triqliseridlərinin  tərkibində  olein,  pal-
mitin və lenol turşuları üstünlük təşkil edir.  
  
 
 
Şəkil 3.16. Zeytun (Olea europea 
L.
) 
 
Zeytun yağının keyfiyyəti onun çıxarılma üsulundan asılıdır. 
Əla  sort  yağlar  yetişməmiş  meyvələrin  lətindən  soyuq  presləmə 
üsulu ilə alınır. Belə yağlar qızılı-sarı rəngli, yüngül xoşagələn ətrə 
malik olur. Sıxılmanın temperaturunun artması ilə yağın keyfiy-
yəti  aşağı  düşür.  Sonuncu  presləmədən  sonra  yüksək  temperatur 


135
 
şəraitində yarımyağsızlaşdırılmış zeytunun ekstraksiyasından süf-
rə və texniki yağ alınır. Aşağı keyfiyyətli meyvələrdən alınan yağ 
yaşıl rəngli olub, tualet sabunu istehsalında istifadə olunur. 
Beynəlxalq təsnifata görə soyuq presləmə ilə alınan yağ, mar-
kalı zeytun yağı hesab edilir. Onun adında “Virgin”, “Extra virgin” 
sözləri olur ki, bu da ingilis dilindən tərcümədə “Bakirə” demək-
dir. Dünya bazarlarında realizə olunan ən yaxşı zeytun yağı fran-
sızca adlanan “Huile d olivie Veirge” yağıdır. Markalı yağ, zərif 
salatlar  və  soyuq  xörəklərin  hazırlanmasında  istifadə  edilir. 
Rafinləşməyə  məruz  qalmış  yağ,  “Rafinləşmiş  zeytun  yağı”  ad-
lanır. Onu isti xörəklərin hazırlanmasında istifadə edirlər. Preslən-
miş və rafinləşmiş yağ sadəcə olaraq “Zeytun yağı” adlanır.  
Pambıq yağı əmənkömənci fəsiləsinə aid olan birillik pambıq 
(şəkil 3.17) bitkisinin toxumundan alınır. Pambıq bitkisinin vətəni 
Meksika və Perudur. Orta Asiyada o, VI əsrdən becərilir. Pambıq-
çılığın  inkişafı  ilə  əlaqədar  olaraq  pambığın  toxumunu  heyvan 
yemi  və  yanacaq  kimi  istifadə  etməyə  başladılar.  Həmçinin 
yağçəkən  sənətkarlar  ondan  kustar  primitiv  qurğularda  pambıq 
yağı almağa başladılar. 
 
 
 
Şəkil 3.17. Pambıq (Gossypium 
L.
) 
 
Xam  pambıq  yağı  özünəməxsus  qonur  çalarlı  rəngə  malik 
olub,  hossipolla  zəngindir.  Pambıq  yağının  triqliserid  tərkibində 


136
 
olein, linol, palmitin turşuları üstünlük təşkil edir. Palmitinin çox 
olması pambıq yağının soyudulması zamanı, pambıq palmitininin 
alınmasına səbəb olur ki, bu da marqarin istehsalında geniş istifadə 
olunur. 8
0
C-də əla və ya I-ci sort maye yağın fraksiyalaşdırılma-
sından salat üçün pambıq yağı hazırlanır.  
Saflor  yağı,  saflorun  (şəkil  3.18)  toxumundan  alınır.  Bu  yağ 
linol  turşusunun  miqdarına  görə  (75  %-dək)  günəbaxan  yağını 
keçir.  Saflor  yağı  qanda  xolesterinin  miqdarını  azaldır  və  ürək-
damar xəstəliklərinin qarşısını alır. 
Yağ, pəhriz qidalanma üçün nəzərdə tutulan yağ qarışıqlarının 
yaradılmasında geniş istifadə edilir. 
Küncüt yağı, küncüt toxumundan (şəkil 3.19) alınır. O, 50%-
dən  cox  yarımdoymamış  ω  –  6  yağturşusuna  malikdir.  E-vita-
mininin miqdarı 100q məhsula görə 50 mq-dır. Şərq ölkələrində 
yayılmışdır. 
Şəkil 3.18. Saflor (
Carthamus 
tinctorius L.)
 
Şəkil 3.19. Küncüt 
(Sesamum L.) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə