114
və mineral maddələrin, C vitamininin yüksək miqdarı qeyd olun-
muşdur ki, bu da onun qidalılıq dəyərini və müalicəvi xüsusiy-
yətini artırır.
Alkoqolsuz içkilərin müasir çeşidində bir qayda olaraq şirələr,
dərman bitkilərinin ekstraktları, süd zərdabı və arıçılıq məhsulları
ilə birgə istifadə olunur.
Dərman bitkiləri əsasında hazırlanan içkilər. Funksional
içkilərin yaradılmasında perspektiv istiqamətlərdən biri geniş
əczaçılıq istiqamətli maddələrə malik olan bitki xammalından
alınan cövhər və ekstraktlardan istifadə edilməsidir. İçkilərin tərki-
bində olan bitki ekstraktları orqanizmin tonusunu, əsəb sisteminin
adaptiv imkanlarını artırmaqla orqanizmi ətraf mühitin əlverişsiz
amillərinə müqavimətini gücləndirir,
həmçinin antioksidant xüsu-
siyyətlərə malik olur.
Ənənəvi, şəkərli, texniki-dərman xammalından alınan cövhər
və ekstraktlara malik olan içkilərdən “Tonuslaşdırıcı sayanlar”,
“Tərxun”, “Sumax”, “Dəfnə yarpaqlı” və s. göstərmək olar.
Təbii fizioloji aktiv komponetlərlə zənginləşdirilmiş və insan
orqanizmində onların müəyyən miqdar səviyyəsini yaradan içki-
lər, insan orqanizminə sağlamlaşdırıcı və profilaktik təsir göstərir.
İçkilərin istifadəsi orqanizmi ağır metal ionlarından təmizlə-
yir, ion şüalanmasının neqativ təsirini, qanda xolesterinin miq-
darını, toksinləri azaldır, orqanizmin ətraf mühitin əlverişsiz amil-
lərinə qarşı davamlılığını artırır.
Belə içkilərə “Baykal”, “Peresvet”, “Tayejnıy rodnik”, “Soz-
vezdye”, “İspolin” və s. aiddir.
Bu içkilərdən ən məşhuru “Baykal”dır. Onun tərkibində biyan
kökü və qax otunun ekstraktlı maddələri ilə və limon, evkalipt,
dəfnə, ağ şam ağacının efir yağlarının müvəffəqiyyətli uyğunluğu
vardır. İçkinin bütöv təbii komponetlərinin hər biri ekstrakt
maddələrinə görə dozaları reqlamentləşdirilir.
Hal-hazırda klassik “Baykal” ilə yanaşı təbii şirinləşdirici-
steviaziddən istifadə edilir. Bu içkinin kalorisi olmasa da onun
tonuslaşdırıcı xüsusiyyəti vardır.
Qədim zamanlardan məlumdur ki, təzə meyvələrin şirələri
115
nəinki xəstəlikləri müalicə edir, hətta onların qarşısını da alır.
1939-cu ildə Amerikalı naturoloq Normann Uokerin “Şirələrlə
müalicə” kitabı nəşr olunmuşdur.
Müəllif qeyd edirdi ki, şirələrdə
90 % su var. Bu su əsl dirilik suyudur. O, insan orqanizmində vita-
minlərin, mikro elementlərin, üzvi turşuların miqdarının artmasına
səbəb olur. İstənilən şirə mədə şirəsinin fəaliyyətini tənzimləyir,
qanda xolesterinin miqdarını normallaşdırır və toksinləri orqa-
nizmdən kənarlaşdırır. Şirələrin tərkibində olan fitonsidlər anti-
mikrob xüsusiyyətinə malik olduğundan, mədədəki zərərli mik-
robları məhv edə bilir. Təzə hazırlanmış şirələrdə C vitamini və
kalsiumun miqdarı çox olur.
Kombinələşmiş tərkibli içkilər. Kombinələşmiş tərkibli içki-
lərin əsasını minimum 2 material (şirə və əlavə edilmiş kompo-
nent) təşkil edir:
şirələr
və dərman bitkiləri;
şirələr və süd zərdabı;
şirələr və dənli bitkilərin ekstraktı.
Şirələrin və dərman bitkilərinin ekstraktının alkoqolsuz içki-
lərin tərkibində birgə tətbiqi, onların funksional xüsusiyyətlərini
gücləndirir.
Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı Məhsullarının
Saxlanması və Emalı İnstitutu tərəfindən “Smuqlyanka” və “Oçi
çornıye” içkilərinin alma şirəsi və yunan qozunun və yarpağının,
süd-mum sütülü əsasında resepti işlənib hazırlanmışdır.
İçki maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmin immuni-
tetini yüksəldir, asan mənimsənilən yoda malik olur və bütün əhali
qrupları üçün məsləhət görülür, həmçinin qalxanvari vəzi, ürək-
damar və ateroskleroz xəstələri üçün də faydalı sayılır.
Belə içkilərin yaradılması istiqamətində aktiv tədqiqatlar
Kemerovo Qida Sənayesi Texnologiya İnstitutunda da aparılır.
Alimlər tərəfindən məqsədli funksional təyinatlı
içkilər üçün kon-
sentratlar seriyası işlənib hazırlanmışdır. Bu içkilər tonuslaşdırıcı,
sakitləşdirici, ümumi möhkəmləndirici və s. olur. İçkilər bitki
xammalı ekstraktından C vitamini əlavə edilməklə hazırlanır.