Nyutonun birinci qanunu ödənilən hesablama sisteminə ətalət hesablama sistemi deyilir. Belə hesablama sisteminə nəzərən düzxətli bərabərsürətli hərəkət edən ixtiyari hesablama sistemi də ətalət hesablama sistemi adlanır. Ona görə də Nyutonun birinci qanununu aşağıdakı kimi ifadə etmək daha əlverişlidir:
Elə hesablama sistemləri vardırki, cismə digər cisimlər təsir etmədikdə və ya onların təsirləri bir – birini kompensə etdikdə həmin sistemlərdə cisimlər öz əvvəlki sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır.
Yer şəraitində Nyutonun birinci qanunu təqribi ödənilir.
Cismi kütləsi ilə sürətini hasili bu cismin hərəkət miqdarı və ya impulsu adlanır:
P
m .
Nyutonun II və III qanunu
Nyutonun ikinci qanunu üç fiziki kəmiyyət araslnda əlaqə yaradır; təsir edın qüvvə - F , cismin kütləsi- m və təcili- a . Bu qanun təcrübi faktların ümumiləşməsi kimi müəyyən
olunmuşdur.
Cismin aldığı təcil təsir edın qüvvə ilə düz, onun kütləsi ilə tərs mütənasib olub, həmin qüvvənin təsiri istiqamətində yönəlir.
a F
m
Bu Nyutonun ikinci qanunudur.
(2.1)
(2.1) ifadəsini aşağıdakı kimi də yazmaq olar:
d
F ma m
dt
(2.2)
Bu ifadədən istifadə edərək ikinci qanuna tərif vermək olar: cismə təsir edən qüvvə cismin kütləsi ilə təcilinin vurma hasilinə bərabərdir.
Klassik mexanikada kütlə sabit kəmiyyət olduğundan (2.2) – ni
F m d d m (2.3)
impuls və ya hərəkət
miqdarı adlanır. Onda yazmaq olar:
dP
F (2.4)
dt
Hərəkət miqdarı (impuls) sürət vektoru istiqamətində yönəlmişdir. (2.4) ifadəsinə görə ikinci qanunu belə ifadə etmək olar:
İmpulsun zamana görə dəyişməsi təsir edən qüvvəyə bərabər olur. (2.4) – dən yazmaq olar:
dP
Fdt d m
Burada hasili qüvvə impulsu adlanır. Əgər qüvvənin təsirindən cisim öz sürətini -
Fdt d m m d
və buradan
0 1 1
F t m2 m1
(2.5)
olar. Bu ifadədən görünür ki, cismin hərəkət miqdarının dəyişməsi qüvvə impulsuna bərabərdir. (2.2) ifadəsindən istifadə edərək qüvvənin vahidlərini təyin etmək olar.
Əgər m=1q və a 1 sm olarsa, onda
s2
F 1q sm 1dm s2
olar.
Əgər m=1kq; a=1m/s2 olarsa,
F 1N
olar. BS – də qüvvə vahidi 1 Nyuton qəbul
edilmişdir. Kütləsi 1 kq olan cismə 1 m yolda 1m/s2 təcil verən qüvvə 1 Nyuton adlanır. 1N=105 dn-dır.
Texniki vahidlər sistemində qüvvə vahidi 1kQ – dır.
1kQ 9,81N 9,81105
dina . 1N=0,102kQ olar.
F
Qeyd etmək lazımdır ki, dinamikanın birinci və ikinci qanunları bir – birini tamamlayır. Belə ki, 1–ci qanun 2–ci qanunun xüsusi halı kimi özünü biruzə vüeir. Həqiqətən də əgər ikinci
qanunda
0 olarsa, onda (2.2)–dən
ma 0
(2.6)
olar. Digər tərəfdən kütlənin sıfırdan fərqli olmasını nəzərə alsaq,
a 0 0 və ya
m
a d 0
dt
(2.7)
Burada təcilin sıfıra bərabər olması cismin sükunət və ya düz-xətli bərabərsürətli hərəkət halında olduğunu göstərir.
Yuxarıda qeyd etdiklərimizdən belə nəticə çıxır ki, cismə kənar cisimlər müəyyən qüvvə ilə təsir etdikdə cismin hərəkət halını dəyişə bilər, təsir edən qüvvələrin əvəzləyicisi
F
0 olanda cisim sükunətdə qalaı və ya bərabərsürətli düzxətli hərəkət edər.
Cisimlərin bir - birinə hər hansı təsiri qarşılıqlı xarakter m1 m2
daşıyır.
Əgər M1 cismi M2 cisminə hər hansı bir
F2.1 qüvvəsilə təsir
göstərərsə, onda M2 cismi də öz növbəsində M1 cisminə
F1.2 qüvvəsilə təsir göstərəcəkdir (şəkil 2.1).
Şəkil 2.1
Bu fakt dinamikanın 3- cü qanununda öz ifadəsini tapmışdır: İki cismin qarşılıqlı təsiri həmişə qiymətcə bərabər və istiqamətcə əksdir. Başqa sözlə, təsir əks təsirə qiymətcə bərabərdir,
yəni
F1.2 F2.1
(2.8)
Təsir və əks təsir qüvvələri iki müxtəlif cismə tətbiq olduğun-dan bu qüvvələr bir – birini tarazlaşdırmır və cisimləri birləşdirən düzxətt boyunca yönəlirlər.
Dostları ilə paylaş: |