Fizika-2 fənnindən kollokvium suallarının cavabları


 İşığın polyarlaşma üsulları



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə53/57
tarix02.04.2022
ölçüsü1,74 Mb.
#84987
1   ...   49   50   51   52   53   54   55   56   57
Fizika-2-cavablarAZ

 

22. İşığın polyarlaşma üsulları 

Təbii  işıq  iki  dielektrik  mühitlərin  sərhədinə  düşdükdə  qayıdan  (əksolan)  və  sınan  şüalar 

qismən polyarlaşmış olur. Əgər düşmə bucağı (

i

1



2

n

n

n

  tg



i

=

n

                                                     (5.1) 

şərtini ödəyirsə, onda qayıdan şüa düşmə müstəvisinə perpendi-

kulyar  olan  müstəvidə  rəqslər  tam  polyarlaşır.  Qismən  polyar-

laşmış sınan şüada İsə düşmə müstəvisinə paralel olan müstəvidə 



Şəkil 62 

i



i

90



n

n






rəqslər  üstünlük  təşkil  edir  (5.1)  münasibəti  Bruster  qanunu, 

i

b

  –  bucağı  isə  tam  polyarlaşma 

bucağı olub, Bruster bucaq adlanır. Qayıdan şüanın polyarlaşması effekti kosmosdan dəniz səthi 

üzərində  neft  təbəqəsini  aşkar  etmək  üçün  istifadə  olunur.  Optik  anizatrop  mühitdən  keçdikdə 

işığın  polyarlaşması  böyük  praktiki  əhəmiyyətə  malikdir.  Optik  anizatropluq  dedikdə  mühitin 

optik  xassələrinin  istiqamətindən  asılılığı  nəzərdə  tutulur.  Şəffaf  kristalın  çoxu  (island  şpatı, 

turmalin,  kvars  və  s.)  optik  analizatordur.  Bu  cür  mühitlərdə  işıq  sürəti  və  deməli,  sındırma 

əmsalı müxtəlif istiqamətlərdə eyni olmadığından, onlarda qoşa şüasınma hadisəsi bas verir. 

İşıq  iki şüaya ayrılmış olur. Sınan şüalardan birinin (O şüası) istiqaməti sınma qanunlarına 

uyğundur. Bu şüa adi şüa adlanır, 



e

 şüasının istiqaməti məlum sınma qanunlarına uyğun gəlmir 

və  bu  şüa  qeyri-adi  şüa  adlanır.  e-Şüası  üçün  sındırma  əmsalı  kristalda  istiqamətindən  asılı 

olduğu halda (



n

e

), o-şüası üçün 



n

0

 asılı deyil. O və e 



şüalarının  sürətlərinin  üst-üstə  düşdüyü  istiqamət 

kristalın 



optik  oxu 

adlanır,  bu  ox  boyunca  şüanın 

ayrılması  baş  vermir. 

n

0

>



n

e

  olduqda  kristal  mənfi, 



n

0

<



n

e

 

olduqda  isə  musbət  kristal  adlanır. 



Polyarlaşma  müstəvisinin  firlanma  istiqamətindən 

asılı  olaraq  optik  aktiv  maddələr  sağa  və  sola 

fırladan  olmaqla  iki  yerə  ayrılır.  Şüaya  qarşı 

baxdıqda  sağa  fırladan  maddelərdə  polyarlaşma  müstəvisi  saat  əqrəbi  istiqamətində,  sola 

firladanlarda isə saat əqrəbinin hərəkətinin əksi istiqamətdə dönəcəkdir. Beləliklə, şüan yayılma 

istiqaməti və firlanma istiqaməti sağa fırladan maddələrdə sol vint, sola fırladan maddələrdə isə 

sağ vint sistemi əmələ gətirir. Fırlanma istiqaməti (şüaya nisbətən) optik mühitdə şüanın istiqa-

mətindən asılı  deyil, buna  görə də məsələn, kvars kristalının optik oxu boyunca ondan keçmiş 

şüanın,  güzgü  ilə  əks  etdirib,  onu  yenidən  kristaldan  əks  istiqamətə  köçürməyə  məcbur  etsək 

onda, polyarlaşma müstəvisinin ilkin vəziyyəti bərpa olunacaqdır. 

Polyarlaşma müstəvisinin firlanmasını izah etmək üçün Frenel optik aktiv mühitlərdə çevrə 

boyunca sağa və sola polyarlaşmış işığın  eyni  sürətlə  yayılmaması fərziyyəsini irəli sürür. Hər 

iki  şüa  (o  və  e)  qarşılıqlı  perpendikulyar  müstəvilərdə  polyarlaşmış  olur.  Əgər  kristal  şüa 

udmursa,  onun  intensivliyi  bu  iki  şüa  arasında  bərabər  bölünmüş  olur.  İkiqat  (qoşa)  sındıran 

kristallar o- və e-şüalarını müxtəlif cür udurlar. Bu hadisə 

dixroizm 

adlanır (kristallar–dixroik). 

Bu kristallar işıq polyarizatorları kimi istifadə oluna bilərlər (məsələn, turmalin). Geniş yayılmış 

və  ucuz  təbəqəli  polyarizatorların  (polyaroid)  təsiri  herapatit  maddəsinin  dixroizminə  əsaslan-

mışdır və artıq 0.1 mm qalınlığında həmin təbəqə o-şüanı udur. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə