Fizika-2 fənnindən kollokvium suallarının cavabları



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə55/57
tarix02.04.2022
ölçüsü1,74 Mb.
#84987
1   ...   49   50   51   52   53   54   55   56   57
Fizika-2-cavablarAZ

optik 

oxları

  deyilir.  Bu  cür  kristallar  ikioxlu  kristallardır.  Bəzi  kristallarda  hər  iki  ox  bir-birinin 

üzərinə düşür. 

 

 



 

 

 



 

 

 

 

 

 

Həmin  kristallar  biroxlu  kristallar  adlanır.  Kristalın  optik  oxları  yerləşmiş  müstəviyə  baş 

kəsik  müstəvisi  deyilir.  Adi  şüa  baş  kəsik  müstəvisinə  perpendikulyar  müstəvidə  polyarlaşır. 

Deməli,  adi  süanın  rəqsləri  optik  oxa  perpendikulyar  olduğu  halda,  qeyri-adi  şüanın  rəqsləri 

optik oxa paralel olur. Turmalin  kristalında  adi şüa qeyri-adi şüaya nisbətən çox udulur. Ona 

görə də  turmalin  kristalların   1 mm qalınlığında adi şüa tamamilə udulur, kristaldan keçən təbii 

şüadan qeyri-adi şüa qalır. Turmalin lövhəsinin bu xassəsindən istifadə edərək onu polyarizator 

kimi  işlədirlər.  Bu  xassəsi  ilə  polyaroid  turmalin  kristalına  oxşayır.  Polyaroid  şəffaf  təbəqə 

üzərində  düzülmüş  kerapatit  kristallardan  hazırlanır.  Belə  polyaroid  həm  polyarizator,  həm  də 

analizator kimi işlədilir. Belə polyarlaşdırıcıdan biri də Nikol prizmasıdır. 

 

Nikol prizması 

 

Yüksək  keyfiyyətli  polyarizator  Nikol  prizmasıdır.  Nikolun  iş  prinsipi  island  şpatında 



qoşaşüasındırma  hadisəsinə  əsaslanır.  Bütöv  kristaldan  prizma  kəsilir,  o  iki  yerə  bölünür  və 

sındırma əmsalı 



n

0

<



n

<

n

e

 olan kanada balzamı ilə yenidən bir-birinə yapışdırılır. 

Kanada  balzamının  sındır-ma  əmsalı  (1.550),  adi  şüanın  sindirma  əmsalı  (1.64),  qeyri-adi 

şüanın sındırma əmsalı (1.49) olduğundan, balzam üzərinə düşən adi şüa tam daxili qayıtmaya 

məruz qalır və prizmadan kənara çıxır. Qeyri-adi şüa isə kristaldan keçir və müstəvi polyarlaşmış 

işıq kimi istifadə olunur. Qeyri-adi şüa üçün balzanın sındırma əmsalı kiçik olduğundan həmin 

şüa nisbətən sınır və təxminən düşən S şüasının istiqamətində prizmadan çıxır. Nikol prizmasının 

yan səthləri qaralandığından adi şüa udulur və nəhayət təkcə qeyri-adi şüa qalmış olur. Belə bir 

prizmadan həm analizator, həm də polyarizator kimi istifadə etmək mümkündür. Əgər iki Nikol 

göturub  onları  təbii  şüanın  yolunda  baş  kəsik  müstəviləri  paralel  olmaq  şərtilə  qoysaq,  ekran 

üzərində işıqlanma, bas kəsiklərə perpendikulyar olduqda isə ekran uzərində qaranlıq alarıq. O 

şüası yapışma yerinə tam qayıtma bucağından böyuk bucaq 

altında  düşdükcə  tam  qayıtmaya  məruz  qalır  və  prizmadan 

kənara  çıxır. 



e

-Şüası  kristaldan  keçir  və  müstəvi 

polyarlaşmış işıq kimi istifadə olunur. 

 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə