FiZİka faküLTƏSİ TƏSDİq ediRƏM ­­­­­­­­­­­­­­



Yüklə 102,21 Kb.
səhifə6/7
tarix18.04.2022
ölçüsü102,21 Kb.
#85577
1   2   3   4   5   6   7
1-Molekulyar Fizika H.A.Aslanov

Tapşırıqlar siyasəti:

  • Tapşırıqların vaxtında verilməsi. Gecikdirilmiş tapşırıq qəbul edilməyəcək.

  • Təqdimatlar: Mövzu üzrə təqdimatlar, layihələr, hesabatlar və digər tapşırıqlar akademik saat ərzində təqdim olunur.Tapşırıqların qiymətləndirilməsi də dərs zamanı aparılır.

    Fənnin qısa məzmunu: Fənnin qısa məzmunu mühazirə, seminar (məşğələ) dərslərinin təqvim-tematik planı, tələbənin sərbəst işi üzrə təqvim-mövzu planını əhatə edir.

    V.Bal bölgüsü və qiymətləndirmə.

    A) Balların maksimum miqdarı -100 baldır. 100 ballıq sistem üzrə tələbə semestr ərzində bir dəfə imtahan verir. İmtahanda 100 baldan maksimum 50 bal toplamaq mümkündür. İmtahanda hər biri 10 bal olmaqla 5 sual üzrə qiymətləndirmə aparılır.

    30 bal fənnin xarakterinə uyğun olaraq müəllim tərəfindən dərslərdə cari fəallığa görə, 10 bal sərbəst işlərin yerinə yetirilməsinə görə, 10 bal da davamiyyətə görə verilir. Tələbənin məşğələdəki hər bir cavabı 0-10 ballıq sistem üzrə qiymətləndirilir. Hər fəndən tələbənin minumum 3 cavabı, yəni 3 qiyməti olmalıdır. Semestrin sonunda fəallıq zamanı toplanan balların cəmi tapılır, cəmdən alınan rəqəm cavabların sayına bölünür, bölünmədən alınan rəqəm dərslərdə fəallıq 30 olduğundan 3-ə vurulur.

    Yekunda fəndən minimum 51 bal toplamayan tələbə həmin fənni mütləq yenidən bir semestr oxuyub təkrar imtahan verməlidir. 100 baldan minimum 51 bal toplamaqla yanaşı tələbə final üçün ayrılan 50 baldan da minimum 17 bal toplamalıdır. 50 baldan 17 bal toplaya bilməyən tələbə də fənn üzrə yekun balın cəmindən asılı olmayaraq həmin fənni mütləq yenidən bir semestr oxuyub təkrar imtahan verməlidir.

    Qeyd: Əgər fənn üzrə kurs işi nəzərdə tutulubsa, onda seminar və laborator dərslərə görə-20, kurs işinin hazırlanması və müdafiəsinə görə -10 bal verilir.


    Yüklə 102,21 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə