FöVQƏladə hallarin idarə olunmasi ” fənnindən sərbəst iş


Fövqəladə halların aradan qaldırılmasının təşkili mərhələləri



Yüklə 64,03 Kb.
səhifə2/4
tarix24.12.2023
ölçüsü64,03 Kb.
#160316
1   2   3   4
Nurlan M serbest is 1-ci

2.Fövqəladə halların aradan qaldırılmasının təşkili mərhələləri
Təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin mühafizəsi - insanların zədələnməsinin qarşısın alınmasına və ya maksimal dərəcədə azaldılmasına, habelə onların iş qabiliyyətinin saxlanmasına yönəldilmiş üsul və tədbirləır kompleksindən ibarətdir. Fövqəladə hadisə nəticələrinin və əhalinin həyatı üçün yaranan təhlükənin səviyyəsinin azaldılması üzrə əvvəlcədən görülən tədbirlər bunlardır: O yaşayış məntəqələrinin salınması və hidroqurğuların yaradılması üzrə baş planların işlənib hazırlanması zamanı regionların, habelə təhlükəli və fəlakətli hadisələrin təsirinə məruz qalan müxtəlif sahələrin xüsusiyyətlərinin nəzərə alınması; Təhlükə potensiallı obyektlərin, qəzalar zamanı əhali və ətraf mühit üçün yarada biləcəyi təhlükəli nəticələr nəzərə alınmaqla rasional (səmərəli) yerləşdirilməsi;
• Binaların, qurğuların, mühəndis şəbəkələrinin və nəqliyyat kommunikasiyalarının yolverilən təhlükəsizlik və etibarlılıq səviyyələrinə uyğun inşa edilməsi;
• Təhlükə potensiallı obyektlərin qəzasız işləməsini təmin edən tədbirlərin həyata keçirilməsi;
• Yaşayış məntəqələrinin və iqtisadiyyat obyektlərinin təhlükəli təbii hadisələrdən mühafizəsi üzrə kompleks tədbirlər işlənib hazırlanması;
• Fövqəladə hadisələrin qarşısının alınması və aradan qaldırılması üzrə regional və yerli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi;
• Vaxtında xüsusi mühəndis qurğularının (uçqunlara, eroziyalara qarşı) tikilməsi;
• ölkə ərazisinin sanitariya mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi.
Əhalinin fövqəladə hadisələrdən etibarlı mülıafizəsnin təminatı üsulları və tədbirləri kompleksinə daxildir:
• Fövqəladə hadisələr təhlükəsi yarandığı barədə əhalini xəbərdar etmək, habelə bu cür hadisə baş verərkən yaranmış vəziyyət və ekstremal şəraitdə fəaliyyət qaydası haqqında əhaliyə informasiya (məlumatlar) vermək;
• Ətraf mühitin, ərzaq mallarının və suyun radioaktiv, kimyəvi və bakterial maddələrlə çirklənməsini aşkarlamaq məqsədilə kəşfiyyat, müşahidə və nəzarət sistemlərini inkişaf etdirmək, şərait haqqında məlumat toplamaq qaydalarını müəyyənləşdirmək;
• Mövcud mühafizə qurğulan fondundan istifadə etmək və onu insanların daldalanmasma hazır halda saxlamaq;
• Əhalinin təhlükəsiz rayonlara və yerlərə köçürülməsi (çıxarılması) tədbirlərinin təşkili və təminatı qaydalarımn təkmilləşdirilməsi;
• Əhalinin radiasiyadan və kimyəvi ZM mühafizəsinin təşkili;
• Fərdi mühafizə vasitələri ehtiyatları yaradılması, bu vasitələrin modelləşdirilməsi, daim hazır saxlanması və qısa müddətdə əhaliyə paylanmasının təmin edilməsi;
• Əhalinin radioaktiv və kimyəvi zəhərlənmə zonalarında davranış rejimlərinin işlənib hazırlanması;
• Əhalinin tibbi mühafizəsi və tibbi profilaktika vasitələri ehtiyatlarının yaradılması. Əhalinin mühafizəsinin təşkili aşağıdakılardan ibarətdir:
• Əhahnin mühafizəsi üzrə tədbirlərin planlaşdırılması;
• Əhalinin mühafizə tədbirlərinin əvvəlcədən hazırlanması;
• Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi və zərərçəkmiş əhalinin həyat təminatı üzrə ilknövbəli tədbirlərin həyata keçirilməsi.
İdarəetmə orqanları hər şeydən əvvəl əhalinin mühafizəsi üsulları və tədbirləri kompleksinin həyata keçirilməsinin təşkili, habelə qəzaların və təbii fəlakət nəticələrinin aradan qaldırılması zamam qüvvələrin idarə edilməsi məsələləri üzrə hazırlanır. Bu hazırlıq idarəetmə orqanlarının fəaliyyətinin dəqiq təşkil olunmasına, aşağıdakı vəzifələrin vaxtında və uğurla icrasına əsas səylərin cəmləşdirilməsinə yönəldilməlidir:
• Fövqəladə hadisə nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulan idarəetmə orqanları və qüvvələri şəxsi heyətlərinin yüksək əhval-ruhiyyəsinin və vəzifələrin icrasına daimi hazırlığının təmin edilməsi və saxlanması;
• Fövqəladə hadisə təhlükəsi yarandığı və baş verdiyi barədə əhalinin vaxtında xəbərdar edilməsi və ona yaranan vəziyyət haqqında informasiya (xəbərlər) verilməsi;
• Vəziyyət haqqında məlumatların fasiləsiz olaraq toplanması və öyrənilməsi;
• Qərarların vaxtında qəbul edilməsi və vəzifələrin icraçılara vaxtında çatdırılması; • Qüvvə və vasitələrin qəza-xilasetmə, qəza-bərpa və digər təxirəsalınmaz işlərin yerinə yetirilinəsinə hazırlanması;
• Qüvvələrin fəaliyyətinin hərtərəfli təmin edilməsi; •Əhalinin mütəşəkkil surətdə toplanması və təhlükəsiz rayonlara köçürülməsi (çıxarılması);
• Fasiləsiz qarşılıqlı fəaliyyətin təşkili və saxlanması;
• Əhalinin mühafizəsi tədbirlərinin vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi. İdarəetmə orqanları şəxsi heyətinin öyrədilməsi zamam komandir-qərargah və qərargah təlimlərindən, qərargah məşqlərindən, qrup üzrə və fərdi təlimlərin icrasından geniş istifadə olunur. Qoşun birləşmələrinin (hissələrinin, bölmələrinin) və dəstələrin hazırlığı təsdiq edilmiş tematika və proqramlar üzrə, tədrisin müxtəlif forma və metodlarmdan istifadə etməklə yerinə yetirilir. Bütün əhali qruplanmn fövqəladə hadisələr təhlükəsi yaranarkən və baş verərkən fəaliyyətə hazurlanması iş (təhsil, yaşayış) yerlərində təşkil edilir və həyata keçirilir. Əhali fəaliyyətə müstəqil surətdə, məşğələlərdə, məşqlərdə, habelə kütləvi informasiya vasitələrinin köməyi ilə hazurlanır. Hazırlığın həcmi və məzmunu əhali üçün yarana biləcək real təhlükəllərə müvafiq müəyyən edilir. Fövqəladə hadisələr vaxtı əhalinin mühafizəsinə hazırhq məqsədilə maddi- texniki baza yaradılması üzrə hazırhq tədbirləri görülür.
Fövqəladə hadisə təhlükəsi yaranarkən əhalinin mühafizəsi üçün aşağıdakı tədbirlər yerinə yetirilir;
•Xəbərdarlıq, idarəetmə və rabitə sistemləri və vasitələrinin hazırlığımn yoxlanması;
• Mühafizə vasitələrinin hazır vəziyyətə gətirilməsi;
• Fərdi mühafizə tibbi profilaktika vasitələrinin hazırlanması və əhaliyə paylanması; • Sanitariya və epidemiya əleyhinə tədbirlərin yerinə yetirilməsi;
• Təhlükə gözlənilən rayonlardan və sahələrdən əhalinin köçürülməyə (çıxarılmağa) hazırlanması, lazımı hallarda isə köçürülməsi.
Fövqəladə hadisə baş verərkən əhalinin mühafizəsi işləri üç mərhələdə görülür: Birinci mərhələdə əhahni qorunmaq, fövqəladə hadisənin təsirinin genişlənməsinin qarşısını almaq, yaxud onu zəiflətmək, habelə qəza-xilasetmə, qəza-bərpa və digər təxirəsalınmaz işlərin başlanması (genişləndirilməsi) üçün təcili tədbirlər tətbiq olunur. Əhalinin mühafizəsi (qorunması) üçün görülən təcili tədbirə bunlar aiddir:
• Təhlükə barədə xəbərdarlıq;
• Mühafizə vasitələrindən istifadə;
• Mühafizə rejiminə riayət etmək;
• Əhalinin zədələnməsi qorxusu yaranan sahələrdən və rayonlardan onları köçürmək;
• Tibbi-profilaktika vasitələri işlətmək və zədələnmiş şəxslərə ilk tibbi, habelə digər yardım göstərmək;
• Qəzaların (təbii fəlakətin) nəticələrinin genişlənməsinin qarşısını almaq, yaxud onu zəiflətmək üçün qəzanın məhdudlaşdırılması, istehsal prosesinin dayandırılması və ya texnoloji prosesin dəyişdirilməsi, yanğınların qarşısının alınması və ya söndürülməsi işləri yerinə yetirilir.
Xilasetmə və digər təxirəsalınmaz işlərə hazırlıq üzrə əsas tədbirlər bunlardır: • İdarəetmə orqanlarının və qüvvələrinin hazır vəziyyətə gətirilməsi;
• Kəşfiyyat və nəzarət aparılması, yaranmış vəziyyətin qiymətləndirilməsi və əhalinin mühafizəsi üzrə digər təbirlərin yerinə yetirilməsi haqqında qərar qəbul edilməsi.

Yüklə 64,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə