FöVQƏladə hallarin idarə olunmasi ” fənnindən sərbəst iş



Yüklə 64,03 Kb.
səhifə1/4
tarix24.12.2023
ölçüsü64,03 Kb.
#160316
  1   2   3   4
Nurlan M serbest is 1-ci


Fövqəladə Hallar Nazirliyinin Akademiyası “Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri” kafedrası
FÖVQƏLADƏ HALLARIN İDARƏ OLUNMASI ”
fənnindən sərbəst iş




Fənn müəllimi :b/l-nt Maya Qurbanova __________
Magistrant : b/l-nt Nurlan Mehdiyev
BAKI-2023
Plan
1. Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili.
2. Fövqəladə halların aradan qaldırılmasının təşkili mərhələləri
3. Nəticə
4. Ədəbiyyat siyahısı



  1. Fövqəladə hallarin qarşısının alinması və nəticələrinin aradan qaldirilmasi üzrə idarəetmənin təşkili

FH komissiyası Respublikanın inzibati ərazi bölgüsünə və sahə idarəetmə orqanlarının strukturuna müvafiq olaraq ərazi üzrə respublikanın şəhər, rayon və digər yaşayış məntəqələrini, istehsalat sahələri üzrə bütün nazirlikləri, baş idarələri və hər cür sosial obyektlərini əhatə edir: 1) rəhbər orqanlar; 2) gündəlik idarəetmə orqanları; 3) ətraf mühitə və təhlükə potensiallı obyektlərə nəzarət və müşahidə edən qüvvə və vasitələr. Fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün qüvvə və vasitələr: rabitə və xəbərdarlıq sistemi və digər lazımi maddi-texniki vəsaitlər müəyyən edilmişdir.
Komissiyanın əsas vəzifələri aşağıdakılardan ibarətdir:
- Fövqəladə halların qarşısını almaq və onların nəticələrini zəiflətmək məqsədilə tədbirlər hazırlayıb həyata keçirmək;
- Ətraf mühitə və təhlükə potensialı obyektlərdə daimi müşahidə ə nəzarətin təşkil edilməsi, fövqəladə hallarda baş verə biləcək vəziyyətin proqnozlaşdırılması və qiymətləndirilməsi;
- Fövqəladə hallar yaranarkən idarəetmə orqanlarının, qüvvə və vasitələrin fəaliyyət göstərməyə daim hazır olmasını təmin etmək;
- Fövqəladə hallara qarşı profilaktika tədbirləri görmək, qüvvə və vasitələri saxlamaq və təchiz etmək, xilasetmə işləri aparmaq və zərər çəkmiş əhaliyə yardım göstərmək üçün lazımi maliyyə, maddi-texniki vəsait ehtiyatları yaratmaq;
- Fövqəladə hallar ehtimalı barədə xəbər və məlumatlar toplamaq, elə halların nəticələrinin aradan qaldırılmasına kömək göstərmək, sahəsində digər rayonların, regionların fövqəladə komissiyaları ilə qarşılıqlı fəaliyyəti təşkil etmək;
- Fövqəladə hallar yaranərkən və onların nəticələri aradan qaldırılarkən fəaliyyətə rəhbərlik etmək və s.
Fövqəladə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sisteminin gündəlik idarəetmə orqanları aşağıdakılardan ibarətdir:
- Fövqəladə hallara görə bütün səviyyədən onlar ərazi komissiyalarının növbətçi xidmətləri (deməli, bütün komissiyalar yanında növbətçi xidmətlər olmalı, onlar fəaliyyətə daim hazır halda saxlanmalıdır);
- Nazirliklərin, baş idarələrin, sənaye və sosial təyinatlı obyektlərinin növbətçi-dispetçer xidmətləri (belə xidmətlər təhlükə potensiallı bütün obyektlərdə olmalıdır);
- Bütün səviyyədən olan Mülki Müdafiə qərargahları;
- Respublikanın əhəmiyyətli xilasetmə qüvvələrinin və digər qüvvələrin növbətçi xidmətləri.
Beləliklə, fövqəladə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət sisteminin rəhbər orqanları (komissiyalar) və saydığımız bu gündəlik idarəetmə orqanları onun idarəetmə sistemini təşkil edir.



Yüklə 64,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə