FöVQƏladə hallarin idarə olunmasi ” fənnindən sərbəst iş



Yüklə 64,03 Kb.
səhifə3/4
tarix24.12.2023
ölçüsü64,03 Kb.
#160316
1   2   3   4
Nurlan M serbest is 1-ci

İkinci mərhələnin əsas vəzifələri - qəza-xilasetmə, qəza-bərpa və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsindən ibarətdir. Eyni zamanda, birinci mərhələdə başlanmış əhalinin mühafizəsi və fövqəladə hadisə nəticələrinin təsirinin zəiflədilməsi üzrə tədbirlər davam etdirilir . İşləri şəxsi heyət növbələrlə və müvafiq təhlükəsizlik qaydalarını gözləməklə icra edir. Xilasetmə işlərinin gedişində aşağıdakı tədbirlər yerinə yetirilir:
• Zədələnmiş insanlann axtarılması, onların uçqunlardan, dağılmış binalardan, xarab edilmiş nəqliyyat vasitələrindən çıxarılması;
• Təhlükəli rayonlardan (zonalardan, yerlərdən) insanlann köçürülməsi (çıxarılması, daşınması);
• Zərərçəkənlərə tibbi yardım və digər növ yardımlar göstərilməsi. Digər təxirəsalınmaz tədbirlər bunlardır:
• Yanğın ocaqlarının məhdudlaşdırılması;
Uçqunlann sökülməsi, çökmək qorxusu törədən bina hissələrinin bərkidilməsi; •Xilasetmə işlərinin təmin edilməsi məqsədilə enerji və kommunal şəbəkələrin, rabitə xətlərinin və qurğularının bərpa edilməsi;
• İnsanların sanitar təmizlənməsi, paltarların, nəqliyyat vasitələrinin, texnikanın, yolların, qurğuların, ərazinin və s-nin dezaktivasiya, deqazasiya və dezinfeksiya edilməsi.
Üçüncü mərhələdə - fövqəladə hadisə nəticəsində zərərçəkmiş rayonlardakı əhalinin ilk növbəli həyat təminatı məsələləri həll edilir Zərərçəkmiş əhalinin həyat təminatı fövqəladə hadisə zonasında olarkən və köçürülmə (müvəqqəti çıxarılma) zamanı insanların həyatının təmin edilməsi və sağlamlığının saxlanması, habelə həyat fəaliyyəti üçün lazımi şərait yaradılmasına xidmət edir. Bu məqsədlə görülən tədbirlər bunlardır:
• Evsiz-eşiksiz qalmış əhalinin salamat qalan qurğularda, çadırlarda, daxmalarda, vaqon evlərdə, müvəqqəti tikilən binalarda və dəmir yolu vaqonlarında müvəqqəti yerləşdirilməsi:
•Əhalinin çirklənməmiş (zəhərlənməmiş) ərzaq məhsulları, su və ən vacib əşyalarla təmin olunması;
• Kommunal təsərrüfat, nəqliyyat müəssisələrinin və tibb idarələrinin fəaliyyətinin təmin edilməsi;
• Maddi yardımın qeydiyyatının və paylaşdırılmasının təşkil edilməsi; • Lazımi sanitar-gigiyena və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsi; •Əhali arasında fövqəladə hadisənin psixoloji nəticələrini zəifətmək, şok hallarını aradan qaldırmaq üzrə işlərin görülməsi;
• Köçürülən əhalinin təhlükəsiz rayonlarla, tibbi yardımla və işlə təmin edilməsi. Zərərçəkən və köçürülən əhalinin həyat təminatı üzrə əsas tədbirlər yerli hakimiyyət orqanları tərəfindən, bu isə təşkilatlan, idarələri və müəssisələri cəlb etməklə yerinə yetirilir.


NƏTICƏ
Fövqəladə hallar zamanı idarəetmə orqanlarının, qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığın yoxlanılması, fövqəladə hadisələr zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi, MM qüvvələrinin idarə olunması üzrə MM idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmiləşdirilməli, eləcədə digər idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyətə və işçilərə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin, təlimlərin mütəmadi olması yüksək səviyyədə idarətməyə gətirib çıxarır.



Yüklə 64,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə