101
şübhə ilə yanaşır, mütərəqqi inkişafın hərəkətverici qüvvəsi olan tənqidi təh-
lili qəbul etmir. Adətən
avtoritar rəhbərlik üslubu onun üçün əlverişli “qida-
landırıcı mühitin” - insanların vətəndaş özünüdərkinin, təhsil və mədəniyyət
səviyyəsinin aşağı olduğu yerdə inkişaf edir. Bilik səviyyəsi nə qədər aşağı-
dırsa, qətiyyətsizlik və qorxu, və onunla bağlı olan “işdə sosial təhlükəsizlik
təminatı” kimi nəzərdən keçirilən, rəhbərliyə uyğunlaşma yolu ilə öz “sta-
tus-kvo”sunu qorumaq cəhdi də o qədər çox olur.
Postsovet məkanında demokratik üslubun üstünlüyünə baxmayaraq av-
toritar üslubun davamlılığı onunla şərtlənir ki, onun arxasında, işini yenidən
qurmağı bacarmayan və yeni yanaşmaları öyrənmək istəməyən, həmçinin
demokratik idarəetmə texnologiyalarını bilməni və mənimsəməni tələb edən
yeni şəraitdə öz imtiyazlarını itirməkdən qorxan ayrı-ayrı sovet tipli rəhbər-
lərin şəxsi va ya qrup maraqları dayanır. Başqa cür idarə etmək bacarıqsızlı-
ğını və istəməməsini nümayiş etdirən avtoritar rəhbər yalnız “yuxarıdan”
birbaşa sərəncama istiqamətlənib ki, bu səbəbdən adətən işçilərin, mütərəqqi
inkişafa yönəldilmiş sosial və innovativ fəallığının ləngitmə mexanizmini
yaradaraq “aşağıların təşəbbüsünü” təcrid edir.
Avtoritar idarəetmə üslubu
və
alimlərə, müəllimlərə və yaradıcı işçilərə, elmin və incəsənətin müxtəlif
sahələrinin ekspertlərinə
inzibati təzyiq, intellektual və
estetik yaradıcılığa
düzəldilməsi mümkün olmayan zərər vurur, sosial-mədəni tərəqqini təmin
edən yeni ideyaların, kəşflərin, texnologiyaların yaranması baş
verən mühiti,
mənəvi iqlimi pozur. Maddi vəsaitlərə malik olan məmur, yeganə düzgün,
elmi əsaslanmış seçim etməyə imkan verən sistemli kulturoloji təhlil, peşə-
kar ekspert qiymətləndirilməsi və obyektiv informasiya əsasında
qərarlar qə-
bul etməlidir. Elm, təhsil və incəsənət ideologiya qulluqçusu olmalı deyil,
lakin ən yeni elmi nailiyyətlər və mədəni dəyərlər sistemi əsasında onu düz-
gün formalaşdırmağa yardım etməlidir. Məlum olduğu kimi, müəyyən tarixi
nailiyyətlərlə yanaşı, hakimiyyət tərəfindən sifariş edilmiş məfkurəvi-ideya
obrazlarını qanuna salan və totalitar sistemin “yaradıcı xadimlərinə” imtiyazlı
mövqeni təmin edən sovet dövrünün məhz avtoritar mədəni siyasəti, sovet elmi
və incənətinin müstəqilliyinə və nəticə etibarilə səmərəliliyinə, onun yüksək
etik normalarına xeyli zərər vurmuşdur.
Avtoritar üslub sovet dövründən irsən keçmiş, inkişaf etməkdə olan ölkə-
lərin dövlət maraqlarına düzəldilməsi mümkün olmayan zərər vurmuş neqa-
tiv təzahürdə -
bürokratizmdə daha aydın görünür. Hələ keçmiş SSRİ-də bü-
rokratizmin mahiyyəti yaxşı öyrənilmişdi: bürokratizm nəticəsində dövlət
vəzifələri dəftərxana məsələlərinə çevrilir, dəftərxana məsələləri isə süni su-
rətdə dövlət səviyyəsinə qaldırılır ki, bu da mühüm sosial və siyasi problem-
lərin həllində ləngimə mexanizmi yaradır. Çox zaman dövlət maraqları ida-