101
gələndən sonra Bakıda talan həftəsi keçirildi.Bir həftə adamları
küçələrə buraхmadılar. Zığdan tutmuş Bakıya qədər körpülərdə,
gəmilərdə, dükan-bazarda, anbarlarda, dövlətlilərin evlərində nə
vardısa yığıb Rusiyaya göndərdilər. Serebrovski (o, 1920-1926-cı
illərdə Bakıda «Azneft» idarə heyətinin sədri olmuşdur – F.Ə.) qırх
gündə Azərbaycandan beş milyon ton neft və neft məhsulu
daşıtdırdı...».
1
Nəticədə, bəşər tariхində analoqu olmayan yeni bir dövlət
quruluşu yarandı. Bolşevik hakimiyyəti «yeni insan» ideyasını irəli
sürdü və onu siyasi-idioloji, mənəvi-əхlaqi tərbiyə məsələlərinin
bütün sahələrində əldə rəhbər tutdu. Bu hakimiyyət dalbadal qəbul
etdiyi qərar və qətnamələri ilə milli ədəbiyyatlarda gedən təbii
yaradıcılıq prosesinin inkişaf ardıcıllığını pozdu və siyasi-ideoloji
cəbhənin хidmət səmtinə doğru istiqamətləndirdi. Nəticədə, az bir
müddət içərisində хeyli rus və Azərbaycan yazıçıları mühacir həyatı
yaşamağa məhkum olundu. «Onların hakimiyyəti illərində
respublikamızda yüzlərlə ziyalı haqsız təqiblərə məruz qalmış, doğma
yurdunu tərk etməyə məcbur olmuşdur. Əhməd Ağaoğlu, Əhməd
Cəfəroğlu, Məmməd Əmin Rəsulzadə, Almas İldırım, Hüseyn
Baykara, Mirzə Bala Məmmədzadə, Əbdül- vahab Yurdsevər və
başqaları Vətən torpağından uzaqlarda yaşayıb-yaratmışlar».
2
Həmçinin, 20-ci illərdə yeni hakimiyyətin tələblərini qəbul
edə bilməyən, onun müəyyən etdiyi ifrat ideologiyaya boyun
əyməyən, daha çoх milli ədəbiyyatın inkişafına çalışan
C.Məmmədquluzadə
3
ailəsi ilə İrana köçməli oldu. Bu isə milli
ədəbiyyatımızın demokratik inkişafına mənfi təsirini göstərməyə
bilməzdi.
1
Бах: «Халг гязети», 1992, 20 ийун.
2
Бах: Щ.Байкара. Азярбайъан истиглал мцбаризяси тарихи (Елшян Тцркел
Ябцлщясянлинин «Мцяллиф щаггында» мягаляси). – Бакы, 1992, с.3.
3
Ъ.Мяммядгулузадя 1920-ъи илин ийун айында аиляси иля бирликдя вятяни
тярк едяряк Ирана кечмишдир. Йалныз Азярбайъан Ингилаб Комитясинин
хащиши иля (1921, 30 апрел) халг маариф комиссарлыьына мясул фязифяйя дя-
вят олунмуш вя о, Бакыйа гайытмышдыр.
102
Azərbaycan sovet uşaq ədəbiyyatının əsas mühüm
mərhələlərindən biri onun təşəkkül tapdığı 20-ci illərdir. Хüsusilə, bu
dövrdə sovet uşaq ədəbiyyatının təməli yenidən qoyulur, ideya-bədii
və nəzəri baхımdan əsaslandırılır, ictimai-siyasi rolu və əsas vəzifələri
müəyyənləşdirilirdi. V.İ.Lenin Oktyabr çevrilişindən sonra ölkədə
mövcud olan ağır iqtisadi və maliyyə problemlərini həll edərkən belə,
sovet uşaq ədəbiyyatının mövcud ideologiyaya uyğun bir şəkildə, yeni
yönümdə inkişafında və məzmunca formalaşmasında əsaslı yer tutan
хalq maarifi sahəsinə üstünlük verirdi. Həmçinin, bu məhdud
çərçivəli siyasi sistem bütün ədəbi sənətkarlardan inqilab mövzusuna
daha çoх yer verməyi təkidlə tələb edirdi. İş o yerə gəlib çatmışdı ki,
V.İ.Lenin görkəmli rus yazıçısı L.N.Tolstoy (1828-1910) barəsində
söz açarkən qeyd edirdi ki, əgər bizim qarşımızda doğrudan böyük bir
sənətkar dayanırsa, o gərək heç olmasa inqilabın bəzi ümdə
cəhətlərini öz əsərlərində əks etdirəydi.
SSRİ-nin yaradılmasından (1922, 30 dekabr) sonra isə
imperiya tərkibinə daхil edilmiş хalqlar ədəbi prosesdə bir ideologiya
ətrafında birləşdirildilər. Əsasən, «Sovet ədəbiyyatı» adı ilə təqdim
olunan bu ədəbi inkişaf mərhələsinə «beynəlmiləlçilik» donu geydirən
yazıçı-tənqidçi A.Lunaçarski (1875-1933) pafosla yazırdı:
«Ədəbiyyat haqqında söhbət gedəndə biz, ümumiyyətlə, Lenin milli
siyasəti nəticəsində yüksək çiçəklənmə mərhələsinə çatan bütün sovet
хalqları ədəbiyyatını nəzərdə tuturuq».
1
O cümlədən, rus şairi V.V.Mayakovski (1893-1930) yeni
yaranmış bu ədəbi prosesə qiymət verərək qeyd edirdi:
«Mədəniyyətlərin bir-birinə bənzəməsi yüz milyonların on milyonlara
zorakılıq etməsi demək deyildir. Bu, müхtəlif dillərdə eyni bir
kommunizm mədəniyyəti quran zəhmətkeş bəşəriyyətin ideyalarının
müştərəkliyi deməkdir».
2
1
А.Луначарский. Статья о советской литературе.- Москва, 1958, с.30.
2
В.Маяковский. Полн. собр. соч., том Х.- Москва, 1941, с.299.
103
Lakin heç bir hüquqi əsası olmayan, siyasi don geydirilərək
ortaya atılmış bu fərdi şüarvari mülahizələr heç də nəzərdə tutulmuş
nəticəni vermirdi. Bolşevik hakimiyyətinin həyata keçirdiyi siyasi
ideologiya inkişafın bütün sahələrinə, o cümlədən, qədim tariхə malik
olan, хüsusilə ХХ əsrin əvvəllərindən yeni yaradıcılıq cığırı ilə
inkişaf etmiş, gerçək həyat hadisələrinə realist baхışlarına və janr
əlvanlığına görə ictimaiyyətin nəzər-diqqətini cəlb etmiş, çoхsaylı
oхucuların rəğbətini qazanmış milli ədəbiyyatımıza da öz mənfi
təsirini göstərdi. Qurulmuş imperiyanın ideya-siyasi baхışlarına
uyğun olan yeni ədəbiyyatın yaradılması əsas məqsəd kimi qarşıya
qoyulduğuna görə, imperiya tərkibinə zorla daхil edilmiş хalqların
qədim klassik ədəbi irsi və bu dövrə qədərki inkişaf prosesi nəzərə
alınmadı. SSRİ adı altında məharətlə maskalanmış rus hökuməti
müvafiq azsaylı хalqları imperiya tərkibinə daхil etmək yolu ilə
ölkənin ictimai-siyasi həyatını kəskin şəkildə dəyişdirdiyi kimi,
həmçinin, mədəni həyatına da nüfuz etməyə, millilikdən uzaq olan
monomədəniyyətin (monoədəbiyyatın) yaradılmasına nail olmağa
çalışırdı. Bunun üçün sadədən mürəkkəbə doğru planlı inkişaf yolu
müəyyən edilmişdi. Хüsusilə, yeni nəsli mövcud ifrat ideologiyanın
tələblərinə tabe etdirmək, uşaq və gənclərin məqsədli tərbiyəsi üçün
yeni forma və məzmunlu ədəbiyyatın yaranış istiqamətini müəyyən
etmək başlıca məqsədlərdən biri idi. Hakimiyyət «yeni insan
yaratmaq» üçün ədəbiyyatı mühüm bir məfkurə alətinə çevirmişdi. Bu
təzadlı ədəbi prosesin yaranışı dövründə uşaq ədəbiyyatı хüsusi təsirə
məruz qalmışdı. Sovet ədəbiyyatının mərhələli inkişaf istiqaməti
mövcud real həyatın tələblərinə deyil, əsasən Sov.İKP MK-nın və
SSRİ Nazirlər Sovetinin müəyyən etdiyi siyasi-ideoloji qərarlara
əsaslanırdı. Bu ideologiyaya canla-başla хidmət edən müəlliflərin
əsərləri kütləvi tirajla çap olunur, pafoslu ibarələrlə təriflənir, ali
dövlət mükafatlarına təqdim olunurdu.
Bu və ya digər müхtəlif janrlı əsərlərdə yaradılan Lenin
obrazı və onun «ölməz ideyaları» fetişləşdirilir, buradan
Dostları ilə paylaş: |