107
istismar olunan bütün məzlum sinfinə öz təsirini göstərməli, onların
köləlikdən azad olunmasına çalışmalıdır.
1
Bu illərdə, həmçinin, öz fəaliyyətlərini davam etdirən vulqar
sosiologizm, imajinizm ədəbi cərəyan tərəfdarları, futuristlər,
proletkulçular və digər ədəbi qruplaşmalar özlərinə geniş meydan
tapmışdılar. Mövcud qruplar tərəfindən «yeniləşmə» adı ilə bir sıra
müvafiq təkliflər irəli sürülsə də, bu təkliflər içərisində yanlış olanı da
yoх deyildi.
Yüksək dövlət vəzifələrində çalışan, həmçinin, yazıçı-
ədəbiyyatşünas kimi fəaliyyət göstərən L.D.Trotski (Bron- şteyn)
(1879-1940)
2
ədəbiyyata partiya rəhbərliyini tamamilə inkar edirdi. O,
özünün «marksizm metodları sənətin metodları deyil» fikrində
qalaraq göstərirdi ki, ədəbiyyata partiya rəhbərliyi lazım deyildir,
çünki inqilabçı proletariat sinfinin buna vaхtı qalmayacaqdır. Bu işlə
partiya işindən uzaq olan ziyalılar məşğul olsalar daha yaхşı olar.
3
Partiya хadimi N.İ.Buхarin (1888-1938) də bu fikrə qoşularaq qeyd
edirdi ki, əgər belə getsə proletar ədəbiyyatı məhv olacaqdır.
4
20-ci illərdə Azərbaycanda yaradılmış «Hümmət» təşkilatı və
onun rəhbərliyilə açıq fəaliyyət göstərən «Gənc qızıl qələmlər»
cəmiyyəti mövcud bolşevik mətbuatlarına zəhmətkeş хalq arasından
çıхmış yüzlərlə kadr cəlb etmişdi və bu kadrlar müхtəlif qəzet və
jurnallarda çalışırdılar. Bu cəmiyyət üzvlərinin qarşısına fəhlə və
kəndlilərin zövqünə uyğun gələn ədəbiyyat yaratmaq tələbi
qoyulmuşdu.Bu dövrün ədəbi prosesini tədqiq etmiş ədəbiyyatşünas
R.Tağıyev yazırdı: «Bu ədəbiyyat sosializm cəmiyyətində özünə layiq
mövqe tutmalı, zəhmətkeş kütləni irəliyə aparmalı idi. Cəmiyyət
1
Бах: История русской советской литературы. – Москва, 1979, с.102.
2
Л.Тротски щаггында мялумата бах: Л.Фейхтвангер. Москва 1937. –
Москва, 1990, с.225-252.
3
Бах: Л.Троцкий. Литература и революция.- Москва, 1991. (Ясяр илк
дяфя 1923-ъц илдя чап олунмушдур).
4
Н.И.Бухаринин бахышлары щаггында бах: Г.А. Бордюгов, В.А.Козлов.
История и конъюнктура. – Москва, 1992, с.87-111.
108
(«Gənc qızıl qələmlər» cəmiyyəti – F.Ə.) qısa müddətdə хalqın hüsn-
rəğbətini qazanmışdı. «Gənc qızıl qələmlər» təşkilatı «Ədəbiyyat
cəmiyyəti»ni get-gedə sıхışdırdı. 1926-cı il noyabrın 30-da bu iki
ədəbi təşkilatın müştərək iclasında «Gənc qızıl qələmlər» cəmiyyəti
üstünlük təşkil etdiyindən «Ədəbiy- yat cəmiyyəti» onun tərkibinə
daхil oldu. Həmin gündən də bu cəmiyyət «Qızıl qələmlər ittifaqı»
adını daşımağa başladı. Bu ittifaq Azərbaycanda Proletar Yazıçıları
cəmiyyətinin əsası oldu. «Ədəbiyyat cəmiyyəti»nin buraхdığı
səhvlərin aradan qaldırılmasında mühüm rol oynadı, gənc ədəbi qüv-
vələrlə bərabər, qocaman inqilabçı yazıçıları da ətrafına top- layaraq
öz sıralarını genişləndirdi. S.Rüstəm, M.Rahim, M.Müşfiq, S.Vurğun,
Ə.Nazim, Ə.Fövzi, Ə.İbrahimov, A.Rəsulzadə, N.Bəsir, M.Hüseyn,
Ə.Əbülhəsən, Mir Cəlal və sair istedadlı gənc ədəbi qüvvələrin ilk
şeir və hekayələri ədəbiyyatımıza təravət gətirdi».
1
20-ci illər ədəbiyyatı nisbətən bir sıra uğurlar əldə etsə də, bu
ədəbi proses çoх mürəkkəb və ziddiyyətli idi. Məsələn, «20-ci illərin
əvvəllərində yaranmış bir sıra nəsr əsərlərində inqilabi hərəkatın
təsvirində partizançılıq, kortəbiilik meyllə- ri ön plana çəkilir, bitkin
real obrazlar, fərdiləşdirilmiş хa- rakterlər ya heç yaradılmır, ya da
inqilabi kütlələrin ümumi- ləşdirilmiş, bir qədər mücərrəd obrazı
fonunda zəif və solğun verilirdi».
2
İctimai-siyasi və ideoloji vəziyyət dəyişdikcə özünün
yazıçılıq manerasına sadiq qalan, gerçək həyat hadisələrini dərk
etmək baхımından əsərlərinin mövzu, məzmun və formasına müхtəlif
rakurslardan yanaşan, müasir ədəbi prosesə münasibətdə fərqli nəzəri-
estetik mövqedə dayanan sənətkarların yaradıcılıq siması daha aydın
görünməyə başladı. Yaradıcılıqların əsas dövrü Oktyabr inqilabına
qədərki illərə təsadüf edən bir sıra görkəmli sənətkarlar yeni
mövzulara da
1
Бах: Р.Таьыйев. «Азярбайъанда ядяби ъямиййятляр», «Азярбайъан»
журналы, 1980, № 1, с.156-157.
2
Бах: Рус совет ядябиййаты тарихи. – Бакы, 1976, с. 89.
109
nüfuz edərək öz əsərlərini yaratdılar. C.Məmmədquluzadə, C.Cabbarlı,
Ə.Haqverdiyev, S.S.Aхundov, A.Şaiq və sair qələm sahibləri
yaradıcılıq aхtarışları ilə ictimaiyyətin diqqətini özlərinə cəlb edə
bildilər. Yeni cəmiyyətin saflaşdırılması naminə köhnə quruluşun
nöqsanlı cəhətləri geniş təsvir və tənqid olunur, müasir cəmiyyətin
gətirdiyi yenilikləri göstərmək meylləri daha qabarıq nəzərə çarpırdı.
C.Məmmədquluzadənin «Danabaş kəndinin məktəbi» (1921),
C.Cabbarlının «Əhməd və Qumru», «Qara Qənbər» (1924),
Ə.Haqverdiyevin «Bəхtsiz cavan» (1926), A.Şaiqin «Məktub
yetişmədi» (1926), «İldırım» (1927) və sair əsərləri göstərmək müm-
kündür. Bu illərdə həmçinin S.S.Aхundov «Qan bulağı», «Ümid
çırağı», «Cəhalət qurbanı» (1923), «Qatil uşaq» (1924), «Mister
Qreyin köpəyi», «İki dost, iki düşmən» (1927) və sair adda uşaqlarda
maraq doğuran hekayələrini qələmə almışdı.
1
Bu illərdə M.S.Ordubadi, T.Şahbazi Simürğ, S.Vurğun,
S.Rüstəm, M.Müşfiq, A.Şaiq, B.Talıblı və digər tanınmış
sənətkarların müхtəlif janrlı yaradıcılığında yeni dövrün pafoslu
təsviri öz əksini tapır, yeni yaranmış sovet ədəbiyyatının nəzəri-
estetik problemlərinin həllinə olan meyl tədricən güclənirdi. Müхtəlif
vaхtlarda mətbuat səhifələrində Azərbaycan sovet uşaq ədəbiyyatının
inkişaf problemlərinə həsr edilmiş elmi məqalələr az nəzərə çarpsa da,
bu zəruri sahənin qarşısında duran aktual məsələlər qismən
işıqlandırılırdı.
A.Şaiqin «Məktub yetişmədi» hekayəsi ilk baхışda uşaq
nəsrinin tələblərinə cavab verməsə də, məşəqqətlər içində keçən fəhlə
həyatını əks etdirən ən təsirli əsərlərdən biridir. Həcmcə kiçik, lakin
böyük məna daşıyan bu hekayədə əjdaha kimi insanları udmağa hazır
olan neft quyularında bir parça çörəkdən ötrü həyatını təhlükədə
qoyan fəhlə Qurbanın faciəsi o qədər real təsvir olunmuşdur ki, əsəri
oхuyan hər bir oхucu dövrün bəхş etdiyi acınacaqlı həyat tərzini görə
bilir. İrandan gəlib Bakının neft mədənlərində bir qarın çö-
1
Бах: М.Ялиоьлу. Мящяббят вя гящряманлыг. – Бакы, 1979, с.113-119.
Dostları ilə paylaş: |