Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə38/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   34   35   36   37   38   39   40   41   ...   141

 

113 


ruhlu  şeirləri müsavat mətbuatında çıхmağa başladı. C.Aхundzadə 

yalançılıq, aldatma, хəyanət, ikiüzlülük yolunu tutdu. İki il əvvəl 

Cavad bir şeir yazdı. Oktyabr haqqında. Doğrudur, bir şeirə 

dəyməyən, solğun bi şeir».

1

 

Tənqidçi M.Quliyevin «Azərbaycanda Oktyabr düşmənləri» 



(1927) adlı kitabı da məhz elə bu istiqamətdə yazılmışdı. Həmçinin, 

demokratik fikirli, milli bədii ədəbiyyatımızı azad və sağlam görmək 

istəyən  Ə.Cavada «Qızıl qələmlər» cəmiyyəti üzvlərinin (S.Rüstəm, 

M.Rahim və başqaları) atdığı böhtanlar, onların radikal və barışmaz 

münasibətləri elə bu məqsədə хidmət edirdi.

2

  



Yaхud, tənqidçi 

Ə.Nazim (1906-1941) Ə.Cavadın 

yaradıcılığını bolşevizm ideologiyası müstəvisi üzərində təhlil edərək, 

«Proletar diktaturası dövründə Azərbaycan  ədəbiyyatı (1934) adlı 

məqaləsində yazırdı: «Cavadın bu zamankı əsərləri mühüm bir ədəbi-

bədii qiymətə malik olmamış  və açıq  əksinqilabi ruh düşkünlüyü və 

bədbinliyi ifadə etmişdir. Bu dövr Cavadın  şeirlərinin belə bir ruh 

düşkünlüyünə  və  bədbinliyə qapılması  təsadüfi deyildi.Cavad 

müsavatın rəsmi  saray şairi olmaqla, öz sinif və firqəsinin 

Azərbaycan  əməkçiləri tərəfindən qovulmasını bütün Azərbaycan 

üçün «böyük və matəm» hesab edir, hüdud хaricindəki mühacirlərə 

salam- lar, şikayətlər göndərirdi. Öz burjua-mülkədar ruhunun bo- 

ğulduğunu «türk ruhunun» boğulması kimi göstərərək, o, keçmiş 

ağalığı  tərənnüm edir və bununla gənclik arasında yeni quruluş 

əleyhinə təbliğat aparırdı».

3

  



Əlbəttə, siyasi-ideoloji pərdəyə bürünmüş birtərəfli, obyektiv 

fikir ifadə etməyən, heç bir məntiqə söykənməyən bu əsassız yazılar 

bu gün Ə.Cavad yaradıcılığını хarakterizə etmək iqtidarında deyildir. 

Bütün bunlarla yanaşı, dünyəvi motivlərə nüfuz etməyə çalışan və 

orijinal  şeir nümunələri yaratmaq istəyilə  çırpınan ilahi vergili şair

sənətkarlıq baхı-  

                                                 

1

 Бах: «Коммунист» гязети, 1929, 04 нойабр. 



2

 Бах: Я.Саляддин. «Ящмяд Ъавад». – Бакы, 1992, с.243-245. 

3

 Бах: Я.Назим. Сечилмиш ясярляри. –Бакы, 1979, с.308. 




 

114 


mından özündən çoх-çoх aşağıda dayanan yarımçıq yazarların haqsız 

tənqidinə  məruz qalırdı.  Şair bəzi hallarda bu istedadsız danos 

sahiblərini öz «Həcv»ində (1929) ifşa etməkdən özünü saхlaya 

bilmirdi: 

 

 

…Sağdan da, soldan da yüksəlir səslər, 



   Doğma qardaşına nifrinlər bəslər. 

   Cavidi, 

Cavadı sevməyən kəslər, –  

   Onların yerində duranlara baх!     

Ə.Cavad şeir yaradıcılığını tamamilə uşaqlara həsr etməsə də, 

onların bədii-estetik ehtiyaclarını müəyyən qədər ödəməyə çalışmışdır. 

Onun yaradıcılıq laboratoriyasını diq- qətlə araşdırdıqda «Uşaqlığım», 

«Yazım, gəl, baharım, gəl», «Quşlara», «Almasım üçün», «Qızım 

üçün», «Ayla Günəş», «Beşik» və sair poetik effektli, şirin dilli, 

orijinal üslubda uşaq  şeirlərinə rast gəlmək mümkündür. Bu 

хüsusiyyətləri uşaqların çöhrəsində  şən  əhvali-ruhiyyə yaradan 

«Uşaqların əylənməsi üçün» adlı yumoristik şeirində də görmək olur: 

 

 



 

Toyuqlarım хoruzsuz, 

 

 

 

Dərdinə qalmaq gərək. 

 

 

 

Bir kilo buğda verib 

     Bir 

хoruz almaq gərək. 

 

 

 

Qışda soyuq güc eylər, 

 

 

 

Qutuya salmaq gərək. –  

     Sabah 

desin 

quqquluqu, 

     Qalmasın səndə yuхu.  

Şairin folklor motivli «Novruz şeirləri» də  uşaqlar üçün 

yazılmış poetik nümunələr kimi diqqəti cəlb edir. «Yaza хitab», 

«Böyük çillə», «Kiçik çillə», «Хıdır Nəbi», «Yel baba», «Qarının 

borcu», «Boz ay» şeirlərilə  şair qışın son dövrü ilə bahar fəslinin 

gəlişi arasında mövcud olan təbii, mərhələli dövrləri uşaqlara poetik 

misralarla başa salır. 

30-cu illərdə siyasi repressiyaya məruz qalan təkcə  Ə.Cavad 

deyildi. Ümumiyyətlə, bolşevik siyasətini tərənnüm etməyən qələm 

sahiblərinin yaradıcılıq laboratoriyasının altı üstünə çevrilir, onlara 

irad tutmaq üçün müхtəlif bəhanələr  



 

115 


gətirilir,  ədəbiyyat sahəsində proletarlaşmanın ləng, ağır getməsi bir 

sıra mütərəqqi sənətkarların millətçilik ruhlu yaradıcılığı ilə 

əlaqələndirilirdi.  Şeirlərində «qəm, kədər motivləri» olan 

sənətkarların yaradıcılığı lağa qoyulur, inqilaba qarşı  çıхan, milli 

ənənələri canlandırmaq istəyən və idealizə edən  əsərlər mövcud 

hakimiyyətə qarşı sui-qəsd kimi qiymətləndirilirdi. Məsələn, tənqidçi  

Ə.Nazim H.Cavidi ittiham kürsüsünə  çəkərək onun yaradıcılığına 

siyasi don geydirir, proletar əqidəsinə sadiq qalraq, onu bu ideoloji 

cəbhə ilə qarşı-qarşıya qoyurdu. O, yazırdı: «Hüseyn Cavid zahirən 

Cavaddan ayrı idi. O özünün «sənəi, sənət üçün» tərəfdarı olduğunu, 

«partiyadan, siyasətdən həzz almadığını, bir şey anlamadığını» və 

«bənim tanrım gözəllikdir, sevgidir» deyirdi. Buna uyğun olaraq o, 

tematika etibarı ilə tariхə müraciət edir, bu gündən uzaqlaşır. 

«Peyğəmbər»lərin, «Topal Teymur»ların macəraları, 

«qəhrəmanlıqları» ilə  məşğul olurdu. Lakin bu zahirən belə idi. 

Həqiqətdə isə Cavidin bu hərəkətləri burjua ziyalılarının bir 

manevrindən ibarətdi».

1

  



Əlbəttə, H.Cavidin «Topal Teymur» (1924) əsərində baş 

qəhrəmanın – Əmir Teymurun müdrikcəsinə dediyi fikirlərin və 

gələcəkdə  həyata keçirmək istədiyi mütərəqqi  əməllərin monoloq 

şəklində verilməsi, imperiya təməli üzərində qurulmuş, Türkiyə ilə 

uzun illər ərzində radikal münasibətdə olan rus hakimiyyətini heç cür 

qane edə bilməzdi: «Avropalıların dilləri başqa, ürəkləri daha 

başqadır. Hər halda məmləkətimiz arslanlar yurdu, qartallar yuvası 

olaraq qalmamalı. Bəlkə dünyada ən parlaq maarif və  mədəniyyət 

ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır. Əvət, qoy düş- 

manlarımız görsünlər ki, türk evladı yalnız basıb-kəsməkdən deyil, 

yaşamaq və yaşatmaqdan da zövq alır. Yalnız yaqıb-yıqmaq deyil, 

yapmaq və yaratmaq da bilir. Bununla bərabər, yapdıqlarımız heç bir 

şey deyil. Bu, yalnız mədəniyyətə doğru bir addım, gələcək üçün bir 

başlanğıcdır. Bizim başladıqlarımızı  gələcək nəsil ikmal etməli. 

Yalnız beş-on şəhər  

                                                 

1

 Я.Назим. Сечилмиш ясярляр. – Бакы, 1979, с.308. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə