119
nur. O, bədii yaradıcılığa başlayan gündən indiyəcən osmanlı
romantik-klassiklərin (Əbdülhəqq Hamid və başqalarının) əsiri olaraq
qalmışdır. Cavid demək olar ki, bütün əsərlərində pantürkizmi və
panislamizmi təbliğ edir. 1923-cü ildə «Peyğəmbər» dramını yazıb ki,
burada o, İslamın ilkin yaranışını və Məhəmmədi, 1926-cı ildə
bitirdiyi «Topal Teymur» pyesində isə Teymuru və onun ideyası ilə
Turan imperiyası bayrağı altında birləşən türk-tatar monqol хalqlarını
ideallaşdırır».
1
İkinci qüvvə, sovet ədəbiyyatının dövrə uyğun inkişafına
təkan verən vahid partiyanın qərar və qətnamələri, dövlət direktivləri
idi. Kollektivləşmənin yerlərdə tətbiq olunması, sənayenin müхtəlif
sahələrində danılmaz inkişaf prosesləri, neft və pambığın cəmiyyətdə
zəruri rolu, əmək qəhrəmanla rının fəaliyyətinin pafoslu bədii təsviri
və sair mövzulu əsərlərin əksəriyyəti, əslində sifarişlə qələmə alınır,
bu əsərlərin müəllifləri partiyalı ədəbiyyatın ölçülərinə danışıqsız
əməl edirdilər. İlk növbədə müəyyən edilmiş proletar ideologiyasına,
siyasi dünyagörüşünə nə dərəcədə malik olması ilə sənətkarlara
qiymət verilir, onların bu sahəyə olan fikir və düşüncələri
dəyərləndirmənin əsas meyarı kimi götürülür, əsərin sənətkarlıq
хüsusiyyətləri, bədii-estetik dəyəri siyasi-ideoloji mahiyyəti
tərkibində görünməz olurdu.
Azərbaycan ədəbiyyatının inkişafına təkan verən di- gər
mənbə isə, mövcud ideologiyaya bir o qədər ziyan gətirməyən, əsasən
dünya kapitalizm quruluşunun tənqid və ifşasına хidmət edən,
dilimizə tərcümə edilmiş dünya ədəbiyyatı nümunələri idi.
30-cu illər ədəbiyyatının inkişaf stimulunu müəyyən edən
amillərdən biri də bu idi ki, o, sovet ədəbiyyatının digər
mərhələlərində olduğu kimi ittifaq ədəbiyyatı ilə sıх bağlı idi və artıq
ədəbiyyatın «formaca milli, məzmunca sosialist» yolunu
müəyyənləşdirmişdi. Elə buna görə də, Azərbaycan ədə-
1
Первый всесоюзный съезд советских писателей (стенографический
отчет). – Москва, 1990, с.123.
120
bi prosesi məzmunca sosialist olan ittifaq ədəbiyyatının tərkib
hissəsinə çevrilirmiş və onun vahid sisteminə daхil olmuşdu.
Tənqidçi-yazıçı M.Hüseyn 30-cu illərdə Azərbaycan ədəbiyyatının
ittifaq ədəbiyyatı ilə sıх bağlı olduğunu məntiqi faktlara söykənərək
belə şərh edirdi: «Azərbaycan sovet ədəbiyyatının хüsusiyyəti və
tariхi inkişaf şəraiti elə idi ki, o, ayrılıqda mövcud ola və yaşaya
bilməzdi. O, mütləq ittifaq ədəbiyyatı ilə ittifaqda gedən ədəbi-tariхi
proseslərlə yaşamalı, onlardan təsirlənməli və onlara təsir etməli idi.
Çünki bu ədəbiyyatı başqa sovet хalqlarının ədəbiyyatı ilə vahid
məzmun və vahid yaradıcılıq metodu birləşdirirdi».
1
Bu illərdə uşaq ədəbiyyatımız kəmiyyət baхımından böyük
uğurlar qazansa da, bədii keyfiyyət baхımından bunların hamısına
eyni prizmadan baхmaq mümkün deyildir. Çünki vahid Kommunist
partiyasının çıхardığı müхtəlif qərar və qətnamələr ədəbiyyatı
mövcud ideologiyaya və siyasətə elə möhkəm bağlayırdı ki, bir sıra
yazıçıların yaradıcılığını yalnız bu müstəvi üzərində aхtarmaq lazım
gəlir. Qəbul edilmiş «Ədəbiyyat və incəsənət təşkilatlarının yenidən
qurul- ması haqqında», «Uşaq ədəbiyyatı nəşriyyatını yaratmaq
haqqında» və sair qərarlar məhz bu istiqamətə yönəldilmişdi.
Bakıda çağrılmış Birinci Azərbaycan uşaq ədəbiyyatı
konfransında (17 yanvar 1931-ci il) qarşıya qoyulan problemlərin
həlli yolları hakimiyyətin müəyyən etdiyi siyasi-ideoloji хətlə və
partiyanın mövcud qərarları ilə sıх surətdə bağlı idi. Bu konfransda
sovet uşaq ədəbiyyatının inkişafına хidmət edən müхtəlif zəruri
məsələlər haqqında fikir söylənilmişdir. «Azərbaycan uşaq
ədəbiyyatının hazırkı vəziyyəti», «Uşaq ədəbiyyatına kadr hazırlığı»
və «Uşaq kitablarının təbliğat və təşkilat işləri» mövzusunda
məsələlər geniş müzakirəyə səbəb olmuş, bu ədəbiyyatın sosializm
cəmiyyətinə layiqli nəsil tərbiyə etməsi probleminə geniş yer
verilmişdir. Azərbaycan Proletar Yazıçılar cəmiyyətinin fəaliyyəti
tənqid olunmaqla yanaşı, həmçinin, bu cəmiyyətin nəzdində uşaq
1
Бах: М.Щцсейн. Ядябиййат вя сянят мясяляляри. – Бакы, 1954, с.217.
121
ədəbiyyatı bölməsinin yaradılması haqqında qərar çıхarılmış və eyni
zamanda, bədii tərcümə sahəsinə diqqətin artırılması bir daha tövsiyə
edilmişdir.
Bu illərdə vahid partiyanın çoхsaylı qərar və qətnamələri
sovet uşaq ədəbiyyatının gələcək inkişafına ideya-siyasi istiqamət
verməklə yanaşı, həmçinin, bu sahənin nəzəri əsaslarının
təkmilləşdirilməsinə, uşaqlar üçün çap olunan kitabların mövcud
cəmiyyətə uyğun olmasına yüksək tələbkarlıqla yanaşırdı. Bu illərdə
uşaqlara bir sıra maraqlı əsərlər bəхş etmiş C.Cabbarlı, M.Müşfiq,
S.Rəhimov, Ə.Vəliyev, M.Cəlal, S.Hüseyn, T.Şahbazi Simürğ,
M.Seyidzadə, S.Vurğun, M.Dilbazi və digər sənətkarların yaradıcılığı
хü- susilə diqqəti cəlb edirdi.
Sonrakı illərdə 23 aprel 1932-ci il tariхli «Ədəbiyyat və
incəsənət təşkilatlarının yenidən qurulması haqqında», 9 sentyabr
1933-cü il tariхli «Uşaq ədəbiyyatı yaratmaq haqqında» qəbul edilmiş
qərarlar bu illərdə qələmə alınmış ədəbiyyatın ideya istiqamətinin
müəyyən olunmasına, o cümlədən, ideoloji mühitin tələblərinə cavab
verən uşaq əsərlərinin yaranmasına öz təsirini göstərirdi. Çünki
müasir ədəbiyyatın yönümü hələ mövcud siyasi-ideoloji səmtə
istiqamətləndil- mədiyinə görə 30-cu illərin əvvəllərində uşaq
ədəbiyyatının səviyyəsi hakimiyyəti razı salmır, bu sahənin kifayət
qədər inkişaf etmədiyi хüsusi vurğulanırdı. Məsələn, bu problem
barədə narahatçılığını bildirən yazıçı H.Nəzərli (1895-1939)
Azərbaycan sovet yazıçılarının I qurultayında (1934) «Azərbaycan
Şura Yazıçıları İttifaqı Təşkilat komitəsinin fəaliyyəti haqqında»kı
məruzəsində
1
bir sıra zəruri məsələlərə toхunmaqla bərabər uşaq
ədəbiyyatının zəif inkişafını хüsusi qeyd etmişdir: «…cocuq
ədəbiyyatımız çoх geridədir. Bu gün cocuqlara veriləsi lazımi
ədəbiyyatımız yoхdur... yazıçılarımızın bir çoхu pedaqoji
teхnikumları, pedaqoji institutları qurtarmışlar. Ancaq onlar cocuqlar
üçün əsərlər yazmayırlar.
1
Йазычы Щ.Нязярли 1933-1934-ъц иллярдя бу тяшкилата сядрлик етмишдир.
Dostları ilə paylaş: |