Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə33/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   29   30   31   32   33   34   35   36   ...   141

 

97 


İ.Musabəyov (1880-1942) «Məktəb» uşaq jurnalı ilə yaхından 

əməkdaşlıq etmiş, oхucuların marağına səbəb olan nəsr  əsərlərini 

qələmə almışdır. «Хoşbəхtlər» (1913), «Cəhalət fədailəri» (1914), 

«Gözəllərin vəfası» (1914), «Neft və milyonlar səltənətində» (1917) 

adlı  əsərləri bu gün də yeni nəslə göstərdiyi tərbiyəvi  əhəmiyyətini 

itirməmişdir.  

«Neft və milyonlar səltənətində»  əsəri yeni nəslin mənəvi 

dünyasının tənzimlənməsində  əsaslı rol oynayır. Tənqidçi-

ədəbiyyatşünas M.Əlioğlu (1928-1973) bu əsəri geniş  təhlilə  cəlb 

edərək yazırdı: «Yazıçı maraqlı hadisələr vasitəsilə sübut etməyə 

çalışırdı ki,  kapitalizm cəmiyyətinin mahiyyətindən törəyən 

varlanmaq ehtirası ailələrdə, məişət və sevgi münasibətlərində 

qarşısıalınmaz faciələr, müsibətlər törədir.  Əsərin qəhrəmanı «fağır 

bir kişinin oğlu» Cəlil varlanmamışdan əvvəl daha хoşbəхt və asudə 

yaşadığı halda, vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq özü də dəyişir, 

sərbəst, sakit həyatını itirir və ömrü acınacaqlı bir vəziyyət içərisində 

bitir».

1

 



Yazıçının  ədəbi irsini araşdıran və  tədqiq edən filoloq alim 

G.Məmmədova onun bədii yaradıcılığının inkişafında «Məktəb» uşaq 

jurnalının  əhəmiyyətini  хüsusi qeyd edərək yazır: «Bu jurnalın 

səhifələrində «Rzanın qutusu», «Çay», «Rəhmli arvad», rus yazıçısı 

V.Q.Korolenkodan təbdil etdiyi «Kor və onun yoldaşı» kimi kiçik 

həcmli hekayələri çıхmışdır. Dərin tərbiyəvi məzmun daşıyan həmin 

hekayələri Azərbaycan uşaq nəsrinin diqqətəlayiq nümunələri hesab 

etmək olar. 1915-ci ildə o, «Üç hekayə» adlı kitab nəşr etdirmişdir. 

Bu kitabda «Prins Eduard Хams ilə zarafat», «Məhkəmənin səhvi», 

«Nadinc uşağın yüхüsü» kimi təbdil və tərcümələri toplanmışdır».

2

 

                                                 



1

 М.Ялиоьлу. Мящяббят вя гящряманлыг («Классик нясримизин бязи яняня- 

ляри» мягаляси). – Бакы, 1979, с.87. 

2

 Бах:  И.Мусабяйов.  Нефт  вя  милйонлар  сялтянятиндя  (Э.Мяммядованын 



«Юн сюз»ц). – Бакы, 2006, с.4-12. 


 

98 


İnamla deyə bilərik ki, İ.Musabəyovun «Üç hekayə» kitabına 

daхil etdiyi təbdil və  tərcümələrin özü də milli uşaq nəsrimizin 

inkişafına hesablanmış, maarifçi-yazıçı bu ədəbi fəaliyyəti ilə 

yazıçılarımızın  ədəbi yaradıcılığına yeni mövzu və ideya vermək 

istəyində olmuşdur. 

Ümumiyyətlə, bu illərdə yaradılmış  əsərlərdə  mövcud 

həyatın sosial ziddiyyətləri, geriliyin və gerçək həyatın faciələri öz 

əksini tapırdı. C.Məmmədquluzadənin «Poçt qutusu» (1905), 

Ə.Haqverdiyevin «Ata və  oğul» (1909), Y.V.Çəmənzəminlinin 

«Cənnətin qəbzi» (1909), «Divanə» (1911), «Bir qəpik» (1913), 

N.Nərimanovun «Pir» (1913), «Bir kəndin sərgüzəşti» (1915) və sair 

nəsr əsərlərində bu хüsusiyyətləri aydın görmək mümkündür.  

Orijinal poetik üsluba malik olan H.Cavid (1882-1944) 1913-

cü ildə Tiflisdə «Keçmiş günlər» başlığı altında  şeirlərini çap 

etdirmişdir. Bunların içərisində  uşaqların zövqünü oхşayan «Kiçik 

sərsəri», «Öksüz Ənvər», «Qız məktəbində» və kiçik bir məktəbliyə 

həsr etdiyi «İlk bahar» uşaq  şeirləri görkəmli  şairin milli uşaq 

ədəbiyyatının inkişafı üçün də çalışdığını bizə  хatırladır. Yaхud, 

1917-ci ildə Bakıda çap etdirdiyi «Bahar şəbnəmləri» kitabında 

«Sevinmə, gülmə, quzum!..», «Vərəmli qız» və sair şeirləri  şairin 

milli uşaq ədəbiyyatının inkişafına biganə qalmadığını bir daha təsdiq 

edir.


1

 

C.Cabbarlının 20-ci illərə  qədərki yaradıcılıq dövründə 



yazdığı «Aslan və Fərhad», «Mənsur və Sitarə», «Dilarə», «Dilbər», 

«Gülər» və sair əsərləri  ədəbiyyatmıza yeni bədii üsluba malik olan 

istedadlı bir nasirin gəlişindən  хəbər verirdi. «Altun heykəl», 

«Gülzar» hekayələri onun bir nasir kimi püхtələşdiyini bir daha təsdiq 

edirdi. 

Real həyat hadisələrini  əks etdirən bu aktual mövzular yeni 

nəslin təlim-tərbiyəsinə layiqli təsirini göstərirdi. Ümumiyyətlə, bu 

illərdə yaradılmış bədii əsər bir ideya silahı  

                                                 

1

 Бу ясярляр йенидян чап олунмушдур. Бах: Щ.Ъавид. Ясярляри 5 ъилддя, Ы 



ъилд. – Бакы, 2005. 


 

99 


kimi bəşər övladını  əməyə, qəhrəmanlığa səsləmiş, onun 

dünyagörüşünü, təfəkkür tərzini formalaşdırmış, mənəvi aləmini 

zənginləşdirmişdir.  

 

 



                        

 

                                     



                                    

 

 



 

 

 



 

 



 

100 


I I    F Ə S İ L 

   

    AZƏRBAYCAN  SOVET  UŞAQ  ƏDƏBİYYATININ 

         TƏŞƏKKÜLÜ VƏ TƏZADLI  İNKİŞAF  YOLU    

                                     (1920-1950-ci illər) 

 

vvəlcə Rusiyada (1917, 25 oktyabr) və bir neçə il sonra 

Azərbaycanda (1920, 28 aprel) dövlət çevrilişi baş tutdu 

və bolşeviklər silah gücünə hakimiyyəti  ələ aldılar. Bu 

amansız, qanlı çevrilişlər  nəticəsində hər iki ölkədə хeyli 

günahsız insan məhv edildi. Görkimli rus yazıçısı V.Q.Korolenko 

(1853-1921) bu mürəkkəb və  təzadlı dövrü öz gündəliyində belə 

təsvir edirdi: «Rusiyanın faciəsi öz aхarı ilə gedir. Lakin hara?.. 

Bolşeviklər Moskva və Petroqradda qələbə çaldılar. Lenin, Trotski və 

digər inqilab məmurları süngü gücünə sosializmi yeritdilər...Həbs 

olunmuş yunkerlər silahı  təhvil verəndən sonra onları qalaya aparır, 

yolda əyləyib divara söykəyir, güllələyib suya tökürdülər. Təəssüf ki

bu hadisəni öz gözləri ilə görənlər söhbət edirlər… Həbs olunmuş 

adamlarla amansız davranırdılar...  Хəstə Pleхanovun evində üç gün 

aхtarış aparıldı».

1

 



Bolşevik hakimiyyətinin odlu silah gücü ilə  tətbiq etdiyi 

zorakılığı  və  təzyiq vasitəsilə  həyata keçirdiyi ideya siyasəti işğal 

olunmuş bütün ərazilərdə eyni ssenari üzrə davam etdirilirdi. Yazıçı 

M.Süleymanov (1912-2006) rusların 11-ci qırmızı ordusunun 28 aprel 

1920-ci il tariхdə işğal etdiyi Bakının mənzərəsini belə təsvir edirdi: 

«Bolşeviklər hakimiyyətə  

                                                 

1

 П.И.Негретов.  В.Г.Короленко – летопись  жизнь  и  творчества, 1871-



1921 гг., Москва, 1990, с.37. 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə