G.Ə. Mustafayeva, D. V. Mustafayev


xolesterin isə tamamilə yoxdur. Bildirçin    xaricdə çoxdan



Yüklə 193,16 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix02.01.2018
ölçüsü193,16 Kb.
#19277
1   2   3   4   5   6   7

 



xolesterin isə tamamilə yoxdur. Bildirçin    xaricdə çoxdan 



məşhurlaşmışdır. Lakin keçmiş SSRİ respublikallarında isə 

bildirçinçiliyin 

məhsulları 

hələ 

lazımi 

dərəcədə 

məşhurlaşmamış  və  inkişaf  etməmişdir.  Bu  dövlətlərdə 

xolesterinsiz  və  çoxlu  vitamin  mənbəyi  olan  bildirçin 

yumurtaları əsasən həvəskar təsərrüfatlarda artırılır. Geniş 

sənaye miqyasında istehsalla məşğul olan fermalar ,demək 

olar ki, yoxdur. 

 Yaponiyada ildə 8 milyondan çox, Çin respublikasında isə 

25  milyondan  çox  ,  Rusiyada  300  minə  qədər,  Ukraynada 

isə  150  mindən  az  bildirçin  istehsal  olunur.  Bildirçin 

yumurtaları  çox  məşhurlaşmışdır.  Onun  çox  faydalı  və 

qidalı olduğu çoxlarına məlumdur.  Bildirçin yumurtasının 

çox  böyük  əhəmiyyətini  dərk  edən  həvəskar  bildirçinçilər  

özləri üçün, öz ailələrinin tələbatını ödəmək üçün bildirçin 

saxlayırlar.  Bazarda  isə  bildirçin  məhsullarına  təlabat 

ildən-ilə  artır.  Mütəxəssislərin  yazdıqlarına  görə,  bu 

yumurtalara olan tələbat 4 dəfə çoxdur. 

              

               Yapon   bildirçinləri 

Lakin  bunlara  baxmayaraq,  bildirçin  bazarı  çox  yavaş 

inkişaf edir.         


 



   Rusiyaya      bildirçinlər  ilk  dəfə  1964-cü  ildə  Maykon 



şəhərinə Yuqoslaviyadan gətirilmiş və artırılmışdır. 1966-cı 

ildə  Quşçuluq  üzrə  Kiyevdə  ümümdünya    konqresində 

şərqi-yarmarka keçirilmişdir ki, burada yapon bildirçinləri 

də satılmışdır. 

1969-1970-ci 

illərdə 

keçmiş 

SSRİ 

Səhiyyə 

Nazirliyinin  təşəbbüsü  ilə  Moskvanın  bir  sıra  müalicə 

müəssisələrində 

N.B.Piqarevun 

rəhbərliyi 

altında 

tədqiqatlar  aparılmış,  ağciyərlərin,  bronxların  və  mədə  - 

bağırsaq  sisteminin  xəstəliklərində  bu  yumurtaların  rolu 

müəyyənləşdirilmişdir.  446  nəfər  üzərində  müşahidə 

aparılmışdır  ki,  onların  içərisində  uşaqlar  da  olmuşdur. 

Aparılan  tədqiqatlar  nəticəsində  müəyyənləşdirilmişdir  ki, 

bildirçin  yumurtası  çox  qiymətli  qida  maddəsi  olub, 

uşaqlar  və  böyüklər  üçün  müxtəlif  xəstəliklər  zamanı 

tədbiq  oluna  bilən  pəhriz  qida  maddəsidir.  Bildirçin 

yumurtalarının  əsas  xüsusiyyətlərindən  biri  də  allergik 

reaksiyalar törətməməsidir. 

Çernobıl  AEŞ-dakı  qəza  nəticəsində  radiasiya  şüası  almış 

uşaqların 

Vitevskdə 

reabilitasiyasında 

bildirçin 

yumurtasının  çox  böyük  rol  oynadığı  müəyyənləşdirildi. 

Vitebsk həkimləri Çernobıl qəzasından xəstələnmiş belarus 

uşaqlarını  bildirçin  yumurtaları  ilə  müalicə  etmişlər. 

Bildircin  yumurtası  ilə  müalicə  olunmuş  xəstə  uşaqlar  bu 

müalicədən  sonra  özlərini  gümrah  hiss  etmiş,  burundan 

qan axma, baş gicəllənməsi dayanmış, ürəklərində və qarın 

nahiyələrində    olan  ağrılar  kəsilmişdir.    Ay  yarımlıq 

müalicədən  sonra  uşaqların  qanlarında  hemoqlobinin 

miqdarı  artmış,  uşaqların  çəkisi  çoxalmışdır.  Uşaqların 

sağlamlığının  bərpa  olunmasında  bildirçin  yumurtaları 

əhəmiyyətli rol oynamışdır.  

1998-ci  ildə  Sankt-Peterburq  Radiasiya  Gigiyena  Elmi 

Tədqiqat  İnstitutunda  ağ  siçanlar  üzərində  tədqiqat  işi 

aparılmışdır  və  belə  nəticəyə  gəlinmişdir  ki,  «Bildirçin 


 



yumurtasından  qida  kimi  istifadə  edildikdə  radiasiyanın 



təsirlərinin 

aradan 

qaldırılmasında 

rolu» 

müəyyənləşdirilmişdir.  Tədqiqatlar  nəticəsində  alınan 

nəticə  belə  olmuşdur:  «Bildirçin  yumurtalarının  qəbulu 

orqanizmə  radioaktiv  «şüalanmanın  zərərli  nəticələrini 

aradan  qaldırmata  kömək  edir  və  ömrü    uzadır». 

Tədqiqatçılar 80 siçovulu güclü rentgen şüalanmaya məruz 

etdilər.  Onların  yarısına  yarım  il  müddətində  hər  gün 

yemlərinə  2  qr  /gün  hesabı  ilə    bildirçin  yumurtası  əlavə 

etmişlər. Kontrol kimi şüalanmaya məruz qalmamış siçovul 

qrupu götürülmüşdür. 

Şüalanmış  heyvanlar  2  qrupa  ayrılmış:  I  qrupa 

bildirçin  yumurtası  verilmiş,  II  qrupa  isə  bildirçin 

yumurtası  verilməmişdir.  Bildirçin  yumurtası  almayan 

siçovullar  227  gündən  sonra  ölmüşlər,  bildirçin  yumurtası 

alan  siçovullar  isə  360  gündən  sonra  ölmüşlər.  Deməli, 

güclü  şüalanmış  siçovullar  bildirçin  yumurtası  ilə 

qidalandırıldıqda 

ömürləri 

bu 

yumurta 

ilə  

qidalandırılmayanlara 

nisbətən 

4-5 

ay 

çox 

olmuşdur.Beləliklə,    radioaktiv  şüalanma  nəticəsində 

siçovulların ömrü xeyli azalmışdır. 

Siçovulların  şüalanmaya  məruz  qalmayan  kontrol 

qrupunda isə heyvanların yarısı 414 gündən sonra, 60%-ə 

qədəri  isə  ikinci  ilin  sonunda  ölmüşdür.  Aparılan 

tədqiqatlarla müəyyənləşdirilmişdir ki, bildirçin yumurtası 

şüa  xəstəliyinin  qarşısını  alır,  həm  də  bildirçin 

yumurtasının  mütəmadi  qəbulu  şüalanmamış  siçovul 

qrupunun da ömrünü bir ay uzatmışdır. Beləliklə, bildirçin 

yumurtasını  radiasiya  almış  şəxslərin  reabilitasiyasında 

(sağlamlığın  bərpa  edilməsində)  və  eləcə  də  yüksək 

radiasiyalı 

ərazidə 

yaşayan 

insanların 

pəhriz 

qidalanmasında 

istifadə 

etmək 

lazımdır 

 

və 

məqsədəuyqundur. 

      


Yüklə 193,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə