G.Ə. Mustafayeva, D. V. Mustafayev


südlə bişirdikdə qaraciyər üçün çox faydalı olur. Bildirçin



Yüklə 193,16 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix02.01.2018
ölçüsü193,16 Kb.
#19277
1   2   3   4   5   6   7

 

15 


südlə bişirdikdə qaraciyər üçün çox faydalı olur. Bildirçin 

yumurtasından  istifadə  sinir  sistemi  pozğunluqlarında, 

qanazlığında,  hipertoniya,  bronxial  astmada,  şəkərli 

diabetdə  müsbət  nəticə  verir.  Uşaqların  ləngimiş  ümumi 

inkişafı zamanı, diş xəstəlikləri, saçın tökülməsi zamanı da 

bildirçin  yumurtasından  istifadə  edirlər.  Bu  yumurta 

uşaqlarda heç vaxt diabet yaratmır. 

Bildirçin  yumurtasında  mürəkkəb  quruluşlu  zülali 

maddə  –  ovomukoid  vardır.  Allergiya  əleyhinə  istifadə 

olunan  dərman  preparatlarının  tərkibinə  ovomukoid 

daxildir.  O,  bildirçin  yumurtasından  alınır.  Xallı  qabıqla 

örtülən,  həcmcə  kiçik  bildirçin  yumurtası  qiymətli  qida 

mənbəyi olmaqla yanaşı, sanki kiçik mikroaptekdir.  

Bildirçin  yumurtasından  istifadə  etməklə  sağalması 

mümkün  olan  və  ya  xəstəliyin  gedişini  yüngülləşdirən 

xəstəliklərin siyahısı çox genişdir: 

1.

 

Mədə-bağırsaq xəstəlikləri, əsasən qastrit və xoralar

2.

 

Anemiya - qanazlığı xəstəlikləri

3.

 

Güclü baş ağrıları; 

4.

 

İmmunitetin  zəifləməsi 

–  orqanizmin  müxtəlif 

xəstəliklərə tutulmaq qabiliyyətinin azalması; 

5.

 

Xroniki pnevmoniya

6.

 

Bronxial astma xəstəliyi

7.

 

Vərəm intoksikasiyası; 

8.

 

Orqanizmdən radionuklidlərin çıxarılması; 

9.

 

 Təzyiqin artması və azalması; 

10.

 

 Kəskin respirator xəstəliklərə qarşı həssaslıq; 

11.

 

 Hamiləliyin  pozulmasının  qarşısını  alır,  toksikozu 

aradan qaldırır. 

12.

 

 Göz xəstəlikləri. 

       Bildirçin  yumurtalarından  çiy  halda  istifadə  etmək 

lazımdır.  Bu  yumurtaları  qəbul  etdikdə  aşağıdakı 

normaları gözləmək lazımdır. 

-

 



bir yaşdan üç yaşa qədər – 1 - 2 yumurta; 


 

16 


-

 

üç yaşdan on yaşa qədər – 3 yumurta; 

-

 

on yaşdan on səkkiz yaşa qədər – 4 yumurta; 



-

 

on səkkiz yaşdan əlli yaşa qədər – 5-6 yumurta; 

-

 

əlli yaşdan yuxarı – 4-5 yumurta. 



Bildirçin  əti  bədənə  istilik  və  quruluq  verir,  adamı 

kökəldir, sidikqovucu təsirə malikdir, ürəyə çox faydalıdır. 

Xalq təbabətində deyilir ki, bildirçin yumurtasını uşaqlara 

yedirtdikdə  onlar  tez  dil  açırlar.  Cinsi  fəaliyyəti 

gücləndirir, lakin çox yeyəndə baş ağrısına səbəb ola bilər, 

ona  qarşı  nar  suyu  işlədilir.  Bildirçin  yumurtası  başın 

tükünün tökülməsini dayandırır və təzə tük əmələ gətirir.   

      Bildirçin  yumurtası  orqanizmin  yenidən  bərpasına 

səbəb  olur,  yəni  yumurtaların    müntəzəm  qəbulundan  3-4 

ay sonra orqanizm yenidən bərpa olunur.  

       Hipertoniya  xəstəliyinin  müalicəsində,  məlum  olan 

müalicə  üsulları  müsbət  nəticə  vermədikdə  bildirçin 

yumurtasından  istifadə  edilir.  Təcrübə  göstərir  ki, 

hipertonik  xəstələr  10-12  gün  çiy  yumurtaları  ac  qarına 

qəbul  etdikdən  sonra  xəstələrin  baş  və  bədənin  digər 

nahiyəsində  olan  ağrılar  tamamilə  yox  olur.  İnsanın  qan 

təzyiqi və yuxusu normaya  düşür, tonus artır. 

Bildirçin  yumurtasında  olan  lizosim  aminturşusu 

mikroflaranın 

inkişafını 

ləngidir. 

 



bakteriya 

hüceyrələrinin  qabığını  dağıdır,  məhz  buna  görə  də  bu 

yumurtaların    qəbulu  xərçəng  şişlərinin  qarşını  alır.  Bu 

yumurtaların  istifadə  olunması  bədxassəli  şişlərin 

əmələgəlmə ehtimalını çox azaldır. 

Bildirçin  yumurtası  bədəndən  sərbəst  radikalları 

çıxarır,  ürəyin,  mədənin,  böyrəkaltı  vəzinin  fəaliyyətini 

tənzimləyir.  Xroniki  pnevmoniyada,  bronxial  astmada, 

vərəm  xəstəliyində  müsbət  təsir  edir,  orqanizmin 

immunitet  sistemini  gücləndirir,  maddələr  mübadiləsini 

tənzimləyir. 


 

17 


   Bildirçin  yumurtası  ürəyə  daha  faydalıdır,  qanı 

təmizləyir.  Bildirçin  yumurtasında  əvəz  olunmayan  amin 

turşuları, 

orqanizmdə 

xolesterin 

mübadiləsinin 

tənzimləyən-metionin,  sinir  sistemində  böyük  əhəmiyyəti 

olan fenilalanin, triptofan və leysin vardır. Məhz buna görə 

də  bildirçin  yumurtası  əsəb  sisteminin  pozulmasını,  ürək 

xəstəliyini , qan azlığını müalicə edir. 

Bildirçin yumurtaları vərəm zamanı intoksikasiyanı, 

yəni  bədənin  zəhərlənməsini  aradan  qaldırır.  Bu 

yumurtalar bədənin immunitet qabiliyyətini çox yüksəldir, 

müxtəlif  bakterial  və  virus  mənşəli  infeksion  xəstəliklərə 

qarşı bədənin müqavimətini gücləndirir.  

Müxtəlif  xroniki  xəstəliklərin  müalicə  olunmasında 

da  bildirçin  yumurtasının  böyük  rolu  vardır.  Mədə, 

onikibarmaq bağırsağın yaralarında, bağırsaqla bağlı olan 

müxtəlif  xəstəliklərin  müalicəsində  bildirçin  yumurtası 

əvəzedilməzdir.Şəxsi müşahidələrimizə və apardığımız ilkin 

tədqiqatlara  görə,şəkərli  diabetli  xəstələrə  bildirçin 

yumurtası  müsbət  təsir  göstərir,  qanda  və  sidikdə  şəkərin 

aşağı düşməsinə səbəb olur. 

Bildirçin  yumurtalarında  xolesterin  yoxdur,  qanı  yaxşı 

təmizləyir,  qan  təzyiqini  normalaşdırır,  hemoqlobinin 

miqdarını artırır.  

      Bildirçin  yumurtaları  uşaqlar  üçün  çox  xeyirlidir, 

onların  həm  fiziki,  həm  də  əqli  inkişafında  mühüm  rol 

oynayır.  Bildirçin  yumurtaları  ümumi  inkişafı  zəif  olan 

uşaqlara çox yaxşı təsir göstərir və onların vəziyyətini xeyli 

yaxşılaşdırır. 

    Xüsusən  zəif  olan  uşaqlara  bu  yumurtaları  yedirtdikdə 

onlar tez dil acırlar. Yumurtada olan fosfor uşaqların əqli 

inkişafına böyük təsir göstərir. 

     Gündə  2  ədəd  bildirçin  yumurtası  içən  uşaq  çox  yaxşı 

yaddaşa,  möhkəm  sinir  sisteminə,  yaxşı  görmək 


Yüklə 193,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə