G.Ə. Mustafayeva, D. V. Mustafayev


bir  kəs  mütləq  bildirçin  əti  və  yumurtasından  istifadə



Yüklə 193,16 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix02.01.2018
ölçüsü193,16 Kb.
#19277
1   2   3   4   5   6   7

 

21 


bir  kəs  mütləq  bildirçin  əti  və  yumurtasından  istifadə 

etməlidir.    Bildirçin  yumurtasının  çox  böyük  əhəmiyyətini 

dərk edən həvəskar bildirçinçilər  özləri üçün, öz ailələrinin 

tələbatını  ödəmək  üçün  bildirçin  saxlayırlar.  Bazarda  isə 

bildirçin məhsullarına təlabat ildən-ilə artır.

 

 

 

            Satış  üçün  qablaşdırılmış  bildirçin  əti 

 

Bildirçinçilik  çox  gəlirli  sahədir.    Bu  sahənin 

rentabelliyi 60-80%-dir. Bildirçinçilik həm də tez dövr edən 

bir  biznesdir  :  bildirçin  40-45  gündə  yumurta  qoyur,  ildə 

qoyulan  yumurtanın  sayı  280-300  ədəd  olur.  Bildirçin 

yumurtası  və  ətinin  əhali  arasında  gündən  günə 

məşhurlaşması, yəni bu məhsulların xeyrinin daha çox dərk 

edilməsi  bildirçinçilik  biznesinin  böyük  perspektivindən 

xəbər verir. 

Hal-hazırda 

xarici 

dövlətlərdə 

bildirçinlər 

laboratoriya  obyektləri  kimi  istifadə  olunur,  bildirçinçilik 

məhsulları  isə  təzə  funksional  məhsulların  istehsalında 

xammal  kimi  istifadə  olunur.  Avropa  Birliyi  (Almaniya, 

Fransa,  Macarıstan,  Çexoslovakiya)  eləcə  də  Cənub-Şərqi 

Asiya dövlətləri (Yaponiya, Çin, Hindistan, İndoneziya) bu 

sahədə fəaliyyətlərini gündən-günə genişləndirirlər. 


 

22 


Bildirçin yumurtasının istifadə sahələri aşağıdakılar 

ola bilər: 

-

 



İmmunprofilaktika  məhsulları  -  vaksinlər, 

antizərdablar; 

-

 



İmmunobioloji  dərman  maddələri  –  I  növbədə 

antiallergik  və  antiastmatik  preparatların 

hazırlanması; 

-

 



Bioloji  aktiv  maddələr  (əlavələr),  (yod  və  selen 

mikroelementləri olan əlavələr); 

-

 



Uşaqların  və  hamilə  qadınların  qidalanması 

üçün  hazırlanan  funksional  qidanın  tərkib 

hissələri (inqredinetlər ); 

-

 



Kosmik qida komponentləri

-

 



 Spirtli içkilərin tərkib hissələri, rəngli araqların 

və müxtəlif  içkilərin  istehsalı; 

-

 



Hemopatik vasitələr  –  immunostimulyatorlar  və 

seksual stimulyatorlar. 

Bildirçinlər  haqqında  bu  həqiqəti  bilmək  də  çox 

maraqlıdır. Kosmosu  fəth edənlər içərisində bildirçinlər də 

vardır.  Kosmosda  doğulan  ilk  canlı    məhz  bildirçin 

olmuşdur. Xüsusi kosmik inkubatorda 22 mart 1990-cı ildə 

ilk  bildirçin  cücəsi  dünyaya  göz  açmışdır.  Sonradan  digər 

bildirçin  cücələri  II,  III  və  sairə  bildirçinlər  göz  açmışlar. 

Lakin  bu  quşların  kosmosda  yemləndirilməsi  qeyri 

mümkün  olduğundan  onlar  məhv  olmuşlar.  1999-cu  ilin 

fevral  ayında  «Mir»  orbital  stansiyasında  xüsusi  kosmik 

inkubatorda 56 bildirçin yumurtasından 37 bildirçin cücəsi 

sıxmışdır.  2  gün  sonra  bu  lələkli  kosmonavtlar  xüsusi 

kameraya  yerləşdirilərək,  yerə  qaytarılmışlar.  Yolda  7 

bildirçin  balası  çox  soyuğa  dözməyərək  tələf  olmuşlar. 

Kosmosda  doğulmuş  ilk  canlı  məhluqlar  yenidən  Yer 

kürəsinə qaytarıldılar. 

Çox  maraqlı  bir  faktı  bilmək  lazımdır  -  1  qram 

yükün  kosmosa  qaldırılması  1000000  $-a  başa  gəlir.  11-12 


 

23 


qramlıq  bildirçin  yumurtasının  kosmosa  göndərilməsinin 

çox  böyük  məbləğdə  pul  tələb  etdiyini  hesablamaq  çox  da 

çətin  deyildir.  Lakin elm üçün çox böyük əhəmiyyət kəsb 

etdiyini  xatırlamaq  kifayətdir  ki,  bu  xərclərin  mahiyyətini 

dərk edəsən. 

Beləliklə,  bildirçin  yumurtası    həm  qiymətli  qida 

maddəsi  olmaqla  yanaşı,  həm də olduqca böyük müalicəvi 

təsirə malik olan bir mikroaptekdir. Hər bir insan gündə 2-

3  ədəd  səhər  tezdən  bildirçin  yumurtası  qəbul  etsə,  o  öz 

orqanizminə lazım olan gündəlik vitamin və qida maddələri 

almış  olur.  Beləliklə,  orqanizm  bütün  gün  ərzində  sağlam 

və  gumrah  olur.  Ətraf  mühüt  müasir  dövrdə  çox 

çirklənmiş,  insan  üçün  müxtəlif  xəstəliklərə  gətirib 

çıxarmışdır.  Məhz  buna  görə  də  bəşəriyyət  ətraf  mühitin, 

ekologiyanın  zərərli  təsirlərini  aradan  qaldıra  bilən  bu 

yumurtalara  çox  möhtacdır.  İndi  bizim  hamımız  bu  “qızıl 

quşların”-bildirçinlərin  verdiyi  “qızıl  yumurtalara”  çox 

möhtacıq.  Əgər  özümüzü  möhkəm  və  gumrah  görmək, 

uzunömürlü  olmaq  istəyiriksə,  gəlin  bu  qızıl  quşları 

hamılıqla  sevək,  onlara  dost  olaq,  onların  məhsulundan 

daha  çox  istifadə  edək.  Çünki  onlar  insanı  həmişə  sağlam 

və gumrah saxlayan bir nemətdir. 

 Bildirçin yumurtasından və  ətindən  hazırlanan yeməklər  

Rusiyada  hələ  çox  qədimlərdən  bildirçin  ətindən 

yemək  hazırlamışlar.  Çox  qədim  rus  kulinar  kitablarında 

müxtəlif  reseptlərə  rast  gəlmək  olur  ki,  orada  vəhşi 

bildirçin ətindən  müxtəlif yeməklər hazırlanır. 

                                                                                                                   


 

24 


 

Bildirçin  yumurtalarından  qida  məqsədilə  çiy,  bişmiş, 

qızardılmış və ya marinada qoyulmuş halda istifadə olunur. 

Kulinariyada  bu  yumurtalardan  omlet,  qayğanaq  və 

mayonez  hazırlanmasında  istifadə  olunur.  Bildirçin 

yumurtasını  uşaqlar  çox  sevir  və  onu  həvəslə  yeyirlər. 

Uşaqları  həmin  yumurtaların  qeyri-adi  rəngli  qabığı  və 

ölçülərinin  kiçik  olması  cəlb  edir.  Həkimlər  tam  əmin 

olmuşlar  ki,  bildirçin  yumurtası  çox  faydalıdır  və  ondan 

istifadə  etmək  üçün  heç  bir  əks  göstəriş  yoxdur.  Bildirçin 

ətindən hazırlanan yemək «şah yeməyi» adlanır.  

 

Bildirçin əti müxtəlif ədviyyatlarla qrildə.  

1  ədəd  sarımsaq  dilimi,  1  çay  qaşığı  tmin,  yarım 

soğan, 1 çimdik istiot, 2 xörək qaşığı zeytun yağı bildirçinə 

sürtülür və 2 saat saxlanılır. Sonradan bu tavaya  tökülür, 

az  miqdarda  su  əlavə  olunur.  Bişdikdən  sonra  cəfəri  və 

limon dilimləri də qoyulur və süfrəyə verilir.    

II yemək – Bildirçin əti yuyulur və duzlanır, qazana 

yağ  tökülür,    bildirçin  əti  yağın  içinə    qoyulur  ki,  yağ 

tamamilə  əti  örtsün.    Qazanın  qapağı  bağlanır  və 

qaynadılır.  Sonradan  qazan  əvvəlcə  güclü,  sonra  isə  zəif 


 

25 


istilikli  sobaya  qoyulur.  50-60  dəqiqə  saxlanılır.  Süfrəyə 

verilməmişdən əvvəl göyərti ilə bəzədilir. 

  

   Bildirçin   ətindən hazırlanmış yemək   

Qızardılmış bildirçin - Bildirçin əti duzlanır və dərin 

tavada  qızardılır.  Süfrəyə  verilməmişdən  əvvəl  bütöv 

bişirilmiş bildirçin yumurtası ilə bəzədilir. 

 

           Qızardılmış  bildirçin  əti 


 

26 


Bildirçin  salatı  –  uzunsov  formada  çox  nazik 

doqranmış  bildirçin  əti  ,  duzlanmış  və  təzə  xiyar,  qabığı 

soyulmuş  alma,  qaynadılmış  kartof  və  qabıqdan 

təmizlənmiş  bildirçin  yumurtası  xırda  doğranılır,  limon 

suyu,  yaxud  sirkə  turşusu  əlavə  olunur,  duzlanır,  üstdən 

çox  az  miqdarda  qənd  tozu  əlavə  olunur.  Cəfəri  və  şüyüd 

göyərtisi,  eləcə  də  bildirçin  yumurtası  dilimləri  və  qırmızı 

alma dilimləri ilə bəzədilir. 

Qızardılmış  yumurtalar  –    Yumurtalar  sındırılır,  bircinsli 

məhlul şəklinə salınır və isti yağın içərisinə tokülür. Sonra 

bişmiş yumurta şüyüd və cəfəri göyərtiləri ilə bəzədilir. 

   Bildirçin yumurtası ilə buterbrod.  Ağ və ya qara çörəyin 

nazik dilimlərinin  üzərinə  yağ çəkilir,  üstünə  bir  qat xırda 

doğranmış duzlu balıq qoyulur, sonra onun üzərinə yarıya 

bölünmüş bildirçin yumurtası , xırda doğranmış göyərti və 

soğan dilimləri səpilir.  

      Çiy  yumurta  içkisi  -  3-5  ədəd  çiy  yumurtanı  meyvə 

şirəsinə  (yaxud  kofeyə)  töküb  zövqə  görə  şəkər  tozu  əlavə 

edilir.  Belə  şirəli  içkini  hər  gün  istifadə  etmək  çox 

xeyirlidir. 

    Uşaqlar üçün reseptlər: 

      Qoqul-moqul  :  4-6  ədəd  bildirçin  yumurtası  şəkər  tozu 

ilə  çalınır,  zövqə  görə  süd  və  ya  meyvə  şirəsi  əlavə  olunur  

və qarışdırılır. 


 

27 


     Sıyıq,  kəsmik,  kartof  püresi,  qatıqlara  əlavə.  Yağsız  və 

ya  az  miqdarda  yağla  hazırlanmış    ilıq  və  ya  soyuq 

yeməklərə bildirçin yumurtası çiy halda qatılır, yaxşı -yaxşı 

qarışdırdırılır. 

     Omlet -  12-15 ədəd  yumurta 1 stəkan südlə qarışdırılır, 

duz,  xırda  doğranmış  soğan,  kolbasa,  yaxud  hisə  verilmiş 

balıq  qatılır.  Tavada  1  xörək  qaşığı  yağ  tökülür,  yağ 

qaynadıqnda  hazırlanan  qarışıq  əlavə  olunur.  Bu  yemək 

süfrəyə qaynar-qaynar verilir.  

    Salat  -  12-15  ədəd  bildirçin  yumurtası  100  q  kolbasa,  1 

duzlu  xiyar,  1  stəkan  yaşıl  noxud,  2  qaynadılmış  kartof 

yumrusu, 200 qram smetan və yaxud mayonez, duz, şüyüd, 

cəfəri  yarpağı  tələb  olunur.  Bunlar  xırda  doğranır, 

mayonezle  qarşıdırılır,  üstdən  xırda  doğranmış  göyərti  ilə 

bəzədilir. 

Bildirçin yumurtası düyü  və     kartof püresi ilə - Bişirilmiş 

düyü  yaxud  kartof  püresi  dəyirmi  formada  tökülür,  orta 

hissəssinə  isə  qabıqsız  yumurtalar  qoyulur.  Bildirçin 

yumurtasını qabıqsız bişirmək mümkündür. Bunun üçün 1  

litr  qaynar  suya  1  xörək  qaşığı  sirkə  turşusu,  1  çay  qaşığı 

duz  əlavə  olunur.  Sonra  bildirçin  yumurtaları  bir-bir 

sındırılıb  qaynar  suya  salınır.  2-3  dəqiqədən  sonra 

yumurtalar  bütöv  bişmiş olur. 


 

28 


 

Yağda  bişirilmiş  bildirçin  yumurtaları 

 

İçi doldurulmuş bildirçin. Toyuğ və ya dananın qara ciyəri 

soyuq  suda  isladılır,  pərdə  və  qan  damarlarından 

təmizlənilir.  Baş  soğan  yağda  qızardılır,  qara  ciyər  əlavə 

edilir və birlikdə 20-25 dəqiqə müddətdə bişirilir.  

 

 

 

  

     Bildirçin ətindən hazırlanmış  yemək  

    Soyuduqdan  sonra  ətçəkənin  kiçik  gözündən  iki 

dəfə  keçirilir.  Alınmış  kütləyə  zövqə  görə  kərə  yağı,  duz, 

istioğ,  sarıkök  əlavə  edilir.  Kütlə  quru  olarsa,  bir  qədər 

bulyon əlavə edilir. 


 

29 


      Təmizlənmiş  bildirçinlərə  duz,  turşu  və  ya  nar  şirəsi 

çəkilir,  içinə  paştet  doldurulur  və  sobaya  qoyulur.  Dərin 

tavaya  yağ  töküb,  hər  tərəfini  qızıartmaq  da  olar. 

Qızarandan sonra üzərinə bir qədər bulyon və ya su töküb 

qapağı bərk bağlanılır, hazır olana qədər qaynadılır.                                                                                     

Bildirçin  ləvəngisi.      150-200  qr  qoz  ət  maşınından 

keçirilir.  3-4  ədəd  baş  soğan  da  ət  maşınından  keçirilir, 

tənziflə sıxılır və suyu çıxarılır. Həmin kütlə çəkilmiş qozla 

qarışdırılır,    turşu,  zövqə  görə  duz  və    istiot  əlavə  edilir. 

Soğan yağda qovrulur, ət maşınından çəkiləndən  sonra da 

olunur.  Hazırlanmış  bu  içlə  3-4  bildirçinin  içi  doldurulur. 

İçi doldurmazdan əvvəl bildirçin əti duzlanır, turşu çəkilir. 

İçi doldurulmuş bildirçinlər sobaya qoyulub bişirilir. 

 

Mündəricat 

 

Bildirçinçiliyin  inkişafı

....................................................3 

 

Bildirçin əti və yumurtasının  



 Müalicəvi 

əhəmiyyəti…….

............................................7

   

Bildirçin yumurtasından və ətindən  

hazırlanan yeməklər

...............................................24

 

Bildirçin  əti  müxtəlif  ədviyyatlarla 

qrildə

............................................................................ 25

 

Qızardılmış 

bildirçin

.....................................................................25 

Bildirçin 

salatı

............................................................................26 

Qızardılmış 

yumurtalar

................................................................. 26 


 

30 


Bildirçin yumurtası ilə 

buterbrod.

.....................................................................26

 

Çiy   yumurta 

içkisi

.............................................................................27 

Qoqul-

moqul

...............................................................................27

     

Sıyıq, kəsmik, kartof püresi,  

qatıqlara əlavə

...........................................................27 

Omlet

..............................................................................27 

Salat

...............................................................................27 

 Bildirçin yumurtası düyü  və    

kartof püresi ilə

......................................................27 

İçi doldurulmuşbildirçin

...........................................28

 

Bildirçin 

ləvəngisi

......................................................................29

 

 

Yüklə 193,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə