G.Ə. Mustafayeva, D. V. Mustafayev


Bildirçin əti və yumurtasının  mialicəvi  əhəmiyyəti



Yüklə 193,16 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix02.01.2018
ölçüsü193,16 Kb.
#19277
1   2   3   4   5   6   7

 



Bildirçin əti və yumurtasının  mialicəvi  əhəmiyyəti 



    

 Müasir  dövrdə  ətraf  mühitin  çox  böyük  dərəcədə 

çirklənməsi  insanlar  arasında  müxtəlif  xəstəliklərin 

yaranmasına  və  artmasına  səbəb  olmuşdur.  Təsadüfi 

deyildir  ki,  son  illərdə  müxtəlif  allergik  xəstəliklərin  sayı 

əhəmiyyətli  dərəcədə  çoxalmışdır.  .  Hal-hazırda  yaşlı 

nəslin,  demək  olar  ki,  əksəriyyəti,  uşaqların  isə  80%-ə 

qədəri  bu  və  ya  digər  allergik  xəstəliklərdən  əziyyət 

çəkirlər.  Həkimlər  bildirçinin  ətini    və  yumurtasını 

radiaktiv  şüalanmaya  və  allergiyaya  qarşı  ən  qiymətli 

vasitə  hesab  edirlər.  Ən  bahalı  kurortların,  çox  qiymətli 

dərmanların  əvəzində  bildirçinin  əti  və  yumurtasından 

istifadə  etməklə  müxtəlif  allergik  xəstəlikləri  aradan 

qaldırmaq mümkündür. 70-ci illərdə bildirçin yumurtasını 

həkimlər “cavanlıq cövhəri (eleksir)” adlandırırdılar.  

     Məhz  buna  görə  də  bu  dövrdə  bəşəriyyətin  qlobal  bir 

təhlükə  ilə  qarşı-qarşıya  durduqu  bir  dövrdə  onu 

təhlükədən  qoruya  bilən  və  hətta  demək  olar  ki,  qurtaran 

bir nemətin-bildirçin əti  və yumurtasının qida kimi yemək 

rasionuna  daxil  olması,  bəşəriyyətin  xilası  demək  olardı. 

Müxtəlif  mənbələrdən  alınan  məlumatlara  və  öz  şəxsi 

müşahidələrimizə  görə,  bəşəriyyətə  kömək  edə  biləcək 

vasitələrdən biri də bildirçin yumurtası və ətidir. Bildirçin 

yumurtası  və  ətinin  böyük  müalicəvi  əhəmiyyətə  malik 

olduğu  hələ  çox  qədimlərdən  məlumdur.  Çox  qədim 

dövrlərdə  çin  xalq  təbabətində  bu  məhsullardan  geniş 

istifadə  olunmuşdur.  Misir  firoonlarının  hakimiyyəti 

dövrlərində  bildirçin  ətinin  müalicəvi  əhəmiyyətindən 

danışılır. Ədəbiyyat məlumatlarına görə, hətta İvan Qroznı 

bildirçin ətinin böyük həvəskarı imiş,  mütləq onun yeməyi 

üçün  qızardılmış  bildirçin  əti  stola  qoyulurmuş.  Yapon 

imperatoru Keypo Yamamoto hər səhər yeməkdən əvvəl 6 

ədəd bildirçin yumurtası içirmiş. 


 



 



 

  

                           Bildirçin  cücələri 

      Dünya  şöhrətli  Çin  elm  xadimi  Li  Si  Çen  (XIV 

əsr) özünün tibb mülahizələrində göstərmişdir ki, bildirçin 

əti  ürəyin,  qara  və  ağ  ciyərlərin,  böyrək,  mədənin 

müalicəsində, bildirçin yumurtaları isə kişilərin tonusunun 

artmasında,  qadınlarda  sonsuzluqun  müalicəsində  böyük 

əhəmiyyətə malikdir. 

Hal-hazırda  artıq  danılmaz  həqiqətdir  ki,  bildirçin 

yumurtaları  kişilərin  tonusunun  artmasında  güclü 

stimulyatordur. Bolqar mütəxəssisləri belə hesab edirlər ki, 

bu yumurtalar effektivliyinə görə “viaqradan” üstündürlər. 

Bildirçin  yumurtası  başın  tükünün  tökülməsini 

dayandırır  və  təzə  tük  əmələ  gətirir.  Bildirçin  ətini  süddə 

bişirdikdə qaraciyər üçün çox faydalı olur. 

  Bildirçinçilik  -  fermer  təsərrufatlarının  bazara 


 

10 


çıxardığı  məhsullar  bildirçin  yumurtası  və  ətidir. 

Bildirçinin  əti  və  yumurtası  çox  qiymətli  qida  maddəsi 

olduğu  üçün  onlara  təlabat  da  çox  böyükdür.  Bu  biznesin 

uğurlu  olması  üçün  məhsulların  kefiyyəti  çox  yüksək 

olmalıdır.  Bildirçin  yumurtası  digər  ev  quşlarının 

yumurtalarından  xırda  olsa  da,  özünün  qida  keyfiyyətinə 

görə  onlardan  qat-qat  yüksəkdə  durur.  Bildirçin 

yumurtasının  qidalılığı  çox  yüksək  olduğu  üçün  hər  bir 

kosmik  gəmi  kosmosa  qalxanda  heyət  üzvləri  orbitdə  bu 

yumurtalarla qidalanırlar. 

Bildirçin  yumurtasının    tərkibində  K,  P,  Fe 

elementləri,  B

1

,  B

2

,  B

3

,  A  və  s.  vitaminlər  toyuq 

yumurtasına  nisbətən  daha  çoxdur.  125-150  qramlıq  ana 

bildirçin  il  ərzində  çəkisi  10-12  q  olan  260-300  yumurta 

vermək imkanına malikdir ki, bu da onların öz çəkisindən 

20 dəfə artıqdır. Ən məhsuldar toyuqlarda isə bu rəqəm 8-

dən yuxarı olmur. 

Vitaminlərin  və  mikroelementlərin  miqdarı  bildirçin 

yumurtasında toyuq yumurtasına nisbətən olduqca çoxdur: 

bildirçin yumurtasının 1 qramında toyuq yumurtasının   1 

qramına nisbətən A vitamini 2,5 dəfə, B

1

 vitamini 2,8 dəfə, 

B

2

 vitamini 2,2 dəfə; mikroelementlərdən dəmir 4 dəfə, mis 

və kobalt 2,2 dəfə, fosfor və kalium isə 4,5 dəfə çoxdur. 

Yumurtanın tərkibində əvəzolunmayan aminturşular digər 

quşların yumurtasındakından çoxdur. Bu turşular ona görə 

əvəzolunmayan  adlanır  ki,  bunlar  insanın  və  heyvanların 

orqanizmi  tərəfindən istehsal olunmur. Bu əvəzolunmayan 

amin  turşularından  biri  də  lizindir  ki,  bildirçin 

yumurtasında  bunun  miqdarı  daha  çoxdur.  Bildirçin 

yumurtası  eyni  zamanda  antibakterial  xassəyə  malikdir. 

Məhz  buna  görə  də  bildirçin  yumurtası  uzun  müddət 

qaldıqda da xarab olmur.  

        Bu  yumurtalar  xroniki  xəstəlikləri,  əsəb  sisteminin 

pozulmasını,  ürək  xəstəliyini,  on  iki  barmaq  bağırsağın  və 


Yüklə 193,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə