poçta və onu daşıyan şəxslərə, həmçinin immunitet və
imtiyazlara hüququ olan Azərbaycan Respublikasının digər
vətəndaşlarına verilən immunitet və imtiyazların təmin
olunması məqsədi ilə öz səlahiyyətləri daxilində lazımi
tədbirlər görür;
16.15.
səfirliyin və qəbul edən dövlətin yerləşən
Azərbaycan Respublikasının digər qurumlarının heyətinə
qəbul edən dövlətdə Azərbaycan Respublikasının maraqlarını
layiqli təmsil etmələri, onun qanunvericiliyinə, adət və
ənənələrinə hörmət etmələri üçün tövsiyələr verir ;
16.16.
qəbul edən dövlətlə danışıqlar aparır,
beynəlxalq konfranslarda və görüşlərdə iştirak edir, habelə
qanunvericiliklə nəzərdə tutulmuş qaydalarda beynəlxalq
müqavilələr imzalayır;
16.17.
Azərbaycan
Respublikasının
dövlət
orqanlarının nümayəndə heyətlərinin və mütəxəssis qruplarının
qərarları və hərəkətləri Azərbaycan Respublikasının
maraqlarına cavab vermədiyi halda nazirliyə məlumat verir və
nazirlik bu məlumat əsasında həmin dövlət orqanlarının
nümayəndə heyətlərinin və mütəxəssis qruplarının işinə
vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı həmin
dövlət orqanları qarşısında məsələ qaldırır ;
16.18.
Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
17.
Səfir vəzifəsi vakant olduqda və ya Səfir öz
vəzifəsini icra etmək iqtidarında olmadığı halda onun
funksiyalarını Azərbaycan Respublikasının xarici işlər naziri
tərəfindən təyin olunan Azərbaycan Respublikasının
müvəqqəti işlər vəkili yerinə yetirir.
-405
Müvəqqəti işlər vəkilinin adi Səfir tərəfindən və ya
Səfir bunu etmək iqtidarında olmadığı halda nazirlik
tərəfindən qəbul edən dövlətin Xarici İşlər Nazirliyinə
bildirilir.
18.
Səfirliyin strukturu və ştat cədvəli nazirlik
tərəfindən təsdiq edilir.
19.
Səfirliyin
maddi-texniki
təminatı
nazirlik
tərəfindən həyata keçirilir.
20.
Səfirliyin əməkdaşlarının hüquq və vəzifələri
Azərbaycan Respublikasının qanunvericiliyi, nazirliyin
normativ aktları və vəzifə təlimatları ilə müəyyən olunur.
Səfirliyin əməkdaşları Səfirə^ Səfir olmadığı halda isə
Azərbaycan Respublikasının müvəqqəti işlər vəkilinə
tabedirlər və onun əmr və göstərişlərini yerinə yetirməyə
borcludurlar.
21.
Səfirliyin işi müəyyən olunmuş qaydada nazirlik
tərəfindən təsdiq edilmiş illik iş planı əsasında təşkil olunur.
22.
Səfirliyə qanunvericiliklə müəyyən olunmuş
qaydada
Azərbaycan
Respublikasının
digər
dövlət
orqanlarının nümayəndələri ezam oluna bilərlər. Səfirliyə
ezam olunmuş Azərbaycan Respublikasının digər dövlət
orqanlarının nümayəndələri öz qərarlarını və hərəkətlərini
Səfir ilə razılaşdırmalıdırlar.
23.
Səfirlikdə Azərbaycan Respublikasının və qəbul
edən dövlətin qanunvericiliyinə uyğun olaraq ümumtəhsil
məktəbi və məktəbəqədər müəssisə fəaliyyət göstərə bilər.
24.
Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq olaraq həmkarlar ittifaqı istisna olmaqla, səfirlikdə
siyasi partiyaların, dini təşkilatların və qeyri-hökumət
təşkilatlarının (ictimai birliklərin və fondların) bölmələri
yaradıla bilməz.
Dərci: 27 may 2006-cı il
- 406
“Azərbaycan Respublikasının Dövlət
Qulluqçuları Reyestrinin aparılması
qaydaları”nm təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
(21 iyun 2006-cı il, №420 )
Azərbaycan Respublikasında son illərdə müasir
tələblərə
cavab
verən
dövlət
qulluğu
sisteminin
formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
2000-ci ildən başlayaraq dövlət qulluğunun qanunvericilik
bazasının yaradılması, dövlət qulluqçularının pensiya və digər
sosial hüquqlarının təmin edilməsi işinin yaxşılaşdırılması
məqsədi ilə bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir.
Bu sahədə aparılan islahatların sürətləndirilməsi üçün 2005- ci
ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır.
Eyni zamanda, 2003-2005-ci illərdə Azərbaycan
Respublikası Prezidentinin İcra Aparatının və Avropa
İttifaqının TACİS proqramının Dövlət qulluğu sahəsində
islahatların həyata keçirilməsi üzrə birgə layihəsi çərçivəsində
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında və 12
nazirlikdə rəhbər kadrlar və dövlət qulluqçuları haqqında
məlumatları əhatə edən vahid informasiya sisteminin
yaradılması üzrə müəyyən iş aparılmışdır.
Bu sahədə görülən işlərin genişləndirilməsi və
sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının
dövlət orqanlarının mövcud kadr potensialının beynəlxalq
- 4 0 7 -
Dostları ilə paylaş: |