standartlara uyğun idarə olunması və ondan səmərəli istifadə
edilməsi üçün qərara alıram :
1.
Azərbaycan Respublikasının Dövlət Qulluqçuları
Reyestri yaradılsın.
2.
“Azərbaycan Respublikasının Dövlət Qulluqçuları
Reyestrinin apaniması qaydaları” təsdiq edilsin (əlavə
olunur),
3.
“Dövlət
qulluğu
haqqında”
Azərbaycan
Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması
üçün lazımi tədbirlər görsünlər .
4.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində :
4.1.
Azərbaycan
Respublikasının
Dövlət
Qulluqçuları Reyestrinin tərtib edilməsi və aparılması üçün
zəruri olan maliyyə vəsaitinin ayrılması məsələsini həll etsin ;
4.2.
Bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5.
Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Dərci : 22 iyun 2006-cı il
408
-
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il
21 iyun tarixli 420 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Dövlət
Qulluqçuları Reyestrinin aparılması
QAYDALARI
Əlavə və dəyişikliklər :
1. 24 iyun 2009 -cu il, № 107, dərd: 25.06.2009
T. ÜMUMİ MÜDDƏALAR
1. Bu qaydalar “Dövlət qulluğu haqqında”
Azərbaycan Respublikasının Qanununa və digər normativ
hüquqi alctlara uyğun olaraq hazırlanmış və Azərbaycan
Respublikasının Dövlət Qulluqçuları Reyestrinin (bundan
sonra “Dövlət Reyestri” adlandırılacaqdır) tərtib edilməsi və
aparılması, ondan istifadə və məlumatların mühafizəsi
qaydalarını müəyyən edir.
2.
Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət
qulluqçuları (o cümlədən, staj kimi və sınaq müddətinə qəbul
edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil
olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində
aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır.
3.
Dövlət Reyestrinin yaradılmasında məqsəd
dövlət qulluqçuları haqqında məlumatları
toplamaq,
təzələmək
və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi,
yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlə-
- 4 0 9 -
rinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu
məlumatlardan istifadə etmək, müvafiq hallarda bu qaydalarla
və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada
dövlət orqanlarının həmin məlumatlarla təmin etməkdir.
4.
Dövlət Reyestrinin idarə olunması, məlumatların
avtomatlaşdırılmış qaydada toplanması, dəyişdirilməsi,
saxlanılması, mühafizəsi, həmçinin sorğu əsasında əldə
edilməsi xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.
5.
Dövlət
Reyestri
Azərbaycan
Respublikası
Prezidentinin İcra Aparatı və Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
tərəfindən birgə aparılır.
6.
Dövlət Reyestri Azərbaycan Respublikasının
Dövlət orqanlarının rəsmən təqdim etdikləri kağız və elektron
daşıyıcılardakı məlumatlar əsasında aparılır. Kağız və
elektron daşıyıcılarda təqdim olunan məlumatların formasını
Dövlət Reyestrini aparan dövlət orqanları müəyyən edirlər.
7.
Dövlət Reyestri Azərbaycan Respublikasının
mülkiyyətidir və onun aparılması dövlət büdcəsi hesabına
maliyyələşdirilir.
8.
Dövlət Reyestrində saxlanılan məlumatların əldə
olunması, işlənməsi, mühafizəsi, verilməsi və ya istifadəsi
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən
məhdudlaşdırılan informasiya kateqoriyasına şamil edilən
tələblərə uyğun həyata keçirilir. Bu tələbləri pozan şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
məsuliyyət daşıyırlar.
410
-
II. DÖVLƏT REYESTRİNİN TƏRTİB
EDİLMƏSİ QAYDALARI
9.
Dövlət Reyestrinə Azərbaycan Respublikasının
dövlət qulluqçuları haqqında aşağıdakı əsas məlumatlar daxil
edilir:
9.1.
Dövlət
qulluqçusunun
fərdi
eyniləşdirmə
nömrəsi;
9.2.
soyadı, adı, atasının adı;
9.3.
cinsi;
9.4.
doğulduğu tarix və yer;
9.5.
dövlət orqanının və vəzifəsinin adı;
9.6.
əmək fəaliyyəti ;
9.7.
dövlət qulluğunu keçməsi ;
9.8.
dövlət qulluğunun ixtisas dərəcəsi ;
9.9 təhsil;
9.10.
əlavə təhsil ;
9.11.
elmi dərəcə və elmi adları;
9.12.
dövlət təltifləri ;
9.13.
seçkili orqanların işində iştirakı ;
9.14.
əlavə məlumatlar;
9.15.
əlaqə saxlamaq üçün məlumatlar.
10.
Dövlət Reyestrində toplanan məlumatların dol-
ğunluğunu təmin etmək məqsədi ilə dövlət qulluqçusu
haqqında təqdim olunan məlumatlar aşağıdakı tələblərə cavab
verməlidir ;
10.1.
Məlumatlarda göstərilən bütün tarixlər gün, ay
və il ardıcıllığı ilə rəqəmlə (məsələn, “23.03.2006” şəklində)
ifadə edilməlidir.
411
-