10.2.
Dövlət qulluqçusunun fərdi eyniləşdirmə
nömrəsi avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı
vasitəsilə Dövlət Reyestrini aparan dövlət orqanları tərəfindən
müəyyən edilən qaydada və Azərbaycan vətəndaşlarının fərdi
uçotu sahəsində mövcud qanunvericiliyin tələbləri nəzərə
alınmaqla yaradılır. Bu fərdi eyniləşdirmə nömrəsi
məlumatların birmənalı fərqləndirilməsinə, təkrara yol
verilməməsinə xidmət edir və dövlət qulluqçusunun qulluq
keçmə yerindən asılı olmayaraq dəyişdirilmir.
10.3.
“Doğulduğu tarix və yer” bölümündə dövlət
qulluqçusunun doğulduğu yer onun anadan olduğu zaman
mövcud olan inzibati-ərazi bölgüsünə və adlara uyğun
göstərilməlidir.
10.4.
“Dövlət orqanının və vəzifəsinin adı”
bölümündə dövlət qulluqçusunun hazırda qulluq keçdijn
dövlət orqanının və vəzifəsinin tam adı ilə yanaşı, bu orqanın
kateqoriyası və vəzifənin təsnifatı göstərilməlidir .
10.5.
“Əmək fəaliyyəti” bölümündə məlumatlar
dövlət qulluqçusunun əmək kitabçası və iş dövı-ünü təsdiq
edən sənədlər əsasında (ali, orta ixtisas məktəblərində təhsil
dövrü, hərbi xidmət və əvəzçilik üzrə iş də daxil olmaqla)
göstərilməlidir. Məlumatlarda hər iş yerinə aid dövr dəqiq
tarixlə və bu dövrün dövlət qulluqçusunun qulluq stajına daxil
edilib-edilməməsi, idarə, təşkilat və müəssisələrin adları
vaxtilə olduğu şəkildə və ixtisarlara yol vermədən qeyd
edilməlidir.
10.6.
“Dövlət qulluğunu keçməsi” bölümündə dövlət
qulluqçusunun iştirak etdiyi test imtahanlarının və
müsahibələrin tarixləri, nəticələri, onları keçirən qurumların
adları, staj və sınaq keçmə dövrü, daimi dövlət qulluğuna
412
qəbul edilən tarixi, sonuncu əmək müqaviləsinin qüvvəyə
minmə və qüvvədən düşmə tarixləri, sonuncu attestasiyanın
tarixi və nəticələri göstərilməlidir.
10.7.
“Dövlət
qulluğunun
ixtisas
dərəcəsi”
bölümündə dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş son
iki ixtisas dərəcəsinin adları, onların verilməsi haqqında
sənədlərin nömrələri və tarixləri göstərilməlidir. Şəxsin
prokurorluq, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, xarici
işlər, sərhəd xidməti, vergi və digər orqanlar tərəfindən
verilmiş xüsusi rütbələri olduqda onların verildiyi tarixlər və
müvafiq sənədlərin nömrələri əlavə olaraq qeyd edilməlidir.
10.8.
“Təhsili” bölümündə dövlət qulluqçusunun
bitirdiyi təhsil müəssisələrinin və fakültələrin rəsmi adları,
təhsil dövrü və formaları, ixtisas və peşələr diplomda yazıldığı
kimi qeyd edilməlidir.
10.9.
“Əlavə
təhsili”
bölümündə
dövlət
qulluqçusunun
ixtisasartırma,
təcrübəkeçmə
və
s.
proqramlarda iştirakı rəsmi sənədlər əsasında göstərilməlidir.
Bu bölümdə proqramları təşkil edən qurumların və təhsil
proqramının adları, əlavə təhsilin dövrü qeyd edilməlidir.
10.10.
“Elmi dərəcəsi və elmi adları” bölümündə
məlumatlar onları təsdiq edən rəsmi sənədlər əsasında
göstərilməlidir. Məlumatlarda elmi dərəcənin və elmi adların
verildiyi tarix və elmi istiqamət qeyd edilməlidir.
10.11.
“Dövlət
təltilləri”
bölümündə
dövlət
qulluqçusunun Azərbaycan Respublikasının və digər ölkələrin
dövlət təltifləri (orden və medalları), fəxri adları və onların
verilmə tarixləri haqqında məlumatlar göstərilməlidir.
413
-
10.12.
“Seçkili orqanların işində iştirakı”
bölümündə dövlət qulluqçusunun yalnız qanunvericilik və
yerli özünüidarə orqanlarında seçkili vəzifə tutması haqqında
məlumatlar göstərilməlidir.
10.13.
“Əlavə məlumatlar” bölümündə dövlət
qulluqçusunun işgüzar keyfiyyətlərini xarakterizə edən
müxtəlif sənədlər, ehtiyat kadrların siyahılarına salınması
haqqında qeydlər, çap edilmiş elmi əsərlərin və kitabların
adları, şəxsin yalnız sərbəst bildiyi xarici dillər, əmək (peşə)
fəaliyyəti ilə bağlı mühüm əhəmiyyət kəsb edən tədbirlərdə
iştirakı və dövlət qulluğunu keçmə haqqında digər məlumatlar
göstərilə bilər. Bu bölümə dövlət qulluqçusunun rəngli
fotoşəkli də əlavə edilməlidir.
10.14.
“Əlaqə üçün məlumatlar” bölümündə
şəxsin iş telefonu və taks nömrələri, elektron poçt ünvanı
göstərilməlidir.
11.
Dövlət Reyestrindəki məlumatlar həmişəlik
saxlanılır və heç bir halda məhv edilə bilməz.
III.
DÖVLƏT REYESTRİNİN APARILMASI
QAYDALARI
12.
Dövlət Reyestrinə dövlət qulluqçuları haqqında
məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı
kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət
orqanı bu şəxs haqqında məlumatları Dövlət reyestrinin
aparan dövlət orqanına dövlət qulluğunda vəzifəyə (o
cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün
ərzində rəsmən təqdim etməlidir.
-4J4-
Dostları ilə paylaş: |