Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə31/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   113

1-7-ci 

kateqoriya 

dövlət 

orqanlarının 



Azərbaycan 

Respublikasının  Konstitusiyası  və  qanunları  ilə  müəyy'ən 

edilmiş  funksiya  və  səlahiyyətləri,  habelə  onların  həyata 

keçirilməsi  xüsusiyyətləri  nəzərə  alınaraq,  təminedici  və 

yardımçı kimi təsnifləşdirilir. 

Dövlət  orqanlarının  aparatının  (və  ya  onların 

fəaliyyətini  təmin  edən  qurumların)  və  onun  bölmələrinin 

adlan  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 

Qeyd: 

11-ci  maddədə  «dövlət  orqanlarının  aparatı  (və  ya 

onların  fəaliyyətini  təmin  edən  qurumlar)»  dedikdə,  dövlət 

orqanının  vəzifə,  funksiya  və  səlahiyyətlərinin  həyata 

keçirilməsini  təmin  edən  dövlət  qulluqçularından  ibarət 

ixtisaslaşdırılmış  bölmələrini  özündə  birləşdirən  dövlət 

orqanının struktur vahidi nəzərdə tutulur. 

Maddə  12.  İnzibati  və  yardımçı  vəzifələrin 

təsnifat toplusu 

12.1.


 

İnzibati  və  yardımçı  vəzifələrin  təsnifat 

toplusuna vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri 

və  vəzifələrin  tutulması  şərtləri  haqqında  məlumatlar  daxil 

edilir. 

12.2.


 

İnzibati  və  yardımçı  vəzifələrin  təsnifat 

toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və 

dövlət  qulluqçularının  vəzifə  təlimatlarının  hazırlanması 

üçün əsasdır. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 

-

109

-

 



Maddə  13.  İnzibati  və  yardımçı  vəzifələrə  aid 

ixtisas tələbləri 

13.1.


 

inzibati  və  yardımçı  vəzifələrə  aid  ixtisas 

tələbləri  vəzifə  iddiasında  olan  şəxsin  həmin  vəzifənin 

öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını 

təmin edir. 

13.2.


 

İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq 

ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, 

0

,  ixtisasını  dəyişdirib  iddiasında  olduğu  inzibati  vəzifənin 



profilini öyrənməlidir. 

13.3.


 

Yardımçı  vəzifə  iddiasında  olan  şəxsin 

müvafiq  orta  təhsili  olmalıdır.  Həmin  şəxsin  başqa  orta 

təhsili  və  ya  ümumi  orta  təhsili  olduqda,  o,  hazırlığını 

dəyişdirib  iddiasında  olduğu  yardımçı  vəzifənin  profilini 

öyrənməlidir. 

13.4.

 

İnzibati  və  yardımçı  vəzifələri  tutmaq  üçün 



əlavə  tələblər  qanunvericiliklə  və  vəzifə  təlimatları  ilə 

müəyyən edilir. 



IV

 

fəsil. Dövlət qulluqçusu 

Maddə 14. Dövlət qulluqçusu 

14.1.


 

Dövlət  qulluqçusu  bu  Qanunla  müəyyən 

edilmiş  qaydada  maaşlı  (maaş  yalnız  dövlət  büdcəsi 

vəsaitindən  verilə  bilər)  dövlət  qulluğu  vəzifəsini  tutan  və 

inzibati  vəzifə  üzrə  dövlət  qulluğuna  qəbul  edilərkən 

Azərbaycan  Respublikasına  sadiq  olacağına  and  içən 

Azərbaycan Respublikasının vətəndaşıdır. 

-

110

-

 



14.2.

 

inzibati 



vəzifə 

tutan 


və 

hakimiyyət 

səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir. 

14.3.


 

Çıxarılıb 



Maddə 15. Dövlət qulluqçusunun andı 

15.1.


 

And  Azərbaycan  Respublikası  ilə  dövlət 

qulluqçusu  arasında  açıq  hüquqi  borc  və  sədaqət 

münasibətlərini təsdiq edir. 

15.2.

 

İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş 



vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl aşağıdakı 

məzmunda and içir: 

«Azərbaycan  Respublikasına  sadiq  olacağıma,  onun 

Konstitusiyasına  dönmədən  əməl  edəcəyimə,  dövlət  sirrini 

və  xidməti  sirri  qoruyacağıma,  dövlət  qulluğunun  mənə 

verdiyi  hüquqları  və  üzərimə  qoyduğu  vəzifələri  qərəzsiz, 

vicdanla,  ancaq  qanunauyğun  surətdə,  var  gücümlə  və 

vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm». 

15.3.

 

Andiçmə  təntənəli  şəraitdə  Azərbaycan 



Respublikasının  Dövlət 

bayrağı  altında  Azərbaycan 

Respublikasının  Konstitusiyasına  əl  basmaqla  həyata 

keçirilir. 

15.4.

 

Andiçmə  bir  dəfə  olur.  And  içən  dövlət 



qulluqçusu andın mətnini imzalayır və bu sənəd onun şəxsi 

işində saxlanılır. 

15.5.

 

Dövlət  qulluğunun  ayrı-ayrı  növlərində  andın 



status 

xüsusiyyətləri 

Azərbaycan 

Respublikasının 

qanunvericilik aktlarında müəyyən edilir. 

15.6.


 

Yardımçı  dövlət  qulluğu  vəzifəsinə  qəbul 

edilənlər and içmirlər. 

- n ı -  



Maddə 16. Dövlət qulluqçularının ixtisas 

dərəcələri 

16.1.


 

Dövlət  qulluqçusunun  ixtisas  dərəcəsi  onun 

ixtisas  səviyyəsini  göstərir,  dövlət  qulluqçusuna  inzibati 

vəzifə  tutmaq,  vəzifə  maaşına  əlavə  haqq  almaq  və  sosial 

təminatlardan istifadə etmək hüququ verir. 

16.2.


 

İnzibati  vəzifələrin  təsnifatına  uyğun  olaraq 

aşağıdakı ixtisas dərəcələri verilir: 

16.2.1.


 

inzibati  vəzifələrin  birinci  təsnifatı  üzrə  — 

həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri və 2-ci 

dərəcə dövlət müşaviri

16.2.2.

 

inzibati vəzifələrin ikinci təsnifatı üzrə — 1- 



çi,  2-ci  və  3-cü  dərəcə  dövlət  müşaviri,  dövlət  qulluğunun 

baş müşaviri; 

16.2.3.

 

inzibati  vəzifələrin  üçüncü  təsnifatı  üzrə  — 



3-cü dərəcə dövlət müşaviri, dövlət qulluğunun baş müşaviri 

və dövlət qulluğunun müşaviri

16.2.4.

 

inzibati  vəzifələrin  dördüncü  təsnifatı  üzrə 



■—  dövlət  qulluğunun  baş  müşaviri,  dövlət  qulluğunun 

müşaviri və dövlət qulluğunun kiçik müşaviri; 

16.2.5.

 

inzibati  vəzifələrin  beşinci  təsnifatı  üzrə  — 



dövlət  qulluğunun  müşaviri,  dövlət  qulluğunun  kiçik 

müşaviri və 1-ci dərəcə dövlət qulluqçusu

16.2.6.

 

inzibati  vəzifələrin  altıncı  təsnifatı  üzrə  — 



dövlət  qulluğunun  kiçik  müşaviri,  1-ci  dərəcə  dövlət 

qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu; 

16.2.7.

 

inzibati vəzifələrin yeddinci təsnifatı üzrə — 



1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu 

və 3-cü dərəcə dövlət qulluqçusu; 



-

112

-

 


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə