Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə39/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   113

30.4.1.

 

mehmanxanada  və  ya  xidməti  yaşayış 



sahəsində  yer,  altı  aydan  çox  müddətə  ezamiyyətə 

göndəriləndə isə ayrıca xidməti mənzil sahəsi; 

30.4.2.

 

iş yeri, rabitə vasitələrindən istiladə etmək 



imkanı; 

30.4.3.


 

digər  zəruri  texniki  xidmətlər  və  sosial- 

məişət xidmətləri, 

0

 cümlədən onu göndərən orqanın vəsaiti 



hesabına xidmətlər. 

30.5.


 

Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilən 

dövlət  qulluqçusunun  ailəsini  özü  ilə  aparmağa  ixtiyarı 

vardır.  Ona  müəyyən  edilmiş  yaşayış  normalarına  uyğun 

gələn  məişət  ləvazimatı  ilə  komplektləşdirilmiş  xidməti 

mənzil verilir, habelə əvvəl qulluq keçdiyi  yerdəki yaşayış 

sahəsi saxlanılır. Dövlət qulluqçusunun ailə üzvlərinə işə və 

ya  təhsil  müəssisəsinə  düzəlməkdə  kömək  göstərilir, 

məktəbəqədər  uşaq  müəssisələrində  yer  verilir  və  lazım 

gəldikdə,  onu  göndərən  orqanın  vəsaiti  hesabına  haqqı 

ödənilən  tibbi  xidmət  göstərilir.  Müvəqqəti  olaraq  başqa 

yerə  qulluğa  keçirilməklə  bağlı  olan  digər  məsələlər 

Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi  ilə  tənzim 

olunur. 


30.6.

 

Yardımçı 



vəzifələr 

tutan 


dövlət 

qulluqçularının əmək münasibətləri bu qanunun müddəaları 

nəzərə  alınmaqla  Azərbaycan  Respublikasının  Əmək 

Məcəlləsi ilə tənzimlənir. 



Maddə 30-1. Dövlət qulluqçularının fəaliyyətinin 

qiymətləndirilməsi 

30-1.1.  inzibati  vəzifə  tutan  dövlət  qulluqçusunun 

xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndi- 



136



-

 


rilir. 

Dövlət 


qulluqçusunun 

xidməti 


fəaliyyətinin 

qiymətləndirilməsinin  məqsədi  onun  il  ərzində  vəzifəsinin 

öhdəsindən  gəlməsini,  tutduğu  vəzifəyə  dair  tələblərin 

yerinə yetirilməsini qiymətləndirməkdən və işçinin gələcək 

inkişafını müəyyən etməkdən ibarətdir. Xidməti fəaliyyətin 

qiymətləndirilməsinin  nəticələri  dövlət  qulluqçusunun 

attestasiyası zamanı nəzərə alınır. 

30-1.2. 


Dövlət 

qulluqçusunun 

fəaliyyətinin 

qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata 

keçirilir. 

30-1.3.  Dövlət  qulluqçusunun  xidməti  fəaliyyəti 

aşağıdakı meyarlar əsasında qiymətləndirilir: 

30-1.3.1. peşə bilikləri; 

30-1.3.2. xidməti vəzifələrə münasibət

30-1.3.3. təhlil aparmaq, problem həll etmək və qərar 

vermək bacarığı; 

30-1.3.4. yaradıcılıq və təşəbbüskarlıq; 

30-1.3.5. əmək intizamı; 

30-1.3.6. iş təcmbəsi və onu bölüşmə; 

30-1.3.7.  kollektivdə  işləmək  bacarığı,  ünsij^ət, 

işçilərarası münasibətlər. 

30-1.4.  Rəhbər  işçilərin  xidməti  fəaliyyəti  bu 

Qanunun 30-1.3-cü maddəsində göstərilənlərə əlavə olaraq, 

aşağıdakı meyarlar əsasında qiymətləndirilir: 

30-1.4.1. təhlil və proqnozlaşdırma; 

30-1.4.2. idarəetmə

30-1.4.3.  kollektiv  daxilində  nüflız  və  ruhlandırmaq 

bacarığı; 

30-1.4.4. komanda qurmaq bacarığı. 



-

137

-

 


30-1.5.  Dövlət  qulluqçusunun  xidməti  fəaliyyəti 

aşağıdakı şəkildə qiymətləndirilir: 

30-1.5.1. əla; 

30-1.5.2. yaxşı; 

30-1.5.3. kafi; 

30-1.5.4. qeyri-kafi. 

30-1.6.  Dövlət  qulluqçusunun  xidməti  fəaliyyətinin 

qiymətləndirilməsinin 

nəticələri 

xidməti 


fəaliyyətin 

qiymətləndirilməsi  barədə  sənədlə  rəsmiləşdirilir.  Bu 

sənəddə  dövlət  qulluqçusunun  fəaliyyəti  bütün  meyarlar 

üzrə  qiymətləndirilir  və  bununla  bağlı  şərhlər  verilir. 

Xidməti  fəaliyyətin  qiymətləndirilməsi  barədə  sənədə 

xidməti  fəaliyyəti  qiymətləndirilən  dövlət  qulluqçusunun 

rəyi əlavə edilir. 

30-1.7.  Dövlət  qulluqçusunun  xidməti  fəaliyyətinin 

qiymətləndirilməsi qaydalarına dair normativ aktlar müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. 

30-1.8.  Dövlət  qulluqçusunun  xidməti  fəaliyyətinin 

qiymətləndirilməsinin  nəticələri  onun  şəxsi  işinə  əlavə 

edilir. 

Maddə 31. Dövlət qulluqçusunun attestasiyası 

31.1.


 

inzibati  və  yardımçı  vəzifələri  tutan  hər  bir 

dövlət  qulluqçusu,  bu  qanunda  başqa  hal  nəzərdə 

tutulmayıbsa,  beş  ildə  bir  dəfədən  çox  olmayaraq 

attestasiyadan keçirilməlidir. 

31.2.


 

Attestasiya  kollegial,  obyektiv  surətdə, 

müvafiq  icra  hakimiyyəti  orqanının  nümayəndəsinin  və 

müstəqil  mütəxəssislərin  cəlb  edilməsi  ilə  keçirilir. 

Attestasiya ko- 

138 



missiyasının tərkibini müvafiq dövlət orqanının rəhbəri təsdiq 

edir. 


31.3.

 

Attestasiya  zamanı  dövlət  qulluqçusunun 



peşəkarlıq, 

işgüzarlıq 

və 

mənəvi 


keyfiyyətləri 

qiymətləndirilir  və  onun  tutduğu  vəzifəyə  uyğun 

gəlib-gəlmədiyi barədə nəticə çıxarılır. 

31.4.


 

Attestasiyanın əsas məqsədləri aşağıdakılardır: 

31.4.1.

 

dövlət  qulluqçusunun  tutduğu  vəzifəyə 



uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi

31.4.2.


 

dövlət 


qulluqçusunun 

potensial 

imkanlarından  istifadə  etmək  mümkünlüyünün  aşkara 

çıxarılması, 

onun 

peşə 


səriştəliyini 

artırmağa 

stimullaşdırılması; 

31.4.3.


 

dövlət qulluqçusunun təcrübə, yenidənhazır- 

lanma  və  ya  ixtisasartırma  keçməsinə  zərurət  dərəcəsinin 

müəyyənləşdirilməsi. 

31.5.

 

Attestasiyanın  keçirilməsinin  müddətləri  və 



cədvəli müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla 

müvafiq  dövlət  orqanı  tərəfindən  təsdiq  edilir  və 

attestasiyanın  başlanmasına  ən  geci  1  ay  qalmış 

attestasiyadan  keçən  dövlət  qulluqçularının  nəzərinə 

çatdırılır. 

31.6.


 

Attestasiya  komissiyasının  üzvləri  tərəfindən 

dövlət  qulluqçusuna  yalnız  tutduğu  vəzifəyə,  vəzifə 

təlimatına,  ixtisasına  dair,  icra  etdiyi  işlər  və  onların 

nəticələri  barədə,  habelə  tutduğu  vəzifəyə  uyğunluğunu 

müəyyən  etmək  üçün  zəruri  olan  əmək  müqaviləsi  ilə 

müəyyən  edilmiş  hüquqları,  qulluq  funksiyalarına  aid  olan 

məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan 

dövlət  qulluqçusunun  siyasi  baxışlarına  və  etiqadına  görə 

qiymətləndirilməsi yolverilməzdir. 



-

139

-

 


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə