Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə36/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   113

lət  orqanı  rəhbərinin  əmri  ilə  araşdırma  aparılır,  dövlşt 

qulluqçusundan  yazılı  izahat  alınır.  Zərurət  olduqda, 

müvafiq  dövlət  orqanının  rəhbəri  xidməti  yoxlama  təyin 

edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina 

etməsi  rəsmiləşdirilir  və  bu,  intizam  tənbehinin  tətbiqinə 

mane olmur. 

25.4.

 

Xidməti  yoxlamanın  aparılması  qaydası 



müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

25.5.


 

Dövlət  qulluqçularına  intizam  tənbehi  bu 

qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar 

edildiyi  gündən  bir  ay  keçənədək  verilə  bilər.  Dövlət 

qulluqçusunun  məzuniyyətdə,  ezamiyyətdə  olduğu,  əmək 

qabiliyyətini  müvəqqəti  itirdiyi,  habelə  barəsində  xidməti 

yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin 

müddətə daxil edilmir. 

25.6.

 

Bu  qanunun  25.2.6-cı  maddəsində  nəzərdə 



tutulmuş  intizam  tənbeh  tədbiri  vəzifələrin  icrası  zamanı 

kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və 

ya  bu  qanunun  20-ci  maddəsində  nəzərdə  tutulmuş 

məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 

25.7.

 

Bu  qanunun  25.2.1-25.2.6-cı  maddələrində 



nəzərdə  tutulmuş  intizam  tənbeh  tədbirləri  dövlət 

qulluqçusunun  qulluq  keçdiyi  dövlət  orqanının  rəhbəri 

tərəfindən,  25.2.1-ci  maddəsində  nəzərdə  tutulmuş  intizam 

tənbeh  tədbiri  isə,  habelə  dövlət  qulluqçusunun  qulluq 

keçdiyi  dövlət  orqanının  rəhbəri  tərəfindən  səlahij^ət 

verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 

25.8.

 

İntizam  tənbeh  tədbirinin  tətbiq  edilməsi 



barədə  əmrdən,  onun  imzalandığı  gündən  7  iş  günü 

müddətində  müvafiq  icra  hakimij^əti  orqanına  şikayət 

vermək 

-

127

-

 



olar.  Bu  zaman  həmin  orqan  tərəfindən  intizam  tənbeh 

tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə 

saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən 

şikayət  verilməsi  qaydası  Azərbaycan  Respublikasının 

müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 

25.9.


 

Dövlət  qulluqçusu  qanunvericiliklə  müəyyən 

edilmiş  hallarda  və  qaydada  inzibati  və  cinayət 

məsuliyyətinə cəlb oluna bilər. 

25.10.

 

Dövlət  qulluqçusu  onun  təqsiri  üzündən 



dəymiş  zərər  üçün  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada  maddi  məsuliyyət  daşıyır.  Dövlət  qulluqçusunun 

qanuna uyğun hərəkətləri  nəticəsində dəymiş zərərin əvəzi 

tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 

25.11.

 

Dövlət  qulluqçusu  «Korrupsiyaya  qarşı 



mübarizə  haqqında»  Azərbaycan  Respublikası  Qanununun 

5.1-ci  maddəsində  müəyyən  edilmiş  tələblərə  əməl 

etmədikdə və ya həmin qanunun 9-cu maddəsində göstərilən 

hüquqpozmaları  törətdikdə  (onlar  inzibati  və  ya  cinayət 

məsuliyyəti  yaratmadıqda)  intizam  məsuliyyətinə  cəlb 

olunur. 


Maddə 26. Qanunsuz göstərişin yerinə yetirilməsi 

üstündə dövlət qulluqçusunun məsuliyyəti 

26.1.


 

Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi 

üçün cavabdehdir. 

26.2.


 

Rəhbər  işçinin  göstərişini  qanunsuz  sayan 

dövlət  qulluqçusunun  etirazına  baxmayaraq,  həmin  rəhbər 

işçi  öz  göstərişini  qüvvədə  saxlayırsa  və  ondan  yuxarı 

vəzifəli  rəhbər  işçi  həmin  göstərişi  ləğv  etmirsə,  dövlət 

qulluqçusu məsuliyyətdən azad olunur. 



-

128

-

 


V

 

fəsil. Dövlət qulluğu keçmə Maddə 27. 

Dövlət qulluğuna qəbul edilmək hüququ 

27.1.


 

Azərbaycan Respublikasının 16 yaşına çatmış, 

irqindən,  milliyyətindən,  dinindən,  dilindən,  cinsindən, 

sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, 

əqidəsindən,  ictimai  və  digər  birliklərə  mənsubiyyətindən 

asılı  olmayaraq  müvafiq  vəzifənin  tələblərinə  uyğun  peşə 

hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət 

dilini  sərbəst  bilən  vətəndaşlarının  dövlət  qulluğuna  qəbul 

edilmək hüququ vardır. 

27.2.


 

Hər  hansı  şəxs  dövlət  qulluğuna  aşağıdakı 

hallarda qəbul edilə bilməz: 

27.2.1.


 

onun fəaliyyət qabiliyyətinə malik olmaması 

və  ya  məhdud  fəaliyyət  qabiliyyətinə  malik  olması 

məhkəmənin qərarı ilə təsdiq edilərsə

27.2.2.

 

məhkumluğu 



ödənilməmiş 

və 


ya 

götürülməmişsə; 

27.2.3.

 

bilavasitə  tabeliyində  və  ya  nəzarəti  altında 



işləyəcəyi  dövlət  qulluqçusu  ilə  yaxın  qohumluq  və  ya 

qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacılan, 

övladları) əlaqəsi olduqda; 

27.2.4.


 

barəsində tibbi xarakterli məcburi tədbirlərin 

tətbiqinə  dair  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qərarı 

olarsa; 


27.2.5.

 

Qanunvericiliklə  müəyyən  edilmiş  başqa 



hallarda. 

27.3.


 

Dövlət  orqanında  dövlət  qulluğuna  qəbul 

edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul 

-

129

-

 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə