Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə44/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   113

təşkil  edir,  quruluş  bölmələrində  arxivin  təşkilinə  kömək 

edir, sənədlərin arxivə daxil olmasına nəzarət edir, bölmələr 

üçün işlərin nomenklaturasmı tərtib edir və onların düzgün 

tərtib olunmasına nəzarət  edir. Müəssisə sənədlərində olan 

sirləri qorumalı və yaymamalıdır. 

Ekspedisiya  müdiri  ekspedisiyanın  işinə  rəhbərlik 

edir, vacib olan sənədləri qəbul edir və göndərir. 



Redaktor  müəssisə  rəhbəri  tərəfindən  imzalanmalı 

olan  məlumat  və  sənədlərin  düzgün  redaktə  edilməsini 

həyata keçirir. Kollegiyanın çağırılmasını bildirən sənədləri 

redaktə edir və göndərir. Protokolları tərtib edir, redaktə edir 

və  göndərir.  Protokolda  göstərilən  qərarların  yerinə 

yetirilməsinə nəzarət edir. 



Korrektor 

sənədlərin 

əslindən 

düzgün 


köçürülməsinə nəzarət edir. 

Müfəttiş rəhbərliyin ünvanına gələn bütün məktubları 

qəbul edir, qeydə alır və dərkənar əsasında icraçılara çatdırır; 

göndərilən sənədlərin jurnal və ya kartoçkada düzgün qeyd 

olunmasına nəzarət edir; sənədlərin uçotunu aparır və onlar 

haqqında məlumat verir. 

Katib  stenoqrafıst  bölmələr  və  müəssisələrin 

rəhbərləri  üçün  vacib  olan  sənədləşdirmə  işlərini  görür, 

vətəndaşların  qəbulunu  təşkil  edir,  işçiləri  rəhbərin  yanına 

çağırır,  faksları  verir  və  qəbul  edir.  Rəhbərin  tapşırığı  ilə 

müəyyən sənədləri yazı maşınında yazır. Rəhbərin adma olan 

müəyyən təcili və ya məxfi sənədləri qəbul edir və dərkənara 

əsasən icraçıya çatdırır, bunların icrasına nəzarət edir, arxivə 

vermək  üçün  hazırlayır.  Rəhbərin  sərəncamı  ilə  müəyyən 

sənədləri  stenoqraflaşdırır.  Müşavirlərdə  iştirak  edir  və 

sənədlərin stenoqramlarını yazır. 



-755- 


Katib  kargüzar  sənədləri qəbul  edir, qeydə alır  və 

onları  quruluş  bölmələrinin  rəhbərinə  çatdırır,  dərkə-  nara 

uyğun  onları  icraçılara  verir,  icra  müddətinə  nəzarət  edir, 

pozulma  hallan  olduqda  rəhbərə  xəbər  verir,  göndərilən 

məktubların  düzgün  rəsmiləşdirilməsini  və  əlavələrin 

olmasını  yoxlayır  və  qeyd  edib  ekspedisiyaya  verir.  İcra 

olunmuş sənədləri göndərir, cari arxivin sənədlərini saxlayır, 

sənəd  axınının  uçotunu  aparır,  yığıncaqların  keçirilməsini 

təşkil edir. 

Operator  müxtəlif  növlü  yazı  maşınlarında  yazma 

işini aparır. 



Ekspeditor  başqa  müəssisələrdən  daxil  olan 

sənədləri qəbul edir, onları təyinatı üzrə müəyyən edir. 



Kuryer  menecer  sənədləri  müəssisənin  quruluş 

bölmələrinə və başqa ünvanlara çatdırır yuxarıda göstərilən 

vəzifələrdən  bir  və  ya  bir  neçəsi  idarələrdə  fəaliyyətindən 

asılı olaraq istifadə oluna bilər. 

Dövlət 

qulluqçularının 



fəaliyyətinin 

əsasını 


sənədlərlə  işlər  tutur.  İnzibatı  vəzifələr  on  dörd  təsnifata 

bölünür.  Təsnifat  toplusuna  vəzifələrin  tutulması  şərtləri 

haqqında məlumatlar daxildir. 

İnzibati vəzifələrin təsnifatı dövlət orqanlarının ştat 

cədvəllərinin  yaradılması  və  dövlət  qulluqçularının  vəzifə 

təlimatlarının hazırlanması üçün əsasdır. 

Dövlət  qulluğu  sahəsində  kargüzarlıq  xidmətinin 

aşağıdakı vəzifələri vardır və bunları etməlidir : 

-

 

dövlət orqanlarının qəbul etdikləri başqa normativ 



hüquqi aktları həyata keçirməli ; 

-

 



rəhbərlərin  verdikləri  əmrləri,  sərəncamları  və 

göstərişləri yerinə yetimrəli; 



156

-

 


-

 

qulluq reqlamentinə riayət etməli



-

 

dövlət orqanının nülxızunu aşağı sala biləcək 



hərəkətlərə yol verməməli; 

-

 



dövlətin və ya idarənin sirrini həmişə saxlamaq

-

 



qulluq etikası normalarına əməl etməlidir. 

§5.2. Xidməti sənədlərin hazırlanması, rəsmi şəklə 

salınması və çoxaldılması 

Xidməti sənədlərin hazırlanmasında ümumi tələblər 

Dövlət  orqanlarında,  idarələrdə  və  bələdiyyələrin 

fəaliyyətində  sənədlərin  yaranmasının  hüquqi  əsasları 

aşağıdakılardır: 

1.

 

Azərbaycan Respublikasının qanunları, prezidentin 



fərman  və  sərəncamları,  Milli  Məclisin  qərarları.  Nazirlər 

Kabinetinin qərar və sərəncamları; 

2.

 

Yuxarı orqanlann konkret tapşırıqları; 



3.

 

Həvalə  edilmiş  vəzifələrin  idarələr  tərəfindən 



onların  səlahiyyətlərinə  uyğun  olaraq  yerinə  yetirilməsi 

məqsədi ilə icra və sərəncam fəaliyyətinin həyata keçilməsi; 

4.

 

İdarə aparatının işini hüquqi cəhətdən tənzim etmək 



zərurəti. 

Xidməti  sənədlər  tərtib  edilərkən  və  rəsmi  şəklə 

salınarkən  onların  üzərində  rekvizitlər  tələbata  uyğun 

yazılmalıdır. Sənədlər aydın, qısa və savadlı tərtib edilməklə, 

gələcəkdə  əlavə  yazışma  aparmaq  lüzumunu  aradan 

qaldırmağı təmin edəcək dərəcədə tam və obyektiv olmalıdır. 

Sənədlər əl ilə, texniki vasitələrlə, qarışıq üsulla tərtib edilə 

bilər. Sonradan kompüterdə yığılacaq arayış - məlumat və 



-

157

-

 


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə