Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə42/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   113

nömrəli; 1 oktyabr 2007-ci il tarixli, 424-IIIQD nömrəli; 19 

oktyabr  2007-ci  il  tarixli,  458-IIIQD  nömrəli;  19  oktyabr 

2007-ci  il  tarixli,  462-IllQD  nömrəli;  7  dekabr  2007-ci  il 

tarixli, 504-IIIQD nömrəli; 7 dekabr 2007-ci il tarixli, 510- 

IIIQD  nömrəli;  1  fevral  2008-ci  il  tarixli,  536-IIIQD 

nömrəli;  12 fevral  2008-ci  il tarixli,  546-IIIQD nömrəli;  1 

aprel 2008-ci il tarixli, 579-IIIQD nömrəli; 2 iyun 2008-ci il 

tarixli, 624-IITQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 638- 

IIIQD  nömrəli;  13  iyun  2008-ci  il  tarixli,  648-IIIQD 

nömrəli;  13  iyun  2008-ci  il tarixli,  649-IIIQD  nömrəli;  24 

iyun 2008-ci il tarixli, 654-IIIQD nömrəli qanunlara əsasən 

dəyişikliklər və əlavələrlə. 



-

147

-

 


§5.

 

DÖVLƏT

 HAKIMIYYƏTI

 

ORQANLARINDA

 

İDARƏ,

 

TƏŞKİLAT

 

VƏ 

MÜƏSSİSƏLƏRİNDƏ

 

KARGÜZARLIĞIN 

APARILMASINA

 

DAİR

 

TƏLİMAT 

Kargüzarlıq haqqında anlayış 

İdarəetmə  aparatında  iş  proseslərinin  gedişi  kargü- 

zarhq əməliyyatlarında əks olunur.  İdarə  aparatı  işçilərinin 

işinin  təşkilində  kargüzarlığm  düzgün  qurumasının  böyük 

əhəmiyyəti  vardır.  Çoxlu  sayda  yazışmaların  aparılması 

kargüzarlığm  səmərəli  təşkil  olunmasını  qarşıya  qoyur, 

“kargüzarlıq”  anlayışı  dedikdə  dövlət  aparatında  və 

müəssisələrdə  sənədlərlə  işləmə  prosesi,  sənədlərin 

hazırlanması, onların qəbulu, təsnifatı, icra üçün verilməsi, 

icrasına  nəzarətin  aparılması  sənədlərin  saxlanılması  kimi 

başa düşülür. 

“Kargüzarlıq” sözü “kar”-iş, “güzar”- görmək, yəni 

idarəetmədə dəftərxana işlərini görmək sözündən ibarətdir. 

İdarələrdə  kargüzarlıq  əməliyyatlarının  aparılması 

xüsusiyyətləri üzrə kargüzarlıq iki növə bölünür: 

1.

 

İnzibati kargüzarlıq 

2.

 

Xüsusi kargüzarlıq 

İnzibati kargüzarlıqda sənədləşdirmə idarəetmənin 

inzibati  fəaliyyətini  bilavasitə  özündə  əks  etdirir.  Bütün 

idarələrdə  bu  növ  kargüzarlıq  idarənin  fəaliyyətindən  asılı 

olmayaraq  eyni  formada  təşkil  olunur.  Bunu  nəzərə  alaraq 

idarəetmə  ilə  müdiriyyətlə  əlaqədar  inzibati  sənədlərin 

tərtibi,  göndərilməsi,  qeydiyyatı,  icrasına  nəzarət  və 

onlardan  istifadə  etmək  dəftərxanaya  və  kargüzara  həvalə 

edilir. 


148

-

 


Xüsusi  kargüzarlıqda  idarənin  öz  xüsusiyyətinə 

uyğun  olaraq  sənədləşdirmə  aparılır.  Bura  mühasibat, 

notariat,  maliyyə,  məhkəmə,  istintaq,  sosial  təminat, 

statistika, uçot, kommersiya sahəsi üzrə kargüzarlıq daxildir. 

Bu  növ  kargüzarlıq  bilavasitə  bu  işlərlə  məşğul  olan 

əməkdaşların  fəaliyyəti  ilə  bağlıdır.  Xüsusi  kargüzarhğın 

fərqləndirici cəhəti sənəd formalarının, nomenklaturasının və 

onların  hazırlanmasının  müxtəlif  olmasıdır.  İnzibati  və 

xüsusi kargüzarlıq idarəetmədə bir-birini tamamlayır. 

Kargüzarhğın  düzgün  təşkili  gələcəkdə  sənədlərdən 

istifadə  olunmasına  zəmanət  verir.  Kargüzarlıq  işi  elmi 

əsaslar üzərində düzgün qurularsa, heç bir rəsmiyyəçiliyə və 

süründürməçiliyə yol verilməz. 

Sənəd haqqında anlayış 

Müasir  işgüzar  dünyanı  böyük  informasiya  axını 

olmadan təsəvvür etmək mümkün deyildir. Bu məlumatların 

Bu  məlumatların  çatdırılması  sənədlər  üzərində  aparılır  ki, 

bu  da  müxtəlif  növlü  sənədlərin  hazırlanmasına  gətirib 

çıxarır. Sənədin köməkliyi vasitəsi ilə məlumatlar saxlanılır 

və təyinatı üzrə çatdırılır. 

Sənəd  insan  fikrindən  yaranan  məlumatların, 

hadisələrin, faktların hər hansı bir xüsusi materiallar üzərində 

qeyd olunmasıdır. Sənəd xüsusi materialda faktlar, hadisələr, 

obyektiv  həqiqət  halları  və  insanın  təfəkkür  fəaliyyəti 

haqqında  məlumatı  müxtəlif  üsullarla  möhkəmləndirib, 

daşıyan vasitədir. Sənəd idarəetmənin bütün mərhələləri və 

təsərrüfatın idarə edilməsi üçün məlumat mənbəyidir. 

Sənəd  sözü  (ərəb  dilindən  götürülüb)  sübut,  dəlil 

deməkdir,  başqa  sözlə,  bir  şeyi,  faktı  təsdiq,  bir  şeyə  olan 

hüquqi sübut edən rəsmi kağızdır. 

-

149

-

 



Sənəd formaları  müəyyən qaydada tərtib olunmuş, 

hüquq normasına cavab verən, özündə müəjo^ən məlumatı 

əks etdirən yazılardır. Sənəd növlərinin köməyi ilə idarə və 

təşkilatın  bütün  fəaliyyətini  təhlil  etmək  olar.  Buna  görə 

mümkündür  ki,  idarə  və  təşkilatların  bütün  fəaliyyətləri 

sənədlərdə əks olunsun. 



Sənədlərin yazılış qaydaları 

Dövlət  orqanlarında,  idarələrdə  və  bələdiyyələrin 

fəaliyyətində  sənədlərin  yaranmasının  hüquqi  əsasları 

aşağıdakılardır; 

/. Azərbaycan Respublikasının qanunları, prezidentin 

fərman  və  sərəncamları,  Milli  Məclisin  qərarları.  Nazirlər 

Kabinetinin qərar və sərəncamları; 

2.

 

Yuxarı orqanların konkret tapşırıqları; 



3.

 

Həvalə  edilmiş  vəzifələrin  idarələr  tərəfindən 

onların  səlahiyyətlərinə  uyğun  olaraq  yerinə  yetirilməsi 

məqsədi  ilə  icra  və  sərəncam  fəali^/yətinin  həyata 

keçirilməsi; 

4.

 

İdarə  aparatının  işini  hüquqi  cəhətdən  tənzim 

etmək zərurəti

Xidməti  sənədlər  tərtib  edilərkən  və  rəsmi  şəklə 

salınarkən  onların  üzərində  rekvizitlər  tələbata  uyğun 

yazılmalıdır. Sənədlər aydın, qısa və savadlı tərtib edilməklə 

gələcəkdə  əlavə  yazışma  aparmaq  lüzumunu  aradan 

qaldırmağı  təmin  edəcək  dərəcədə  tam  və  obyektiv 

olmalıdır.  Sənədlər  əl  ilə,  texniki  vasitə  ilə  və  ya  qarışıq 

üsullarla  tərtib  edilə  bilər.  Sənədlər  hissələri  yazılarkən 

abzasdan başlamalıdır. Mətni tərtib edən əl yazısının birinci 

səhifəsinin üzərində sol tərəfdə yazının neçə nüsxədən ibarət 

yazılmasını göstərməlidir. 

-

150

-

 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə