Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə43/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   113

idarənin mətbəə və kompüter üsulu ilə hazırlanan 

blanklarmda aşağıdakı daimi rekvizitlər və məhdudlaşdırıcı 

nişanlar göstərilməlidir, dövlət gerbi

idarənin və müəssisənin embleması; 

Azərbaycan Respublikasının azərbaycan və lazım 

gələrsə ingilis dilində tam və ya qısa şəkildə adı; 

idarənin, müəssisənin azərbaycan və lazım gələrsə ingilis 

dilində tam və ya qısaldılmış şəkildə adı; ünvanın, 

sərlövhənin, çapa başlanmasının və nəzarət haqqında 

qeyd yazılmasının nişanları; 

Xarici sənədlərdə (məktublarda, məlumat xarakterli 

arayışlarda, məlumat vərəqələrində) ünvan sahibi göstərilir. 

Sənədlərin  üstündə  ünvan  yazılarkən  aşağıdakı  qaydalara 

əməl edilməlidir; 

-

 

sənədlərin  idarələrin,  müəssisələrin  və  təşkilatların 



quruluş bölmələrinin və ya vəzifəli şəxslərin uyğun ünvanına 

yazılmalıdır; 

-

 

idarənin  və  onun  quruluş  bölmələrinin  adı,  sənəd 



vəzifəli  şəxsə  göndərildikdə  idarənin  adı,  ünvan  sahibinin 

vəzifəsi və soyadı yazılır; 

Əgər sənəd xüsusi şəxsə göndərilirsə, əvvəlcə ünvan 

sahibinin poçt ünvanı bütünlüklə, sonra soyadı yazılmalıdır; 



§5.l.Kargüzarlıq işçilərinin ümumi vəzifələri 

Azərbaycan 

Respublikasının 

“Dövlət 


qulluğu 

haqqında” qanununda qulluqçuların vəzifələri, hüquqları və 

məsuliyyəti  göstərilmişdir.  Bu  qanun  dövlət  qulluğu 

sahəsindən dövlətlə dövlət qulluqçuları arasında yaranan 



-151  


münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə 

bağlı olan məsələləri tənzimləyir. 

Dövlət  qulluğu  vəzifəsi  dövlət  orqanının  normativ 

aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə 

uyğun olan struktur vahididir. Həmin vəzifəni tutan şəxsin 

səlahiyyəti  və  funksiyalarının  hüdudları  həmin  orqanın 

səlahiyyətindən asılı olaraq müəyyən edilir. Qanuna əsasən 

dövlət  qulluqçusu  müəyyən  edilmiş  qaydada  maaşlı  (maaş 

yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu 

vəzifəsini  tutan  və  Azərbaycan  Respublikasına  sadiq 

olacağına 

and 


içən 

Azərbaycan 

Respublikasının 

vətəndaşıdır. 

Kargüzarlıq 

xidməti 


işçiləri 

bütün 


dövlət 

orqanlarında fəaliyyət  göstərir. Bunlar aşağıdakı əlamətləri 

üzrə aydınlaşdırılır: 

-digər əsas funksiyalarla məhdudlaşaraq öz kargü- zarlıq 

lünksiyalanm yerinə yetirirlər ; 

-vəzifədə göstərilən işlərin siyahısına əsasən 

funksiyalarını icra edirlər; 

-bunların bütün hüquq və vəzifələri müəyyənləşdirilir; -öz 

vəzifələrinin icrası üzrə cavabdehlik daşıyır. 

İdarəetmədə  kargüzarlığın  roluna  görə  bütün  dövlət 

orqanlarında işləyən qulluqçular aşağıdakı qruplara bölünür: 

1.

 



Əsas  vəzifəsi  kargüzar  olmayan,  lakin  bu 

əməliyyatla  əlaqədar  iş  aparan  qulluqçular  (müəssisənin 

rəhbəri, mütəxəssislər və s.) 

2.

 



Kargüzarlıq üzrə ixtisaslaşdırılmış texniki qulluqçular 

(katiblər , operatorlar və s.); 



-

152

-

 


3.

 

Kargüzarhğı  təşkil  edənlər  (dəftərxana  rəhbəri, 



müfəttişlər və s. ;). 

Kargüzarhq işçiləri və qulluqçularının vəzifələri vahid 

vəzifə  nomenklaturası  ilə  müəj^ən  edilir.  Qulluqçuların 

vahid  vəzifə  nomenklaturasına  əsasən  müəssisədə 

kargüzarhq  xidməti  işçilərinin  vəzifələri  aşağıdakı  kimi 

müəyyən edilir ; 

-

 

dəftərxana müdiri ; 



dəftərxana müavini; 

katiblik; 

rəhbərin köməkçisi 

kollegiyanın katibi ; 

metodist; arxiv 

müdiri; ekspertiza 

müdiri; redaktor

-

 



korrektor

müfəttiş; 



katib-stenoqrafıst; 

katib -kargüzar; 

operator; 

kuryer-menecer. 

Dövlət  qulluğu  vəzifələri  həmin  vəzifələrin 

funksiyalarının 

məzmunundan, 

səlahiyyətlərinin 

mənbəyindən  və  tutulması  üsullarından  asılı  olaraq  siyasi, 

inzibati və yardımçı vəzifələrə bölünür. 



Dəftərxana müdiri- dəftərxananın fəaliyyətinə ümumi 

rəhbərlik  edir,  müəssisənin  rəhbəri  və  müavinləri  üçün 

məlumatlar  və  müxtəlif  hesabatlar  hazırlayır,  kargüzarhq 

əməkdaşlarının işini təşkil edir, məktub və yazışmaları 



-

153

-

 


yoxlayır və gözdən keçirir. Bütün kargüzarlıq işçiləri ona 

tabedirlər. 



Rəhbərin  köməkçisi  -  işlərin  ötürülməsində  və  əsas 

fəaliyyətinin  bütün  sahələrində  rəhbərə  köməklik  edir. 

Müxtəlif  məsələlər  barəsində  qumluş  bölmə  işçilərinin 

köməyi  ilə  məruzələr  hazırlayır;  rəhbərin  ayrı-ayrı 

tapşırıqlarını  həyata  keçirir.  Dövlət  qulluqçuları  siyasi 

vəzifəyə  təyin  ediləndən  və  ya  seçiləndən  sonra  özlərinə 

müşavir, köməkçi və katib işə götürə bilər. 

Kollegiyanın  əsas  təşkilati  fəaliyyətini  seçilmiş 

kollegiya  katibi  həyata  keçirir.  Kollegiyanın  katibi  

kollegiyanı  lazımi  məlumatlarla  sənədlərlə  təmin  edir, 

kollegiyanın  gündəliyini  və  dəvət  olunanların  siyahısını 

təsdiq  etmək  üçün  müəssisənin  rəhbərinə  təqdim  edir, 

müşavirənin  protokolunu  tərtib  edir  və  rəsmiləşdirir, 

kollegiyada  müzakirə  etmək  üçün  qərarların  redaktə 

olunmuş  sonuncu  layihəsini  hazırlayır  və  onların  yerinə 

yetirilməsinə nəzarət edir. 

Metodist  -  mövcud  texniki  təşkilat  vasitələrindən 

istifadə  edərək,  kargüzarlıq  işinin  mexanikləşdirilməsi  və 

onun  səmərəliləşdirilməsi  məsələləri  ilə  məşğul  olur.  Hər 

rübdə bir dəfə quruluş və tabelikdə olan bölmələrin kargü- 

zarlıq  işini  yoxlayır  və  ona  nəzarət  edir.  Kargüzarlıq 

işçilərinin ixtisaslarını təkmilləşdirmək üçün metodiki işləri 

aparır  kargüzarlıq  haqqında  seminarlar,  mühazirələr  təşkil 

edir və təlimatlar işləyib hazırlayır. 

İdarələrdə  sənədlərlə  işin  çevikliyindən  ötrü  idarə 

arxivləri  formalaşdırılır.  Arxivlərə  vahid  ixtisas  kitabına 

əsaslanaraq,  vəzifələr  müəyyən  edilməklə  arxiv  müdiri 

rəhbərlik edir. Arxiv müdiri müəssisədə arxiv işlərini 



-

154

-

 


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə