Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə45/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   113

xidməti  sənədlər  mürəkkəblə,  səliqəli  və  aydın  tərtib 

edilməlidir.  Sənədlərin  hissələri  yazılarkən  abzasdan 

başlamalıdır. Mətni tərtib edən əl yazısının birinci səhifəsinin 

üzərində sol tərəfdə yazının neçə nüsxədən ibarət yazılmasını 

göstərməlidir. 

Maliyyə,  istintaq  məhkəmə,  statistika,  vergi 

sənədləri və başqa xüsusi sənədlər qüvvədə olan qanunlara 

və əsasnamələrə uyğun surətdə hazırlanıb tərtib edilməlidir. 

İdarələrin  mətbəə  və  kompüter  üsulu  ilə  hazırlanan 

blanklarmda aşağıdakı daimi rekvizitlər və məhdudlaşdırıcı 

nişanlar göstərilməlidir: 

-dövlət gerbi ; 

-idarənin və müəssisənin embleması; 

-Azərbaycan Respublikasının Azərbaycan və lazımi 

hallarda ingilis dilində a d ı ; '  

-idarənin, müəssisənin Azərbaycan və lazım gələrsə, 

ingilis dilində tam və ya qısa şəkildə adı; 

-ünvanın,  sərlövhənin,  çapa  başlanmasının  və 

nəzarət haqqında qeyd yazılmasının nişanları. 

Xaric  sənədlərdə  (məktublarda,  məlumat  xarakterli 

arayışlarda,  məlumat  vərəqlərində)  ünvan  sahibi  göstərilir. 

Sənədlərin  üstündə  ünvan  yazılarkən  aşağıdakı  qaydalara 

əməl edilməlidir: 

1.

 



Sənədlər  idarələrin,  müəssisələrin  və  təşkilatların 

quruluş  bölmələrinin  və  ya  vəzifəli  şəxslərin  ünvanına 

yazılmalıdır, məsələn : 

Azərbaycan 

Respublikası Təhsil 

Nazirliyinə (və ya nazir 

M.M cənaba) 

-158  



2.

 

İdarənin  və  onun  quruluş  bölməsinin  adı,  sənəd 



vəzifəli  şəxsə  göndərildikdə  idarənin  adı,  ünvan  sahibinin 

vəzifəsi və soyadı yazılır. • 

3.

 

Əgər  sənəd  xüsusi  şəxsə  göndərilirsə,  əvvəlcə 



ünvan  sahibinin  poçt  ünvanı  bütünlüklə,  sonra  soyadı 

yazılmalıdır. 



Bakı ş,, Babək küç ev 14, mənzil 01 

cənab (sakini) Ə.Ə. Məmmədova 

4.

 



Sənəd  dörddən  artıq  ünvanı  əhatə  etməməlidir. 

Sənəd  dörddən  artıq  ünvana  göndərildikdə  isə  hər  nüsxədə 

ancaq biri (göndərilən ünvan ) yazılmalıdır. Sənəd iki - dörd 

ünvana  göndərilərkən  ünvan  sahiblərindən  əvvəl  “surəti” 

sözü yazılmır. 

Sorğuya  cavab  verilərkən  cavab  məktubunun 

əvvəlində hansı sorğuya cavab verilməsi, sorğunun tarixi və 

nömrəsi göstərilməlidir. 

Göstərilən  sənəd  digər  sənədlər,  kağızlar  əlavə 

edildikdə  göndərmə  məktubunda  “qoşma”  sözündən  sonra 

əlavə  edilmiş  sənədlərin  adı,  sayı,  həmçinin  daxil  olma  və 

göndərilmə  nömrələri  göstərilməlidir.  Qoşma  qeydij'yatı 

mətnin  altında  üç  intervalla  yazılır  və  əlavə  olunan  sənəd 

göstərilir. 

Sənədlər  hazırlandıqda  onun  imza  edilməli  yerinin 

yanında  imza  edən  şəxsin  adı  və  soyadı  aydın  olaraq  yazı 

kompüterdə  və  ya  əl  ilə  yazılır.  Vərəqənin  o  biri  tərəfinin 

aşağı  hissəsində  sənədin  icrası  tarixi  və  imza  qoyulur. 

Göndərilən  hər  bir  sənədin  surəti  olmalıdır.  Sənəd  imza 

edildikdən sonra surəti işə tikilir. Xidməti sənədlər bir 



-

159

-

 


qayda  olaraq  vəzifəli  şəxs  tərəfindən  imzalanır.  İdarə, 

müəssisə  və  təşkilatlarda  müvəqqəti  olaraq  vəzifəli  şəxs 

olmadıqda arayış - məlumat və xidməti yazışmalara vəzifəli 

şəxsi  əvəz  etmək  hüququ  verilmiş  tərəfindən  imza  edilir. 

Sənədin  bütün  göndərilən  nüsxələrinə  imza  edilməlidir. 

Xidməti  sənədlər  aydın,  ixtisar  olunmadan  və  əlavə 

cızmalarsız imza edilməlidir. Sənədlərin  göndərilmə tarixi, 

lazım  olduqda  “şəxsən”  və  ya  “təcili”  sözləri  sənədi  imza 

edən  şəxs  tərəfindən  yazılır,  sənədin  göndərildiyi  ayın  adı 

hərflə, il və gün isə say rəqəmilə göstərilməklə yazılır. 

Sənədin  birinci  nüsxəsində  imza  edilərkən  düzəliş 

aparılsa, icraçı təcili olaraq digər nüsxələrdə də eyni düzəliş 

aparır.  İmza  edilmiş  sənədlərdə  bu  və  ya  digər  düzəliş 

aparılması  qadağandır.  Gerbli  möhür  ilə  təsdiq  edilmiş 

sənəddə silmə və ya digər formada düzəliş aparmağa icazə 

verilmir. 

Sənədlərin  hazırlanması  və  rəsmi  şəklə  salınması 

üçün  iki  formatlı  blankdan  “A4”  (210x297mm)  və  “A5” 

(210xl48mm)  formatlarından  istifadə  edilir.  Sənəd 

dövriyyəsi çox olan idarələrdə ayrı-ayrı sənəd növləri üçün 

blanklar  tərtib  edilir,  bunların  üzərində  mətbəə  üsulu  ilə 

sənəd növünün adı yazılır, məsələn, qərar, qətnamə, əmr və 

i.a.  Blanklarda  hər  biri  üçün  rekvizitlərin  iki  variantda 

yerləşdirilməsinə yol verilir; küncdə və uzununa . 

Sənəd  dövlət  dilində  tərtib  edilir  və  “Dövlət  dili 

haqqında” qanunla tənzimlənir. Beynəlxalq əlaqələrlə bağlı 

olan sənədlər xarici dildə də tərtib edilə bilər. 

Sənədlərin  blanklan bir  nömrəli ağ  yazı  kağızından 

hazırlanmalıdır. Müstəsna hallarda ancaq rəngli, zəif boyalı 

kağız işləməyə yol verilir. Blanklann bütün ünsürləri 



-

160

-

 


(rekvizitləri) qara və digər rəngdə çap edilə bilər. Kollegial 

orqanların qərarları, icra aparatının iclaslarının protokolları 

və  qərarları,  nazirliklərin  əmrləri,  qərarları,  sərəncamları, 

məktubları,  digər  idarələrin  əmrləri  və  məktubları  xüsusi 

olaraq mətbəə üsulu ilə hazırlanmış blanklarda rəsmi şəkilə 

salınır. 

İdarələrdə  tez-tez  təkrarlanan  birtipli  sənədlər 

(bildiriş,  məktub  və  s.)  tərtib  edilərək,  mətbəə  üsulu 

hazırlanan trafaret mətnli blanklar tətbiq edilə bilər. 

Sənədlər  hazırlanarkən  və  rəsmi  şəklə  salınarkən 

aşağıdakı  tələblərə  mütləq  əməl  edilməlidir;  müəllif  olan 

idarənin  göstərilməsi  (bir  qayda  olaraq  sənədin  r  .blankla- 

rında  əks  etdirilir)  sənəd  növünün  adı,  başlığının  tərtib 

edilməsi;  ünvan  yazılması  və  tarix  qoyulması,  mətnin 

razılaşdırılması  hüdudunda  qeydlər  yazılması,  təsdiq 

edilməsi (imzalanması, möhür \oimlmasi), sənədin hərəkəti 

və  icrası  haqqında  qeydlər  yazılmalıdır.  Bütün  xidməti 

sənədlər düzgün tərtib edilməli, mətnləri qısa, dəqiq olmalı, 

müxtəlif şərhlərə yol verilməməlidir. 

Sənədlərin  mətnləri  iki  hissədən  ibarət  olmalıdır. 

Birinci hissədə sənədin  hazırlanması üçün əsas götürülmüş 

faktların  və  hadisələrin  təsviri  verilir.  İkinci  hissədə 

nəticələr,  təkliflər,  qərarlar,  sərəncamlar  və  xahişlər  ifadə 

edilir. 


Sənədin yaranması üçün başqa sənəd əsas ola bilər. 

Belə olduqda birinci hissədə bu sənədin hazırlanması üçün 

əsas  götürülmüş  sənədin  növünün  adı,  nömrəsi,  tarixi  və 

mətnin  başlığı  göstərilir.  İkinci  hissədə  mətn  hərəkətlərin 

xarakterinə, icraçılara, müddətlərə  görə və başqa  prinsiplər 

əsasında bəndlərə bölünə bilər. 



-

161

-

 


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə