Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə46/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   113

Ayn-ayn hallarda sənədin mətni təkcə son hissədən: 

giriş hissəsi olmadan sərəncam hissəsindən - əmrlərdən, izah 

olmadan  xahiş  məktublarından  və  s.  ibarət  ola  bilər.  Bir 

hissədən  ibarət  olan  sənədlərdə  birinci  cümlədə  sənədin 

meydana  gəlməsinin  əsaslandırılması  və  səbəbləri,  ikinci 

cümlədə qərar, sərəncam, xahiş olmalıdır. Funksional vəhdət 

təşkil  edən  müxtəlif  sənədləri  daim  məlumatlardan  ibarət 

olan  böyük  həcmli  sənədlərin  (məruzələrin,  icmalların, 

hesabatların  və  s.)  mətnləri  tərkib  hissələrinə-bölmələrə, 

yarımbölmələrə, bəndlərə, yarımbəndlərə bölünə bilər. 

Mətnin hər tərkib hissəsi dövlət standartına görə ərəb 

rəqəmləri ilə nömrələnir. Hər hissənin nömrəsinə bölgünün 

daha yüksək dərəcələrinə aid tərkib hissələrinin bir-birindən 

nöqtə  ilə  ayrılan  nömrələri  daxil  olmalıdır.  Məsələn, 

bölmənin  nömrəsi  bir  rəqəmdən  (1,  2,  3  və  s.), 

yarımbölmələrin  nömrəsi  isə  bölmə  nömrəsindən  və 

yanmbölmənin sıra nömrəsindən ibarətdir. Bəndin nömrəsi 

müvafiq  surətdə  bölmənin,  yanmbölmənin  və  bəndin 

nömrələrindən ibarət olmalıdır: 1.2.1, 1.3.2 və s. Daha xırda 

bölgüdə də nömrələnmənin eyni prinsipi saxlanılır. 

Sənədlərin  mətnləri  vahid  şəklə  salına  bilər. 

Mətnlərin  vahid  şəklə  salınması  tam  oxşar  və  daim 

təkrarlanan  məlumatlı  sənədlər  üçün  dil  trafaretlərinin 

işlənib  hazırlamasından  ibarətdir.  Sənədlərin  ayrı-ayrı 

cümlələri, mətn hissələri, bütöv mətnləri vahid şəkildə verilə 

bilər. 


Sənədin  hazırlanmasında,  düzgün  tərtibində, 

məzmununun  şərhində  və  üslubunda  cavabdeh  olan  icraçı 

əsas  rol  oynayır.  İcraçı  tapşırığın  vaxtında  və  keyfiyyətlə 

yerinə yetirilməsi üçün məsulİ

5

^ət daşıyır. Normativ və 



-

162

-

 


sərəncam sənədləri hüquq şöbəsinin iştirakı ilə hazırlanarkən 

onlar da həmin sənədlərə razılıq verirlər. 

Sərəncam  sənədlərinin,  məktubların,  arayışların, 

məlumat vərəqələrinin başlığı maksimum qısa, dəqiq olmalı 

və “nə haqqında” sualına cavab verməklə feli ismin köməyi 

ifadə  edilməlidir:  “ciddi  nöqsanlar  haqqında  ”,  tədbirləri 

haqqında”, “... yerinə yetirilməsi haqqında”. 

Bütün sənədlərə mütləq tarix qoyulmalıdır. Sənədin 

imzalanmasının,  təsdiq  edilməsinin  və  onda  qeyd  olunmuş 

hadisənin  tarixi  sənədin  tarixidir.  Məsələn,  əmrin  və 

məktubun  imzalanmasının  tarixi  onların  tarixidir;  iclas 

keçirilməsinin və akt tərtib edilməsinin tarixi akt protokolun 

tarixidir; hesabatın və təsdiq edilməli olan başqa sənədlərin 

təsdiq olunmasının tarixi onların tarixidir. Tarixin tərkibinə 

gün, ay söz ilə və il ərəb rəqəmi ilə (10 noyabr 2002), ya da 

ancaq  ərəb  rəqəmi  ilə  (10.09.2002).  Əgər  gün  və  ayın 

nömrəsi  bir  rəqəmdən  ibarətdirsə,  onların  qabağında  sıfır 

yazılır  (01.09.).  İşi  ifadə  edən  rəqəmlərdən  sonra  “il”  sözü 

yazılmır.  Bəzi  sənədlərdə  tarix  sözlərlə  yazılır,  məsələn, 

VVAQ orqanlarının sənədlərində. 

Xidməti  sənədlərə  viza  qoyulur,  onlar  imzalanır, 

razılaşdırılır  və  təsdiq  edilir.  Qərarların,  sərəncamların, 

əmrlərin  layihələrində  icraçı  tərəfindən  birinci  nüsxədə 

mətndən  və  imzadan  aşağıda  viza  qoyulur.  Xaric 

sənədlərində 

(arayışlarda, 

məlumat 

vərəqlərində, 

məktublarda ) vizalar idarədə qalan nüsxədə qoyulur. 

Vizanın  tərkibinə  aşağıdakılar  daxildir:  viza  verən 

şəxsin vəzifəsi onun şəxsi imzası, imza şifrinin açılması, tarix 

və  sənədlə  əlaqədar  qeydlər.  Bu  zaman  rekvizit  aşağıdakı 

şəkli alacaqdır: 

-

163

-

 



Baş mühasib 

(imza ) İ.Ə. Musayev 

25.11.2012 

Qeydlər əlavə olunur. 

Sənəd razılaşdırılarkən razılaşdırılma qrifı arayış ilə 

və  ya  kollegial  orqanların  iclasında  sənəd  layihəsi 

müzakirəsinin 

protokolunun 

təqdim 


edilməsi 

ilə 


rəsmiləşdirilir.  Razılaşdırma  qrifı  sənədin  titul  vərəqəsinin 

yuxarı sol küncündə yerləşdirilir. 

Razılaşdırma  qayəsi  (qrifı)  iki  üsulla  aşağıdakı 

qayda ilə yazılır: 



RAZILAŞDIRILIB 

Azərbaycan Respublikasının Maliyyə Naziri 

(imza) soyadı və adı, atasının adının baş hərfləri 

(tarix) 

Sənədin  rəsmi  xarakter  və  hüquqi  qüvvəyə  malik 

olması  məqsədi  ilə  mütləq  təsdiq  etmək  lazımdır.  Təsdiq 

etmənin əsas üsulları aşağıdakılardır: imzalamaq, təsdiq edib 

möhür vurmaq . Məsələn : 

TƏSDİQ EDİRƏM 

Kollecin direktoru 

(imza )Mahmudov M.Ə. 

15.2.

 

13. 

Sənəd  sərəncamverici  aktla  və  ya  protokolla 

təsdiqlənirsə, onda belə yazılır: 

-

164

-

 



TƏSDİQ EDİLMİŞDİR 

(sənəd növünün adı 

birgəlik halda) (tarix) № 

Təsdiq  edilməli  sənədlər  təsdiq  edildiyi  vaxtdan 

etibarən  hüquqi  qüvvəyə  malik  olur.  Bir  qayda  olaraq 

aşağıdakı sənəd növləri təsdiq edilir: 

-

 

əsasnamələr; 



-

 

nizamnamələr; 



-

 

struktur və ştat cədvəlləri



-

 

yoxlama xarakterli aktlar ; 



işlərin qəbulu və təhvili aktları; 

ayrı-ayrı protokol növləri. 

Əgər bir sənəd iki və daha artıq eyni vəzifəyə malik 

olan şəxslər tərəfindən təsdiq edilirsə, onda təsdiqetmə belə 

yazılır: 

TƏSDİQ EDİRƏM 

Əmək və Əhalinin Sosial 

Müdafiəsi Naziri 

(adı, soyadı) 

00

.

00.00

 №

 

TƏSDİQ  EDİRƏM 

Maliyyə  Naziri 

(adı, soyadı) 

00

.

00.00

 №

 

Əsilliyi xüsusi olaraq təsdiq edilməli sənədlərə imza 

qoyulmasından sonra möhür vurulur. Təsdiq möhürü maddi 

-maliyyə  xarakterli  sənədlərə,  arayışlara,  vəsiqələrə, 

əsasnamələrə,  nizamnamələrə,  əmək  kitabçalarına,  bəzi 

aktlara,  habelə  lazımi  hallarda  başqa  sənədlərə  vurulur. 

Möhürün təsviri vəzifə adının və şəxsi imzanın üstün 

-

165

-

 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə