Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə47/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   113

tutmalıdır.  Bir  qayda  olaraq,  sənədin  birinci  nüsxələri 

imzalanır.  Sənədin  imzalanmasında  onu  imza  edən  şəxsin 

vəzifəsi, adı, atasının adı, soyadı, şəxsin imzası və imza qrifı 

olmalıdır. 

Əgər sənəd blankda tərtib edilmişdirsə, sənədi 

imzalamış şəxsin vəzifəsi natamam şəkildə göstərilir. Məsələn: 



İdarə rəisi 

(imza) 

S.Ə.Kərimov. 

Əgər sənəd blankda tərtib edilməmişdirsə, sənədi imzalamış 

şəxsin vəzifəsi tam şəkildə göstərilir. Məsələn : 

Biləsuvar rayonu 

İcra Hakimiyyətinin başçısı 

(imza) V.M.Əliyev 

Bəzi  hallarda sənədi vəzifə səlahiyyətinə malik  olan 

eyni idarədə işləyən bir neçə vəzifəli şəxs də imzalayır. Onda 

imza rekviziti tutduğu vəzifəyə uyğun olaraq yerləşir: 



Direktor Baş 

mühasib 

K.N. Əsədov Ə.X. 

Məmmədov 

Əgər eyni vəzifəyə malik olan vəzifəli şəxslərdirsə, 

onda imza rekviziti sənəddə paralel yazılır: 

Şöbə müdiri 

K.A.Məmmədov 

Şöbə  müdiri 

S.S.Salmano

Protokollar, qərarlar (sədr və katib) və maliyyə sənədləri 

iki  imza  ilə  rəsmiləşdirilir.  Bu  hallarda  imzalar  şəxslərin 

tutduğu vəzifələrə uyğun olan ardıcıllıqla yazılır. 



-

166

-

 


Komissiyanın  tərtib  etdiyi  sənədlər  imzalanarkən 

sənədi tərtib etmiş şəxslərin vəzifələri deyil, komissiya üzvləri 

arasında vəzifələrin-bölgüsü göstərilir

Komissiyanın sədri 

Komissiyanın üzvləri : 

(imza) S.Ə. Kərimov 

(imzalar və əlifba sırası ilə 

soyadların şifrinin açılması). 

Sənədlərdə əlavələrin üç növü ola bilər: 

1.

 

Müvafiq sərəncam sənədləri ilə təsdiq edilən və 



ya qüvvəyə mindirilən əlavələr

2.

 



Əsas  sənədin  məzmununu  izah  edən  və  ya 

tamamlayan əlavələr; 

3.Müstəqil  sənəd  olan,  qoşma  məktubla  birlikdə 

göndərilən  əlavələrdə  zəruri  olan  ünsürlərin  hamısı  (adı, 

başlığı,  məzmunu  üçün  məsul  olan  şəxslərin  imzalan, 

razılaşdırma, təsdiqetmə haqqında qeydlər və s.) olmalıdır. 

Sərəncam sənədinin mətnində adı çəkilən , lakin 

həmin sənədlə təsdiq edilməyən əlavələrdə birinci vərəqənin 

yuxarı sağ küncündə aşağıdakı formada qeyd olunur: Sərəncam 

sənədinin mətnində adı çəkilən, lakin həmin sənədlə təsdiq 

edilməyən əlavələrdə birinci vərəqənin yuxan sağ küncündə 

aşağıdakı formada qeyd olunur: 



(sərəncam sənədinin tam şəkildə adı) 

əlavə 

(tarix) № 

(sənədin indeksi) 

-

167

-

 


Sərəncam  sənədində  bir  neçə  əlavə  olduqda  onların 

sıra nömrələri yazılır: “1-ci əlavə” , “2-ci əlavə ” və s. 

Sənədlərdə  (qərar  və  əmrlərdən  başqa)  mətndə  adı 

çəkilən əlavələr vardırsa, əlavənin mövcudluğu haqqında qeyd 

mətndən  aşağıda,  sənədin  imzasından  qabaq  aşağıdakı 

formada tərtib edilir: 



Əlavə : 

vərəq, 

nüsxə 

Əgər  sənədin  mətində  adı  çəkilməyən  əlavələr 

vardırsa,  onların  adlan  hər  əlavədə  vərəqlərin  və  nüsxələrin 

miqdarı göstərilməklə sadalanır. 



Məsələn, 

Əlavə: 1. 2001-2002-ci illərə aid daimi saxlanan işlərin 

siyahısı -6 vərəq , 4 nüsxə 

2.

 



2001-2002-ci  illərə  aid  vaxtı  keçmiş 

sənədlərin  məhv  edilmək  üçün  ayrılması  haqqında  akt  -  5 

vərəq , 4 nüsxə 

Əsas sənədə əlavə olan sənəd əlavə edilirsə, əlavənin 

mövcudluğu haqqında qeyd aşağıdakı formada tərtib edilir: 

Əlavə : (sənəd nö\dinün, təşkilatın və ya müəllifin adı, 

sənədin tarixi və indeksi) və ona əlavə : cəmi ... vərəq. 

Əlavənin  mövcudluğu  haqqında  qeydə  əlavə  uçot 

göstəriciləri  ola  bilər.  Əgər  əlavələr  kitab  şəklində 

bağlanmışdırsa, vərəqlərin miqdarı göstərilir. 

Sənədlərin  əslində  uyğun  olaraq  onların  surətləri 

verilir.  İdarələrdə  çalışan  işçilər  özlərinə  aid  olan  şəxsi 

sənədlərin (təhsil haqqında diplomun, əmək kitabçasının, 

-

168

-

 



doğum  haqqında  şəhadətnamənin  və  digərlərin)  surətlərini 

idarə  rəhbərliyində  təsdiq  etdirə  bilərlər.  Xüsusi  hallarda 

qanunçuluğun  tələblərinə  uyğun  olaraq  sənədlərin  surəti 

ancaq notariusda təsdiq edilə bilər. 

İdarələrdə  sənədlərin  surətinin  təsdiqində  sənədin 

əslinə uyğunluğu qeyd olunur. Təsdiq edənin vəzifəsi, soyadı, 

tarix yazılır, məsələn ; 

Əsli  ilə  düzdür.  Dəftərxana  müdiri  (imza) 

Ə.X.Məmmədov 

və ya 


DÜZDÜR 

Dəftərxana müdiri 

(imza) R.E.Musayev 

06.01,03 

Surətçıxarma  aparatlarında  çıxarılmış  sənədlərin 

surətləri  də  eyni  hüquqa  malikdir.  Müstəsna  hallarda  təsdiq 

olunmalıdır. 



§5.3.Kargüzarlıq proseslərinin 

mexanikləşdirilməsi və avtomatlaşdırılması 

Kargüzarlığın 

mexanikləşdirilməsi 

və 


avtomatlaşdırılması üçün lazımi vasitələrin tərkibi və miqdarı 

kar-  güzarlıq  işlərinin  həcm  və  xarakterindən  asılı  olaraq 

müəyyən edilir. 

Kargüzarhq  xidməti  sahəsində  əmək  məhsuldarlığını 

yüksəltmək məqsədilə kargüzarhq proseslərinin 

-

169

-

 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə