Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə35/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   113

22.7.

 

Dövlət  qulluqçusuna  qulluq  stajına  görə 



xidmətin  ikinci  ilindən  başlayaraq  əlavə  haqq  verilir  və 

həmin  haqq  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada 

artırılır. Haqqın məbləği qanunvericiliklə müəyyən edilir. Bu 

maddə  Azərbaycan  Respublikasının  Baş  naziri  və  onun 

müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və 

onun  müavinləri,  Azərbaycan  Respublikası  mərkəzi  icra 

hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan 

Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının 

rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının 

rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur. 

22.8.

 

Dövlət 



qulluqçusu 

üçün 


hakimiyyət 

səlahiyyətinin  icrasına  görə  əlavə  haqq  təyin  edilməsi 

qaydası  Azərbaycan  Respublikasının  müvafiq  Qanunu  ilə 

müəyyən edilir. 



Maddə 22-1. Dövlət qulluqçusunun təcrübə, yeni- 

dənhazırlanma və ixtisasartırma keçməsi 

22-1.1.  Dövlət  qulluqçusunun  təcrübə,  yenidənha- 

zırlanma  və  ixtisasartırma  keçməsi  dövlət  qulluqçusunun 

əlavə peşə təhsilini təşkil edir. 

22-1.2.  Dövlət  qulluqçusunun  təcrübə,  yenidənha- 

zırlanma və ixtisasartırma keçməsi vaxtı onun qulluq stajına 

daxildir. 

22-1.3.  Dövlət  qulluqçusunun  təcrübə,  yenidənha- 

zırlanma və ixtisasartırma keçməsi üçün aşağıdakılar əsasdır: 

22-1.3.1.  dövlət  qulluğunda  daha  yüksək  vəzifəyə 

təyin edilməsi

-

123

-

 



22-1.3.2.  dövlət  qulluğunun  ehtiyat  kadrlarının 

siyahısına daxil edilməsi; 

22-1.3.3.  dövlət  qulluqçusunun  attestasiyası  və  ya 

onun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi

22-1.3.4. dövlət qulluqçusunun şəxsi təşəbbüsü. 

22-1.4.Dövlət  qulluqçusunun  təcrübə,  yenidən 

hazırlanma  və  ixtisasartırma  keçməsi  həmin  dövlət 

orqanının rəhbəri tərəfindən müəyyən edilir. 

22-1.5. Dövlət qulluqçusunun yenidənhazırlanma və 

ixtisasartırma  keçməsi  dövlət  təhsil  müəssisələri  və 

mərkəzləri tərəfindən aparılır. 

22-1.6.  Dövlət  qulluqçusu  əlavə  peşə  təhsili  almaq 

üçün xarici ölkələrə ezam edilə bilər. 

22-1.7.  Dövlət  qulluqçusunun  əlavə  peşə  təhsili 

qulluqkeçmədən  ayrılmaqla,  qismən  ayrılmaqla  və  ya 

ayrılmamaqla həyata keçirilir. 

22-1.8.  Dövlət  qulluqçusunun  əlavə  peşə  təhsilinin 

növü,  forması,  müddəti  və  maliyyə  təminatı  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən  qaydalarla 

tənzimlənir. 



Maddə 23. Dövlət qulluqçularının pensiya təmi 

natı 

23.1.


 

Dövlət  qulluqçularının  pensiya  təminatı  üçün 

əsas  və  onun  qaydası  bu  maddənin  müddəaları  nəzərə 

alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə 

müəyyən edilir. 

23.2.


 

Dövlət  qulluqçusunun  pensiyasının  məbləği 

dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin 



124



-

 


məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım 

olan xidmət illərinin minimum həddi 5 ildir. 

23.3.

 

Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya 



yaşına  çatmasına,  əlilliyinə  və  ya  sağlamlıq  imkanlarının 

məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda 

xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq 

hüququna 

malik 

olmayan 


dövlət 

qulluqçusuna 

qanunvericiliklə  müəyyən  edilmiş  miqdarda  ömürlük 

müavinət təyin edilir. 

23.4.

 

Dövlət 



qulluqçusunun 

pensiyasının 

və 

müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun 



dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun 

olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilən qaydada yenidən hesablanır. 

23.5.


 

Dövlət  qulluqçusu,  yaxud pensiyaçı  öldükdən 

sonra onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq 

hüququ  olan  ailə  üzvlərinə  pensiyanın  müvafiq 

qanunvericiliklə müəyyən edilən faizi ödənilir. 

Maddə 

24. 

Dövlət 

qulluqçularının 

mükafatlandırılması 

24.1.


 

Dövlət qulluqçusunun vəzifə borclarını yerinə 

yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət 

qulluqçularının mükafatlandırılmasınm növləri və qaydaları 

qanunvericiliklə müəyyənləşdirilir. 

24.2.


 

Dövlət  qulluqçularının  xidmətdə  peşəkarlıq 

səviyyəsinin  artması  və  vəzifə  borcuna  və  andına  sədaqəti 

dövlət tərəfindən qiymətləndirilməlidir. Onun xidmətlərinin 

dövlət tərəfindən təsdiq edilməsi «Vətənə xidmətə görə» 



125



-

 


ordeninin  üç  dərəcəsi,  «Dövlət  qulluğunda  tərqlənməyə 

görə»  medalı  ilə,  digər  orden  və  medallarla  təltif 

olunmasından,  habelə  Azərbaycan  Respublikasının  fəxri 

adlarını  almasından  ibarətdir.  Dövlət  qulluqçularının  orden 

və medallarla təltif olunması və onlara fəxri adların verilməsi 

haqqında əsasnamələr və qaydalar qanunvericiliklə müəyyən 

edilir. 

Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti 

25.1.


 

Dövlət 


qulluqçusuna 

həvalə 


olunmuş 

vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə 

yeti-  rilməməsi,  habelə  bu  qanunla  müəyyən  edilmiş 

məhdudiyyətlərə  əməl  olunmaması,  qanunda  başqa  qayda 

nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 

25.2.


 

Dövlət qulluqçusu bu qanunun 18-ci, 20-ci və 

ya  25.8-ci  maddələrində  nəzərdə  tutulmuş  tələbləri 

pozduqda,  onun  barəsində  aşağıdakı  intizam  tənbeh 

tədbirlərindən biri tətbiq edilə bilər

25.2.1.


 

töhmət; 


25.2.2.

 

bir  il  müddətinədək  vəzifə  maaşının  5 



faizindən 30 faizinədək azaldılması; 

25.2.3.


 

həmin  təsnifatdan  olan,  lakin  vəzifə  maaşı 

aşağı olan vəzifəyə keçirilməsi

25.2.4.


 

daha  aşağı  təsnifatdan  olan  vəzifəyə 

keçirilməsi; 

25.2.5.


 

ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 

25.2.6.

 

dövlət qulluğundan azad edilməsi. 



25.3.  Bu  qanunun  25.2-ci  maddəsinə  uyğun  olaraq 

intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq döv 



126

-

 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə