Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə34/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   113

19.0.

 

13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada 



dövlət  vəsaiti  hesabına  təhsil  almaq  və  müvafiq  təlim 

keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq

19.0.

 

14. qanunvericilikdə nəzərdə tutulmuş hallarda 



və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və 

ya  ailə  üzvlərinin  müalicəsi  ilə  əlaqədar  və  elmi 

məzuniyyətlər),  özünün  və  ya  ailə  üzvlərinin  əlilliyi, 

sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar 

və müavinətlər almaq. 

Maddə  20.  Dövlət  qulluğu  ilə  əlaqədar 

məhdudiyyətlər 

20.1.


 

Dövlət  qulluqçusunun  aşağıdakılara  ixtiyarı 

yoxdur: 

20.1.1.


 

dövlət  orqanlarında  əlavə  ödənişli  (əmək 

qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada  müvəqqəti 

əvəz edilməsi hallan istisna olmaqla), heç bir seçkili  və  ya 

təyinatlı vəzifə tutmağa; 

20.1.2.


 

elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, 

qulluq  keçdiyi  dövlət  orqanı  rəhbərinin  icazəsi  olmadan 

pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 

20.1.3.

 

dövlət  orqanının  və  ya  yerli  özünüidarə 



orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 

20.1.4.


 

dövlət  qulluğuna  xitam  verildikdən  sonra 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 

edilmiş  müddət  ərzində  öz  qulluq  fəaliyyətinə  aid  olan  və 

dövlət  sirri  və  ya  qanunla  mühafizə  edilən  digər  sirr  olan 

məsələlər  barədə  informasiyadan  üçüncü  şəxslərin  xeyrinə 

istifadə etməyə; 

-

119

-

 



20.1.5.

 

qulluq  keçdiyi  dövlət  orqanı  rəhbərinə 



bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə

20.1.6.


 

qulluq  vəzifələrini  icra  etdiyi  dövrdə  siyasi 

partiyaların fəaliyyətində iştirak etməyə; 

20.1.7.


 

tətillərdə və dövlət orqanlarının işini  pozan 

digər hərəkətlərdə iştirak etməyə

20.1.8.


 

dini təbliğ etmək üçün dövlət qulluqçusunun 

statusundan  istifadə  etməyə  və  dövlət  orqanlarının 

tabeliyindəki  obyektlərdə  dini  mərasimlərin  keçirilməsinə 

rəsmi xarakter verməyə. 

20.2.


 

Seçki  komissiyasının  həlledici  səs  hüquqlu 

üzvü dövlət qulluğunda ola bilməz. 

20.3.


 

Dövlət  qulluqçusu  bu  maddənin  tələblərinə 

zidd  hərəkət  etdikdə,  əgər  qanunvericilikdə  ayrı  qayda 

nəzərdə tutulmayıbsa, xəbərdarlıq  aldıqdan sonra otuz gün 

ərzində 

0

, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük 



verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində 

qulluq  keçdiyi  dövlət  orqanının  rəhbərinə  məlumat 

verməlidir. 

Maddə 21. Dövlət qulluqçuları üçün təminatlar 

21.1.


 

Dövlət qulluqçuları üçün aşağıdakılara təminat 

verilir: 

21.1.1.


 

dövlət 


qulluqçusunun 

layiqli 


həyat 

səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər

21.1.2.

 

lazımi qulluq şəraiti; 



21.1.3.

 

haqqı ödənilən məzuniyyət



21.1.4.

 

dövlət  qulluqçularının  və  onların  ailə 



üzvlərinin icbari tibbi sığortası; 



120

 - 



21.1.5.

 

təcrübə, yenidənhazırlanma və ixtisasartırma 



keçmə; 

21.1.6.


 

dövlət  orqanları  ləğv  edilərsə  və  ya  ştatlar 

ixtisara  düşərsə,  vəzifə  maaşına  və  ixtisasa  uyğun  işə 

düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəj^ə uyğun 

vəzifə tutmaqda üstünlük; 

21.1.7.


 

pensiya təminatı və dö\ lət sosial sığortası; 

21.1.8.

 

qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq 



qanunla müəyyən edilmiş qaydada sığorta; 

21.1.9.


 

icra  edilən  vəzifə  öhdəliklərinin  xarakteri 

nəzərə  alımnaqla  xidməti  nəqliyyat  və  ya  müvafiq 

kompensasiya almaq; 

21.1.10.

 

dövlət qulluqçusunun vəzifə öhdəliklərinin 



icrası  ilə  əlaqədar  olaraq  ona  və  onun  ailə  üzvlərinə  qarşı 

törədilən  zorakılıqdan,  hədələrdən  və  təhqirlərdən  dövlət 

qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi. 

21.2.


 

Çıxarılıb 

21.3.

 

Dövlət  qulluqçusu  bu  qanunda  nəzərdə 



tutulmuş hallardan başqa yalnız öz razılığı ilə 

aşağı maaşlı vəzifəyə keçirilə bilər. 

21.4.

 

Dövlət hakimiyyəti orqanlarının, habelə dövlət 



orqanları rəhbərliyinin tərkibinin dəyişməsi dövlət qulluğuna 

xitam verilməsi üçün əsas deyildir. 

21.5.

 

Çıxarılıb 



Maddə 22. Dövlət məvacibi 

22.1.


 

Dövlət  məvacibi  dövlət  qulluqçusuna  pul  ilə 

ödənilən  haqdır.  Dövlət  məvacibinin  məbləği  səlahiyyət 

həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşə- 



-

121

-

 


karlıq səviyyəsindən, qulluq stajından asılıdır. 

22.2.


 

Dövlət 


məvacibi 

vəzifə 


maaşındın, 

mükafatlardan  və  vəzifə  maaşına  əlavələrdən  (dövlət 

qulluqçusunun  ixtisas  dərəcəsinə,  qulluq  stajına  və  s.  görə 

verilən əlavələr) ibarətdir. 

22.3.

 

İnzibati  vəzifələrin  9-cu  təsnifatı  üzrə  dövlət 



qulluqçusunun 

maaşının 

məbləği 

Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  inzibati  vəzifələr  üçün 

müəyyən  edilən  minimum  vəzifə  maaşına  bərabər  tutulur. 

Yardımçı 

vəzifələrin 

6-cı 

təsnifatı 



üzrə 

dövlət 


qulluqçusunun 

maaşının 

məbləği 

Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə yardımçı vəzifələr üçün 

müəyyən  edilən  minimum  vəzifə  maaşına  bərabər  tutulur. 

Dövlət qulluqçuları üçün vəzifə maaşlarının məbləği dövlət 

qulluğu vəzifələrinin təsnifatına uyğun müəyyən edilir. 

22.4.

 

Qulluq  şəraiti  həyat  və  sağlamlıq  üçün 



təhlükəli,  yaxud  xüsusilə  ağır  olan  dövlət  orqanlarında 

vəzifə  maaşları  üçün  artıq  əmsal  müəyyən  edilir.  Əmsalın 

müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və 

onun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu 

ilə müəyyən edilir. 

22.5.


 

Dövlət  qulluqçularının  vəzifə  maaşlarına 

Azərbaycan  Respublikasının  Qanununa  müvafiq  surətdə 

yerli əmsallar müəyyən edilir. 

22.6.

 

Dövlət  qulluqçusuna  hakimi}/yət  səlahiyyəti 



vermək  barədə  qərar  qəbul  edilməsi  ilə  eyni  zamanda 

müvafiq 


səlahiyyətin 

icrasına 

görə 

onun 


üçün 

qanunvericiliklə  müəyyən  edilən  məbləğdə  əlavə  haqq 

müəyyən edilir. 

-

122

-

 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə