Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə37/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   113

edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır. 

Yoxlamanın  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  müəyyən  edilir.  Şəxsi  (ailə)  həyatın  təfsilatı 

yoxlanmamalıdır. 



Maddə 28. Dövlət qulluğuna qəbul 

28.1.


 

Dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya 

müsahibə əsasında qəbul edilirlər. 

28.2.


 

İnzibati 

vəzifələrin 

altıncı-doqquzuncu 

təsnifatlarına  uyğun  olan  vakant  vəzifələr  üzrə  dövlət 

qulluğuna  qəbul  üçün  müvafiq  icra  hakimiyyəti  orqanı 

müsabiqə  elan  edir.  Qanunvericilikdə  nəzərdə  tutulmuş 

hallar istisna olmaqla,  yalnız bir cinsin nümayəndəsi  üçün 

müsabiqənin  elan  edilməsinə  yol  verilmir.  Müvafiq  icra 

hakimiyyəti  orqanının  müraciəti  əsasında  müraciət  daxil 

olan gündən 20 iş günü müddətində müvafiq dövlət orqanı 

vakant olan vəzifələr barədə məlumatı təqdim etməlidir. 

28.3.

 

Müsabiqədə 



iştirak 

etmək 


istəyənlər 

sənədlərini  müsabiqə  elan  edilən  gündən  etibarən  30  gün 

ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. 

28.4.


 

Müsabiqə  sənədlərin  qəbulu  başa  çatdıqdan 

sonra 30 gün ərzində keçirilir və vahid test imtahanından və 

müsahibədən  ibarət  olur.  Müsabiqənin  elan  edilməsi, 

keçirilməsi  və  yekunlarına  dair  müvafiq  qərarın  qəbul 

edilməsi  qaydası  Azərbaycan  Respublikasının  müvafiq 

qanunvericiliyi ilə müəyyən edilir. 

28.5.


 

Test  imtahanından  müvəffəqij'yətlə  çıxanlar 

müsahibəyə buraxılırlar. Test nümunələri Azərbaycan Res- 

-

130

-

 



publikasımn müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş 

qaydada hazırlanır və təsdiq olunur. 

28.6.

 

Qanunvericiliklə  başqa  qayda  nəzərdə  tutul- 



madıqda,  müsabiqədən  müvəffəqiyyətlə  keçmiş  namizədlər 

dövlət  orqanının  rəhbərinə  təqdim  olunurlar.  Dövlət 

orqanının  rəhbəri  təqdim  olunmuş  namizədlərdən  birini 

seçərək  bir  il  müddətinə  stajçı  kimi  qulluğa  qəbul  edir  və 

vakant  vəzifəyə  təyin  edir.  Staj  dövründə  dövlət  orqanı 

rəhbərinin 

təyin 

etdiyi 


kurator 

stajçının 

işini 

istiqamətləndirir,  fəaliyyətinə  nəzarət  edir  və  staj  müddəti 



qurtardıqdan  sonra  stajçının  sınaq  müddəti  ilə  dövlət 

qulluğuna  qəbul  edilməsinin  məqsədəuyğun  olub-olmadığı 

barədə  tövsiyə  təqdim  edir.  Qanunvericiliklə  başqa  qayda 

nəzərdə  tutulmayıbsa,  tövsiyə  müsbət  olarsa,  stajçı  əmək 

müqaviləsi bağlamaq yolu ilə altı ay sınaq müddəti ilə dövlət 

qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti 

ərzində  qulluq  keçmənin  şərtləri  müəyyənləşdirilir.  Sınaq 

müddəti  ilə  dövlət  qulluğuna  qəbul  edilən  şəxslə  bağlanan 

əmək  müqaviləsinin  nümunəsi  müvafiq  icra  hakimiyyəti 

orqanı  tərəfindən  müəyyən  edilir.  Sınaq  müddəti  ərzində 

əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan 

sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun 

olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi 

haqqında  əmr  verir  və  onunla  müvafiq  əmək  müqaviləsi 

bağlayır.  Daimi  dövlət  qulluğuna  qəbul  edilən  şəxslə 

bağlanan  əmək  müqaviləsinin  nümunəsi  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

28.7.


 

Stajçı  kimi  qulluğa  qəbul  edilmiş  şəxs  həmin 

müddətdə  bu  qanunun  28-ci  maddəsinə  müvafiq  olaraq 

yenidən müsabiqədən müvəffəqiyyətlə keçərək yeni vəzifəyə 



-

131

-

 


təyin  edildikdə,  əvvəlki  vəzifədəki  staj  müddəti  nəzərə 

ahnır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs 

bu  Qanunun  28-ci  maddəsinə  müvafiq  olaraq  yenidən 

müsabiqədən  müvəffəqiyyətlə  keçdikdə,  əvvəlki  sınaq 

müddəti  nəzərə  aimmamaqla,  yenidən  sınaq  müddəti  ilə 

vəzifəyə təyin edilir. 

28.8.

 

Daimi  dövlət  qulluğuna  qəbul  edilmiş  və  bu 



qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna 

xitam  verilmiş  şəxslər  (yardımçı  vəzifə  tutmuş  şəxslər 

istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, 

onlar  barəsində  bu  qanunun  28.6-cı  maddəsində  nəzərdə 

tutulmuş staj və sınaq müddəti tətbiq edilmir. 

28.9.


 

«2007-2015-ci illərdə Azərbaycan gənclərinin 

xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində 

xaricdə  təhsil  almış  şəxslər  müvafiq  icra  hakimiyyəti 

orqanında  ehtiyat  kadr  kimi  saxlanılır  və  qanunvericiliyə 

uyğun olaraq, həmin orqan bu şəxslərin müsabiqədən kənar 

dövlət  qulluğuna  qəbul  edilməsi  üçün  müvafiq  dövlət 

orqanına təqdimat verir. 

28.10.

 

Daimi  dövlət  qulluğuna  qəbul  Azərbaycan 



Respublikasının  adından  müvafiq  dövlət  orqanının  sənədi 

ilə təsdiq edilir. 



Maddə 29. İnzibati vəzifələrin tutulması 

29.1.


 

İnzibati 

vəzifələrin 

birinci—beşinci 

təsnifatlarına  uyğun  olan  vəzifələrin  tutulması  müsahibə 

keçirilməklə  və  ya  qulluqda  yüksəliş  yolu  ilə  həyata 

keçirilir. 

29.2.


 

Dövlət orqanlarında (müvafiq icra hakimiyyəti 

orqanı istisna olmaqla) inzibati vəzifələrin altıncı—doqqu 

-132

 -

 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə