Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə27/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   113

Dövlət qulluğu haqqında 

Azərbaycan Respublikasının Qanunu 

I

 

fəsil. Ümumi 

müddəalar Maddə 1. Qanunun 

məqsədi 

Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu 

sahəsində  dövlətlə  dövlət  qulluqçuları  arasında  yaranan 

münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə 

bağlı məsələləri tənzimləyir. 

Maddə 2. Dövlət qulluğu 

2.1.


 

Dövlət  qulluğu  Azərbaycan  Respublikasının 

Konstitusiyasına  və  digər  qanunvericilik  aktlarına  uyğun 

olaraq  dövlətin  məqsədlərinin  və  funksiyalarının  həyata 

keçirilməsi  sahəsində  dövlət  qulluqçularının  öz  vəzifə 

səlahiyyətlərini yerinə yetirməsidir. 

2.2.

 

Bu  Qanun  icra,  qanunvericilik  və  məhkəmə 



hakimiyyətləri  orqanlarının  aparatlarında  dövlət  qulluğu 

keçən qulluqçulara şamil edilir. 

2.3.

 

Prokurorluq, 



ədliy>'ə, 

milli 


təhlükəsizlik, 

müdafiə,  fövqəladə  hallar,  sərhəd  xidməti,  daxili  işlər, 

gömrük,  vergi,  xarici  işlər  və  feldyeger  rabitəsi 

orqanlarında,  Azərbaycan  Respublikasının  Milli  Bankında 

dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi 

bu  Qanunun  Azərbaycan  Respublikası  vətəndaşlarının 

dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna 

qəbulun  müsabiqə  və  şəffaflıq  əsasında  həyata 

keçirilməsinə, dövləf qulluqçü- 



96



- 


larinin  fəaliyyətinin  qiymətləndirilməsinə  və  dövlət 

qulluğunun  digər  prinsiplərinə  aid  müddəaları  nəzərə 

alınmaqla,  Azərbaycan  Respublikasının.başqa  qanunları  ilə 

tənzimlənir  və  bu  orqanlarda  qulluq  dövlət  qulluğunun 

xüsusi növüdür. 

Bu  orqanların  (Azərbaycan  Respublikasının  Milli 

Bankı  istisna olmaqla) aparatlarında çalışan və hərbi və  ya 

xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan 

işçilər  -  xadimə,  dalandar,  bağban,  gözətçi,  ocaqçı,  ixtisas 

dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu qanun şamil 

edilir. 

2.4.


 

Bu  Qanunda  başqa  hal  nəzərdə  tutulmayıbsa,  bu 

Qanun 

Azərbaycan 



Respublikasının 

Prezidentinə, 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarına, 

Azərbaycan  Respublikasının  Baş  nazirinə  və  onun 

müavinlərinə,  Azərbaycan  Respublikası  məhkəmələrinin 

hakimlərinə,  Azərbaycan  Respublikasının  İnsan  hüquqları 

üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası 

mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların 

müavinlərinə,  Azərbaycan  Respublikası  Mərkəzi  Seçki 

Komissiyasının  sədrinə,  sədr  müavinlərinə,  katibinə  və 

üzvlərinə,  Azərbaycan  Respublikası  Hesablama  Palatasının 

sədrinə,  sədr  müavininə  və  auditorlarına,  yerli  icra 

hakimiyyəti 

orqanlarının 

rəhbərlərinə 

(başçılarına), 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, 

Naxçıvan  Muxtar  Respublikasının  Baş  nazirinə  və  onun 

müavinlərinə,  Naxçıvan  Muxtar  Respublikası  mərkəzi  icra 

hakimiyyəti  orqanlarının  rəhbərlərinə,  habelə  hərbi 

qulluqçulara şamil olunmur. 

2.5.


 

Bu  Qanun  müvafiq  icra  hakimiyyəti  orqanlarının 

tabeliyində olan müəssisələrin işçilərinə şamil edilniir. Bu 

'  ■ t. 


-

97




işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının 

Əmək Məcəlləsi ilə tənzimlənir. 

2.6.

 

Çıxanlıb 



Maddə 3. Dövlət qulluğunun əsas vəzifələri 

3.1.


 

Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılar 

dır; 

3.0.


 

1.  Azərbaycan  Respublikasının  Konstitusiyası 

və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq 

və azadlıqlarının təmin edilməsi

3.0.

 

2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında 



qərarların  hazırlanması,  qəbul  edilməsi,  icrası  və  icraya 

nəzarət edilməsi; 

3.0.

 

3. dövlət orqanlarının səmərəli fəaliyyətinin və 



dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə 

yetirilməsinin təmin edilməsi. 



Maddə 4. Dövlət qulluğunun prinsipləri 

4.1.


 

Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: 

4.1.1.

 

qanunçuluq; 



4.1.2.

 

Azərbaycan  Respublikasında  qanunvericilik, 



icra  və  məhkəmə  hakimiyyəti  orqanlarının  səlahiyyət 

hüdudlarının müəyyən edilməsi

4.1.3.

 

dövlət  orqanlarına  və  dövlət  qulluqçularına 



nəzarət və onların hesabat verməsi; 

4.1.4.


 

yuxarı  dövlət  orqanlarının  və  vəzifəli 

şəxslərin  öz  səlahiyyətləri  hüdudlarında  qəbul  etdikləri 

qərarların  aşağı  dövlət  orqanları  və  vəzifəli  şəxslər 

tərəfindən mütləq yerinə yetirilməsi

-

98




4.1.5.

 

bütün  vətəndaşların  və  vəzifəli  şəxslərin 



dövlət  qulluqçularının  qanuni  tələblərini  icra  etməyə  və 

qanuni hərəkətlərini müdafiə etməyə borclu olması; 

4.1.6.

 

dövlət qulluğuna qəbulun şəffaflığı; 



4.1.7.

 

vətəndaşların  dövlət  qulluğuna  müsabiqə  və 



müsahibə əsasında qəbul edilməsi; 

4.1.8.


 

vətəndaşların öz qabiliyyətlərinə, xidməti nai- 

liy>^ətlərinə  və  peşə  hazırlığına  uyğun  olaraq  dövlət 

qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi

4.1.9.

 

irqindən,  milliyyətindən,  dinindən,  dilindən, 



cinsindən,  sosial  mənşəyindən,  ailə,  əmlak  və  qulluq 

vəziyyətindən,  yaşayış  yerindən,  əqidəsindən,  ictimai 

birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq 

keyfiyyətlərinə  dəxli  olmayan  başqa  səbəblərdən  asılı 

olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi; 

4.1.10.


 

dövlət qulluqçularının potensialının səmərəli 

istifadəsi,  xidməti  və  peşəkarlıq  səviyyəsinin  artırılması 

məqsədi ilə onların rotasiyası; 

4.1.11.

 

dövlət  qulluqçularının  sosial  və  hüquqi 



müdafiəsi,  onların  özləri  və  ailələri  üçün  ləyaqətli  yaşayış 

səviyyəsinin təmin edilməsi

4.1.12.

 

qulluq  borcunun  yerinə  yetirilməsi  üçün 



dövlət qulluqçusunun cavabdehlik daşıması, eləcə də dövlət 

qulluqçusunun  hərəkətlərinə  görə  dövlət  orqanının 

cavabdehlik daşıması. 

4.2.


 

Dövlət  orqanlarında  siyasi  partiyaların  və 

ictimai birliklərin strukturları yaradılmır. 

4.3.


 

Dövlət  qulluqçuları  vəzifə  borclarını  yerinə 

yetirərkən  Azərbaycan  Respublikası  Konstitusiyasını, 

qanunlarım və onlara müvafiq olaraq qəbul edilmiş digər 



-

99




Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə