Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə26/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   113

1999-cu il tarixli Qanununda öz əksini tapır : 

1.

 



Polisdə xidmətə könüllülük əsasında. Şəxsi və iş 

keyfiyyətlərinə,  fiziki  hazırlığına,  sağlamlıq  vəziyyətinə  və 

təhsil  səviyyəsinə  görə  polisin  üzərinə  düşən  vəzifələri 

yerinə yetirməyə qadir olan, hərbi xidmətə getmiş və ya polis 

təhsil  müəssisələrini  bitirmiş,  yaşı  20-dən  aşağı  olmayan 

Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. 

Burada müstəsna hal kimi Azərbaycan Respublikası 

DİN-ni Polis Akademiyasına 17 yaşına çatmış şəxslər təhsil 

üçün qəbul edilirlər. Bu DİO -da xidmətə qəbul deyil, təhsil 

almaq üçün qəbul olmaqdır; 

2.

 

Polisə  xidmətə  qəbul  edilmiş  şəxslər  müəyyən 



edilmiş qaydada hazırlıq kursları keçirlər

3.

 



İkili vətəndaşlığı olan, digər dövlətlər qarşısında 

öhdəlikləri  olan  şəxslər,  din  xadimləri,  fəaliyyət 

qabiliyyətsizliyi  və  ya  məhdud  fəaliyyət  qabiliyyəti 

məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə 

görə  əvvəllər  məhkum  edilmiş,  habelə  barəsində  cinayət 

işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, 

əvvəllər  işdə  ciddi  nöqsanlara,  polisdə  xidmətlə  bir  araya 

sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam 

yararsız  olmasına,  polis  əməkdaşlarının  adma  ləkə  gətirən 

ləyaqətsiz  hərəkətlərə  görə  polisdən  və  digər  hüquq  - 

mühafizə  orqanlarından  xaric  edilmiş  şəxslər  polisdə 

xidmətə qəbul edilə bilməzlər

4.

 

Polisdə  xidmətə  qəbul  edilmiş  şəxslər  və  polis 



təhsil  müəssisələrinin  müdavimləri  hərbi  mükəlləfiyyət 

qeydiyyatından  çıxarılmır  və  Azərbaycan  Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanında  xüsusi  qeydiyyata 

salınırlar; 



93

- 



5.

 

Hər bir polis əməkdaşı təsdiq edilmiş nümayəndə 



xidməti vəsiqəsi alır; 

6.

 



Polisdə xidmətə qəbul və xidmətkeçmə qaydaları 

təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir

7.

 

Polis  əməkdaşı  vəzifəsinin  icrasına  başlamazdan 



əvvəl təntənəli şəraitdə şəxsi heyətin qarşısında Azərbaycan 

Respublikasının dövlət bayrağı önündə and içir

8.

 

Polis  əməkdaşının  səlahiyyətləri  and  içdiyi 



vaxtdan başlanır. Polis əməkdaşı onun mətnin imzalayır və 

bu sənəd onun şəxsi işində saxlanılır: 

Polis  əməkdaşlarının  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə müəyyənləşdirilmiş xüsusi rütbələr almaq 

hüququ vardır; 

9.

 



Polis əməkdaşı heç bir başqa seçimli və təyinatlı 

vəzifə  tuta  bilməz,  elmi,  pedaqoji  və  yaradıcılıq 

fəaliyyətindən  başqa  heç  bir  sahibkarlıq  kommersiya  və 

digər  ödənişli  fəaliyyətlə  məşğul  ola  bilməz,  əmək 

haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə 

görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz

10.

 

Polis  əməkdaşı  siyasi  fəaliyyətlə  məşğul  ola 



bilməz və siyasi partiyaların üzvü ola bilməz

11  .DİO-da  xidmətin  xüsusiyyətlərindən  biri  də 

attestasiyadır. Sırayi və rəis heyəti Azərbaycan Respublikası 

DİN-nin tərəfindən müəyyən edilmiş müddətlərdə bilavasitə 

rəisləri tərəfindən attestasiya olunurlar. Attestasiyada həmin 

şəxsin  xidməti  fəaliyyətinə,  onun  işgüzarlıq  və  şəxsi 

keyfiyyətlərinə,  xüsusi  hazırlıq  dərəcəsinə  əsaslandırılmış 

qiymət verilir, attestasiya olunan şəxsin xidmət üzrə gələcək 

fəaliyyəti  və  işi  barədə  verilən  tövsiyələrin  məzmunu 

göstərilir. 



-

94




Attestasiya həmin şəxslərə onların bilavasitə rəisləri 

tərəfindən  elan  edilir,  eyni  zamanda,  attestasiyanın 

obyektivliyinə, 

çıxarılan 

nəticələrin 

və 


göstərilən 

məsləhətlərin əsaslılığına görə şəxsi məsuliyyət daşıyırlar. 

12.

 

DİO-nun sıravi və rəis heyəti üçün xüsusi xidmət 



intizamı  müəyyən  edilir.  Müvafiq  Fərman  əsasında  təsdiq 

olunan DİO-nun İntizam Nizamnaməsi ilə nizama salınır; 

13.

 

Xidməti vəzifələrini yerinə yetirmək üçün DİO- 



nun  əməkdaşlarına  xüsusi  dövlət  hakimiyyət  səlahiyyətləri 

verilir.  Onlar  inzibati  və  digər  məcburetmə  tədbirlərinin, 

silahın  tətbiqinə  qədər  məcburetmə  tədbirlərini  də  istifadə 

etmək hüququna malikdirlər

14.

 

DİO-nun  əməkdaşları  üçün  öz  xidməti 



vəzifələrini yerinə yetirən zaman qanunla əlavə təhlükəsizlik 

təminatları verilmişdir

15.

 

DİO-nun xidmətinin əsas xüsusiyyətlərindən biri 



də odur ki, bu fəaliyyət inzibati-siyasi xarakter daşıyır; 

16.


 

DİO-da xidmət vahid rəhbərlik əsasında təşkil 

edilir; 

17.


 

DİO-da 


xidmətə 

ancaq 


Azərbaycan 

Respublikasının vətəndaşları qəbul edilə bilər. 

DİO-da  xidmət  işçilərdən  yüksək  xidməti  borcu  və 

məsuliyyət 

hissini, 

intizamlığı, 

əməksevərliyi, 

iş 


qabiliyyətliliyi,  təşəbbüskarlığı,  dözümlülüyü,  təmkinliliyi 

və nəzakətli olmağı tələb edir. Qanunçuluğa riayət olunması 

DİO- nun işçilərinin fəaliyyətində xüsusilə böyük əhəmiyyət 

kəsb edir. DİO-nun əməkdaşının iş mədəniyyətinə, xidmətə 

\'ə xidmətdən kənar davranışına yüksək tələblər qoyulur. 

95 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə