Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə25/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   113

Dövlət  qulluqçusu  attestasiyanın  nəticələrinin 

yekunundan Azərbaycan Respublikasının Prezidenti yanında 

Dövlət  Qulluğu  Məsələləri  üzrə  Komissiyaya  şikayət  edə 

bilər. 


Dövlət qulluğunda irəli çəkilmə 

Dövlət  qulluqçusu  daha  yüksək  dərəcəli  vəzifəyə 

təyin edilməsi və ona daha yüksək ixtisas dərəcəsi verilməsi 

üsulu  ilə,  habelə  müsabiqə  nəticəsində  dövlət  qulluğunda 

irəli çəkilə bilər. 

Dövlət  qulluğunda  irəli  çəkilmək  hüququ  dövlət 

qulluqçularının  öz  vəzifələrini  müvəffəqiyyətlə  və  vicdanla 

yerinə  yetirilməsi,  boşalmış  vəzifə  olması,  habelə  boşalmış 

vəzifənin  tələblərinə  uyğun  olaraq  təcrübə,  təkrar  hazırlıq 

keçməyin  və  ixtisasın  artırmağın  nəticələri  nəzərə  almaqla 

həyata keçirilir. 

Qulluqçunun  irəli  çəkilməsindən  imtina  edilməsi 

barədə  qanunvericilikdə  müəyyən  olunmuş  qaydada,  yəni 

yalnız  müsabiqənin  və  ya  attestasiyanın  keçirilməsi 

qaydasının pozulduğu halda şikayət etmək olar. 

Yeni  vəzifəyə  təyinat  Azərbaycan  Respublikasının 

adından həyata keçirilir və müvafiq orqanın sənədi (vəsiqəsi) 

ilə təsdiq edilir. 



89 


§4,7.Dövlət qulluğuna xitam verilməsi 

Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 

1.

 

Siyasi  vəzifə  tutan  dövlət  qulluqçusunun  istefa 



verməsi; 

2.

 



İnzibati vəzifə tutan və ixtisas dərəcəsi olan dövlət 

qulluqçusunun işdən azad edilməsi

3.

 

İnzibati  vəzifə  tutan  dövlət  qulluqçusunun  işdən 



azad edilməsi; 

4.

 



Yardımçı vəzifə tutan dövlət qulluqçusunun əmək 

qanunvericiliyinə müvafiq surətdə işdən azad edilməsi

5.

 

Azərbaycan 



Respublikası 

vətəndaşlığından 

çıxması ilə əlaqədar olaraq işdən azad edilməsi; 

6.

 



Bir  ildən  çox  müddətə  azadlıqdan  məhrum 

edilməyə səbəb olan cinayət məsuliyyətinə cəld edilməsi. 

Siyasi  vəzifə  tutan  dövlət  qulluqçusunun  istefası 

aşağıdakı formada həyata keçirilir: 

-vəzifə  səlahiyyətlərinin  müddətinin  başa  çatması 

nəticəsində istefa. Belə istefaya çıxana 12 aylıq vəzifə maaşı 

məbləğində  birdəfəlik  haqq  verilir  və  həmin  haqdan  vergi 

tutulmur; 

-vəzifəyə  seçən  və  ya  təyin  edən  orqanın  və  ya 

rəhbərin qərarı ilə icbari istefa

-vəzifəyə  seçilmiş  və  ya  təyin  etmiş  orqanın  və  ya 

rəhbərin qərarı ilə prinsipcə razılaşmamaq nəticəsində istefa: 

Siyasi vəzifə tutmuş dövlət qulluqçusunun istefası 

- 9 0 -

 



haqqında qərar qəbul edildikdən sonra ona 6 ay ərzində vəzifə 

maaşı verilir. 

İnzibati  vəzifə  tutan  və  ixtisas  dərəcəsi  olan  dövlət 

qulluqçusunun istefası aşağıdakı formada həyata keçirilir: 

-Yaş həddinə, yəni 65 yaşa çatmasına görə istefa. Bu 

cür  istefaya  çıxanlara  hesablanmış  pensiyanın  6  aylıq 

məbləği  qədər  birdəfəlik  haqq  verilir  və  ondan  vergi 

tutulmur; 

-

 

Azərbaycan  Respublikasında  müəyyən  edilmiş 



pensiya  yaşma  çatdıqda  könüllü  pensiyaya  çıxma.  Bu  cür 

pensiyaya çıxanlara hesablanmış pensiyanın 6 aylıq məbləği 

qədər birdəfəlik haqq verilir və ondan vergi tutulmur; 

-

 



Dövlət  orqanları  rəhbərlərinin  təqdimatı  ilə 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən, 

müvafiq  icra  və  məhkəmə  hakimiyyəti  orqanının  qərarı  ilə 

müvəqqəti  istefası.  Müvəqqəti  istefaya  göndərilən  dövlət 

qulluqçusu  “ehtiyatda”  olan  sayılır.  Müvəqqəti  istefa 

dövründə  ona  vəzifə  maaşı  ödənilir.  Dövlət  qulluğuna 

qayıtdıqdan  sonra  ona  əvvəlki  vəzifəsi,  yaxud  həmin 

dərəcədən olan başqa vəzifə verilə bilər

-

 

Dövlət  qulluqçusu  öz  istəyi  ilə  istefaya  çıxdıqda, 



əgər  tərəflərin  sazişində  (kontraktda)  digər  şərt  nəzərdə 

tutulmayıbsa,  dövlət  qulluqçusu  istefa  haqqında  ərizə 

verdikdən sonra üç ay ərzində qulluğunu davam etdirməlidir; 

-

 



Dövlət  qulluqçularının  yuxarı  orqanın  və  ya 

rəhbərin  qərarından  və  hərəkətindən  narazılıq  əsasında 

istefası.  İstefa  qəbul  edildikdə  dövlət  qulluqçusuna  6  ay 

ərzində maaş verilir. 

İnzibati vəzifə tutan dövlət qulluqçusunun işdən azad 

edilməsinə müvafiq orqanın rəhbərinin qərarı ilə 



-

91




aşağıdakı hallarda icazə verilir; 

-Əmək Məcəlləsində nəzərdə tutulan əsaslarla

-əgər  dövlət  vəzifəsinin  tutulması  Azərbaycan 

Respublikası Milli Məclisi deputatının statusu ilə bir araya 

sığmırsa, Azərbaycan Respublikası Milli Məclisi deputatının 

səlahiyyətlərindən əl çəkməkdən imtina etməsi; 

-dövlət qulluğundan kənarda başqa işə keçmə. 

Əmək 


müqaviləsində 

başqa 


şərt 

nəzərdə 


tutulmayıbsa, ixtisas dərəcəsi olmayan dövlət qulluqçusu öz 

istəyi ilə işdən çıxmaq barədə ərizə verdiyi gündən ən çoxu 3 

ay müddətində işdən azad edilir. 

Dövlət  qulluqçusu  öz  istəyi  ilə  və  onu  həmin 

vəzifəyə təyin etmiş rəhbərin razılığı ilə haqqı ödənilmədən 

uzunmüddətli məzuniyyətə göndərilə bilər. 

DİO-da xidmət - dövlət xidmətinin növlərindən biri 

olub,  dövlət  xidmətinə  xas  olan  əsas  xüsusiyyətlər  və 

prinsiplər  ona  da  məxsusdur.  Bununla  yanaşı,  DİO-da 

xidmət özünün spesifik xüsusiyyətlərinə malikdir ki, bu da 

daxili  işlər  orqanları  tərəfindən  həyata  keçirilən  vəzifə  və 

fıınksiyaların  xarakterindən  irəli  gəlir.  DİO-da  xidmət 

ümumi normativ aktlardan başqa, xüsusi əsasnamələrdə və 

nizamnamələrdə  tənzimlənir.  Onun  əməkdaşları  xüsusi 

tələblərə  cavab  verməlidir,  çünki  DİO-da  xidmət  yaxşı 

sağlamlığın  olması,  müəyyən  biliklərin,  yüksək  mənəvi 

tələblərə  cavab  verməlidir,  çünki  DİO-da  xidmət  yaxşı 

sağlamlığın  olması,  müəyyən  birliklərin,  yüksək  mənəvi 

keyfiyyətlərin,  hər  an  silahlı  cinayətkara  qarşı  mübarizəyə 

qalxmağa hazırlıqlı olması ilə bağlıdır. 

DİO-da  dövlət  xidmətini  keçmənin  xüsusiyyətləri 

“Polis haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 



- 9 2  


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə