Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə28/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   113

qanunvericilik aktlarını rəhbər tuturlar və siyasi partiyaların və 

ictimai birliklərin qərarlarının onlara dəxli yoxdur. 



Maddə 5, Dövlət qulluğunu idarəetmə orqanları 

5.1.


 

Azərbaycan  Respublikasında  bu  Qanunun 

tətbiqinə  nəzarəti,  dövlət  qulluğunun  normativ-metodiki 

təminatını, Azərbaycan Respublikasında dövlət qulluqçuları 

kateqoriyasına  aid  edilən  şəxslərin  siyahısını  müəyyən 

etməyi  Azərbaycan  Respublikasının  Dövlət  Qulluğunu 

İdarəetmə Şurası həyata keçirir (bundan sonra - Şura). Şura 

18  nəfər  üzvdən  ibarətdir.  Şuranın  6  üz\ai  Azərbaycan 

Respublikasının  Prezidenti  tərəfindən,  6  üzvü  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  sədri  tərəfindən,  6  üzvü  isə 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri 

tərəfindən təyin edilir. Şuranın səlahİ

5

^ətləri qanunla təsdiq 



edilən Əsasnamə ilə müəyyən edilir. 

5.2.


 

Şura  dövlət  orqanı  deyil  və  onun  üzvləri  öz 

səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər. 

5.3.


 

Şuranın  qəbul  etdiyi  qərarların  məcburiliyi 

müvafiq  dövlət  qulluqçuları  üçün  müvafiq  olaraq 

Azərbaycan  Respublikasının  Prezidenti,  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  sədri  və  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsinin  sədri  tərəfindən 

təmin edilir. 

ricilik 

Maddə 6. Dövlət qulluğu haqqında qanunve- 

Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan 

Respublikasının 

Konstitusiyasından, 

bu 

Qanundan, 



Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqa- 


-

100

-

 


vilələr,  Azərbaycan  Respublikasının  dövlət  qulluğunu 

hüquqi  cəhətdən  tənzim  edən  və  dövlət  qulluqçularının 

hüquqi  vəziyyətinin  xüsusiyyətlərini  müəyyən  edən  digər 

qanunvericilik aktlarından ibarətdir. 



II

 

fəsil. Dövlət orqanları 

Maddə 7. Dövlət orqanı anlayışı 

7.1.


 

Azərbaycan  Respublikasının  qanunvericilik 

aktları  ilə  müə}

0

'ən  edilmiş  hüdudlarda  Azərbaycan 



Respublikasının  məqsəd  və  funksiyalarını  həyata  keçirən, 

qanunvericiliyə  uyğun  olaraq  yaradılmış  və  dövlət 

büdcəsindən  maliyyələşdirilən  dövlət  qulluqçularının 

qurumu dövlət orqanıdır. 

7.2.

 

Dövlət  orqanının  bölməsi  bu  orqanın 



qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən 

edilmiş qaydada təsis olunan elə struktur hissəsidir ki, özünə 

həvalə  edilmiş  funksiyalar  çərçivəsində  həmin  orqanın 

səlahiyy^ətlərinin bir hissəsini həyata keçirir. 



Maddə 8. Dövlət orqanlarının təsnifatı 

8.1.


 

Dövlət  orqanları  öz  səlahiyyətlərinə  görə 

aşağıdakı təsnifata bölünürlər: 

8.1.1.


 

əsas 


səlahiyyətləri 

Azərbaycan 

Respublikasının  Konstitusiyası  ilə  müəyyən  edilən 

Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanları 

və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları ilə 

müəyyən edilən dövlət orqanları - müvafiq icra hakimiyyəti 

orqanı, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlə- 



l O I   -  




rinin  həyata  keçirilməsini  bilavasitə  təmin  edən  orqanlar, 

Azərbaycan  Respublikasının  Milli  Məclisi,  Azərbaycan 

Respublikasının 

Hesablama 

Palatası, 

Azərbaycan 

Respublikasının  Konstitusiya  Məhkəməsi  və  Azərbaycan 

Respublikasının 

Ali 

Məhkəməsi, 



Məhkəmə-Hüquq 

Şurasının  Aparatı,  Azərbaycan  Respublikasının  İnsan 

hüquqları üzrə müvəkkilinin (Ombudsraanm) Aparatı (1-ci 

kateqoriya dövlət orqanları); 

8.1.2.

 

əsas 



səlahiyyətləri 

Azərbaycan 

Respublikasının  Konstitusiyası  ilə  müəyyən  edilən  yuxan 

dövlət  orqanı  və  Naxçıvan  Muxtar  Respublikasının  ali 

dövlət hakimiyyəti orqanı—müvafiq icra hakimiyyəti orqanı 

və  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi  (2-ci 

kateqoriya dövlət orqanları); 

8.1.3.


 

əsas 


səlahiyyətləri 

Azərbaycan 

Respublikasının  Konstitusiyası  ilə  müəyyən  edilən  dövlət 

orqanları—  Azərbaycan  Respublikasının  apellyasiya 

məhkəmələri,  müvafiq  icra  hakimiyyəti  orqanı,  Naxçıvan 

Muxtar  Respublikasının  Ali  Məhkəməsi  (3-cü  kateqoriya 

dövlət orqanları); 

8.1.4.


 

əsas 


səlahiyyətləri 

Azərbaycan 

Respublikasının  Konstitusiyasına  əsasən  qanunla  müəyyən 

edilən dövlət orqanları— Azərbaycan Respublikası Mərkəzi 

Seçki  Komissiyasının  Aparatı,  Ağır  Cinayətlərə  dair  İşlər 

üzrə  Azərbaycan  Respublikasının  Məhkəməsi,  .Ağır 

Cinayətlərə  dair  İşlər  üzrə  Azərbaycan  Respublikasının 

Hərbi Məhkəməsi, Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan 

Muxtar  Respublikasının  Məhkəməsi,  Naxçıvan  Muxtar 

Respublikasının  ərazisində  Ağır  cinayətlərə  dair  işlər  üzrə 

hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq 

hərbi məhkəmə, Naxçıvan Muxtar Respublikasının İqtisad 



102 


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə