www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
783
Dillilərin, dilsizlərin lələsi,
Mənəm yayın, yazın, qışın çilləsi,
Bitən nə var, hər ağacın meynəsi,
Gələn gətir, gedən götür, çəkinmə.
Dedi, göy, yer, günəş, dəniz,-o mənəm,
Dilli, dilsiz; gecə, gündüz- o mənəm,
Vardır bircə sonsuz, ölməz-o mənəm,
Gələn gətir, gedən götür, çəkinmə.
***
Ahur dedi, mənə üztut oxunsun,
Tanrılaşar sözdə, işdə bir olan.
Dedi, verin tez-tez kəsin kəsipay,
Tanrılaşar sözdə, işdə bir olan.
Ölən, yoxsul, varlı gözdən keçilir,
Gördükləri işlə qalxır kiçilir,
Odev, Dincev gərəkliki seçilir,
Işə görə ölməzliyi biçilir,
Tanrılaşar sözdə, işdə bir olan.
Varlı gərək yardım edə yoxsula,
Tək bu yolla varlı yerdə sayılar,
Üztut, kəsi yer üzündə yayılar,
Tanrılaşar sözdə, işdə bir olan.
Hamı gərək doğmasıyla evlənə,
Bu yol ilə var yığılar bəllənər,
Qıraq yerə var dağılmaz bir belə,
Tanrılaşar sözdə, işdə bir olan.
Doğma alan öz varını artırar,
Gələn varı, var üstünə yatırar,
Yada gedən, gedən varı batırar,
Tanrılaşar sözdə, işdə bir olan.
Ahur belə göstəribdir düz yolu,
Ata ölsə, böyük qardaş baş olur,
Şah ölərsə, böyük oğlu şah olur,
Tanrılaşar sözdə, işdə bir olan.
***
Biri dedi:-Mən az cana qopuğam,
Belə olsa biz dönərik qoruğa,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
784
-Mən də yaxın doğmalara soyuğam,
Tanrılaşar sözdə, işdə bir olan.
Biri dedi:-Sərtüz deyən doğrudur,
-Doğrudursa, bir az kaldır, qurudur,
-Qurudursa bal gətirən arıdır,
-Sözlər bulaq suyu kimi durudur,
Tanrılaşar sözdə, işdə bir olan.
Sərtüz dedi:-Gedin bir az düşünün,
Ancaq qandan, vuruşlardan daşının,
Ahur deyən sayaq köklü dəyişin,
Tanrılaşar sözdə, işdə bir olan.
Turqər dedi:-Sərtüz deyir düzünü,
O burada tapıb sanki özünü,
Ona dikib turqlar, türklər gözünü,
Tanrılaşar sözdə, işdə bir olan.
Öz yerindən dik atıldı ataman,
Dedi:-Bəsdir, dedin qandan, qadadan,
Eşitmişik bunu Turqər atadan,
Tanrılaşar sözdə, işdə bir olan.
Bizim ölkə gündən-günə böyüyür,
Böyüdükcə bağlantılar soyuyur,
Çoxu da var bu dinclikdə uyuyur,
Tanrılaşar sözdə, işdə bir olan.
Turqər deyir, Sərtüz deyir vuruşma,
Özgəsinin işlərinə qarışma,
Ondan, bundan olacağı soruşma,
Tanrılaşar sözdə, işdə bir olan.
Mindiyarım Turan olub, dəyişir,
Orda, burda bir az da çox vuruşur,
O, Pars, Həbəş, Hindlə, Çinlə didişir,
Tanrılaşar sözdə, işdə bir olan.
Turan böyük Mindiyarın çevrəsi,
Tanrılaşıb ikiliyin hərəsi,
Iki ana, anaların nənəsi,
Tanrılaşar sözdə, işdə bir olan.
Turqər dedi:-Gün, il ötür, beciddir,
Sərtüz deyən, tanrı deyən öyüddür,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
785
Yaranışdan dolanışa keçiddir,
Tanrılaşar sözdə, işdə bir olan.
***
Turqər, Sərtüz, Turan, Başev, Əkbitən,
Ölkə çökər yoxsa əgər dibdaşı.
Turqər, Sərtüz, Turpar qaldı Başevdə,
Ölkə çökər yoxsa əgər dibdaşı.
Tunqər çox da üz vermədi Sərtüzə,
Onun ilə çox gəlmədi üz-üzə,
Inanmadı o Sərtüzə, Hörmüzə,
Hər yazıya, hər öyüdə, hər sözə,
Ölkə çökər yoxsa əgər dibdaşı.
Həbəşləri Uğureldə saxladı,
Işlərini tez-tez gedib yoxladı,
Dönük çıxan tutuqları haqladı,
Ölkə çökər yoxsa əgər dibdaşı.
Elçiçəyin göz yaşına qarışdı,
O deyənlə yalan-doğru barışdı,
Hərdən yerinc işlərindən yapışdı,
Ağsaqqalla, ağbirçəylə tapışdı,
Ölkə çökər yoxsa əgər dibdaşı.
Balasqellə döyüş söylənci
Uruyerin səsləncləri gurladı,
Hər çağırış qan-qadadır, barışdır.
Balasqelin toplumları yürüşdə,
Hər çağırış qan-qadadır, barışdır.
Qurdər çıxdı toplum ilə qabağa,
Tunqər, Turpar əl atdılar yarağa,
Onlar sağol dedi sərin yaylağa,
Hər çağırış qan-qadadır, barışdır.
-Bu Filipdir dedi Tunqa Anakar,
Acıqandır ona Turan, Mindiyar,
Sanki onu qızışdırır Parsdiyar,
Hər çağırış qan-qadadır, barışdır.
Onun gözü tanıqlıqda, vardadır,
Balasqelin el-obası dardadır,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
786
Onlar cumur yemək-içmək hardadır,
Hər çağırış qan-qadadır, barışdır.
Qurdər çıxdı qarşısına Filipin,
Yaraqlısı yaraqsızı on üç min,
Qırılırdı, azalırdı günbəgün,
Hər çağırış qan-qadadır, barışdır.
Qurdər dedi:-Filip, niyə gəlmisən,
Sən Turanı sanki sısqa bilmisən,
Onu Parsel, Balasqelə bölmüsən,
Hər çağırış qan-qadadır, barışdır.
Filip dedi:-Qayıt, sısqa, südəmər,
Çıxsın mənim qabağıma Alp, Tunqər,
Sizi nələr gözləməkdə, gör nələr,
Hər çağırış qan-qadadır, barışdır.
Qurdər dedi:-Öncə mənlə vuruş sən,
Şellənməkdə görüm kimsən, nəçisən,
Kiminkidir dənizdəki o yelkən,
Hər çağırış qan-qadadır, barışdır.
-Mən Filipəm, Balasqelin qeysəri,
Mən döyüşə çağırıram Tunqəri,
Verməlidir mənə bu boş yerləri,
Hər çağırış qan-qadadır, barışdır.
-Boş yer yoxdur, boş başlara çatası,
Bura Turan ölkəsinin ortası,
Qayıt burdan öz evinə, qadası,
Hər çağırış qan-qadadır, barışdır.
Kimsə yandan oxla vurdu Qurdəri,
Dedi, ala, budur sənin dəyərin,
Tutqunlaşdı onun gözü, təpəri,
Hər çağırış qan-qadadır, barışdır.
Şamxat çıxdı irəliyə, yaraqlı,
Üz örtülü, tunc görkəmi, papaqlı,
-Gəl vuruşaq-dedi-çapıq yanaqlı,
Hər çağırış qan-qadadır, barışdır.
Filip dedi:-Mən vuruşmam qadınla,
Rədd ol burdan qadınsayaq atınla,
Dostları ilə paylaş: |