"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə195/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   191   192   193   194   195   196   197   198   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

771 


 

 

Dediyimi orda alıb yazıllar, 



Bir yox, mənə iki sonev qazıllar, 

Həm sevirlər, həm də məndən bezirlər, 

Keçmiş günlər öyüd dolu nağıldır. 

 

Bir boyada, heydə iki torpağım, 



Ikisi də ata, ana qucağı, 

Bura ata, ora ana oymağım, 

Iki gözüm, iki əlim, ayağım, 

Keçmiş günlər öyüd dolu nağıldır. 

 

Həm orada, həm burada qonağam, 



Iki yerə doğma deyil, yamağam, 

Otdan uca qalxan vecsiz alağam, 

Iki ağzı iti olan bıçağam, 

Iki yeri birləşdirən sancağam

Keçmiş günlər öyüd dolu nağıldır. 

 

Atam orda, anam burda evlənib, 



Mənə ikidamar oğlan söylənib, 

Yolum bağlı olub, gözüm püflənib, 

Keçmiş günlər öyüd dolu nağıldır. 

 

Orda duyğu, burda uyğu gözəldir



Orda sayqı, burda qayğı gözəldir, 

 

Orda alqı, burda satqı gözəldir, 



Keçmiş günlər öyüd dolu nağıldır. 

 

Orda bilmək, burda ölmək yaxşıdır, 



Orda görmək, burda sevmək yaxşıdır, 

Orda alqı, burda satqı yaxşıdır, 

Keçmiş günlər öyüd dolu nağıldır. 

 

Ta nə deyim, böyük Tunqər bağışla, 



Alınyazım, öyləmələr, qarqışlar, 

Məni ya öy, ya da pislə, alqışla, 

Keçmiş günlər öyüd dolu nağıldır. 

 

                  



  Uğureldə döyüş söylənci 

 

 

Uğureli tapdamışdı Çinelli, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

772 


 

Yel də qapar yiyəsizdən nə gəldi. 

Təbəteldən gəlmişdilər yardıma, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

Yur qalmışdı ondan, bundan asılı, 



Getmişdilər Misirelə hamılı, 

El qancılla vuruşsa da, basılıb, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

Ana, bala, arvad, uşaq qırılıb, 



Qapı-baca, ev soyuyub, yarılıb, 

Mal-qarası Çinçayelə sürülüb

Ölən ölüb, qalanlarsa yorulub, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

Sayan, Tantan yürüş etdi azqına, 



Təbətelli basqın etdi basqına,  

Son qoysa da qanlı qorxunc qırğına, 

Çinellilər əl atdılar yanğına, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

Sayan dedi:-Bu vuruş yox qırğındır, 

Bura lapdan basqın edən satqındır, 

Uğurellə Təbət lap yaxındır, 

Bizim toplum yarı-yarı qadındır, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

Ilk vuruşda Sayan ağır yaralı, 



Qan itirib, üzü, gözü saralıb, 

Tantan ondan çox-çox düşüb aralı, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

Yanır meşə, yanır kol-kos, ev, çəpər, 



Tunq hardasan, gəl, gör nə var, gör nələr, 

Bir yaraqlın on çinliyə güc gələr, 

Tez gəl, çatdır sən özünü birtəhər, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

Heysiz Sayan dağ yoluna baxırdı, 



O, Tunqəri son uduqda çağırdı, 

Kimsə onu boğazlayıb, boğurdu, 

Tunqər gəldi, nərildəyib, bağırdı, 

Gözlərində sanki şimşək çaxırdı, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

Çinellilər eşitdilər Tunq  gəlib




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

773 


 

Ilk vuruşda acıqandan yüz ölü, 

Hamı Tunqu yenilməyən güc bilir, 

Bir qılıncla neçəsini tən bölür, 

“Qaçaq-qaçaq, gözü qanlı Tunq gəlir”, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

Sayan Tunqun qoruyaraq dalını, 



Üzdü qancıl quldurların qolunu, 

Kəsdi Çinə qaçanların yolunu, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

Çıxdı Çinin yüzbaşısı qabağa, 



Dedi:-Acıq, daraşmışıq otdağa, 

Bıçaq gəlib dayanıbdır qırtlağa, 

Çörək üçün biz qalxmışıq ayağa, 

Sarılmışıq atda-butda yarağa, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

Tunqər dedi:-Siz uğursuz quldursuz, 



Nə Çinlisiz, nə Minelli, qatırsız, 

Siz kimsizsə, içdən, çöldən qotursuz, 

Hara gəldi daraşırsız, çapırsız, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

Uğurelin yiyəsi var, eli var, 



Əkbitəndə, Uruyerdə əli var

Daşı dələn, daşdan keçən dili var, 

Acıqanı süpürtdəyən seli var, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

Al, bu oxdur, bu biridir, bu dördü, 



Yüzbaşının döş-başını ox örtür, 

-Get, sonevdə danışarsan nə gördün, 

Indi dayan səni görüm yanpörtü

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

Iki yerə parçalanır yüzbaşı, 



Sonra yerdə dığırlanır boş başı, 

Sonra göydə lapdan bir səs dolaşır: 

“Qaçın bitdi Tunqla quldur savaşı”, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

Yandı elin ev-eşiyi, taxılı, 



Çox qapılar qaldı bağlı, qapalı, 

Ancaq Turqər qovdu, qırdı qancılı, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

774 


 

Basar çıxdı Mindiyarın oğulu, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

Tunqər qırdı, qovdu, çatdı Çinçaya, 

Çıxdı onun qabağına el-oba, 

Dedilər ki, qonaq qalsın Tunq ata, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

Dedilər ki, burdan qovsun qulduru, 



Burada da onlar çox kənd yandırıb, 

Qopart bizim yaxamızdan andırı, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

Sayan Tunqu Təbətelə gətirdi, 



Onlar üç gün Tantangildə oturdu

Ayrılığı yol üstündən götürdü, 

Yel də qapar yiyəsizdən nə gəldi. 

 

       Təbətel Söylənci 



 

Təbət yolu dağdır, daşdır, kəsəkdir, 

Çətin yolla adam tapır istəyin.  

Turqər, Tunqər Təbəteldə görüşdü, 

Çətin yolla adam tapır istəyin.  

 

Yazı cənnət, qışı sərtdir qurdutək, 



Qız gülüşü boyasıda hər çiçək, 

Quşu ürkək, ayısı cod, qışı bərk, 

Çətin yolla adam tapır istəyin.  

 

Öz tanrısı, öz inamı, öz sözü, 



Nəyi varsa qonaq üçün düzülü

Türkə bənzər Təbətlinin qaş-gözü, 

Çətin yolla adam tapır istəyin.  

 

Təbət min ev, iki enli küçədir, 



Burda nə var tutumludur, incədir, 

Hərdən burda Tunqər qalır, dincəlir, 

Çətin yolla adam tapır istəyin.  

Qan içməkdən, qan tökməkdən uzaqdır, 

Qarı qalın, qızı qızılyanaqdır, 

Qar içində çiçək qucaq-qucaqdır, 

Geyim, toy, yas, elə Turansayaqdır, 

Çətin yolla adam tapır istəyin.  

 

Toy, bayramdır Turqər burda olanda




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə