"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə25/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   21   22   23   24   25   26   27   28   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

96 


 

Gözəl tanrı bulağından su içir. 

 

«Dayan, getmə, güldən gözəl Alçiçək, 



Dodaq göyçək, yanaq göyçək, üz göyçək,  

Dayan, səni yaxşı-yaxşı bir görək,  

Gözəl tanrı bulağından su içir”. 

 

*** 



Gətirdilər Turqun Şimşəkatını,  

Gözsüz qalsın gözəlliyi görməyən.  

Turq qalmışdı ağzı açıq, uyğulu,  

Gözsüz qalsın gözəlliyi görməyən. 

 

“-Tanrım, yenə sınayırsan Turqunu,  



Yaradıbsan necə bu boy-buxunu,  

Yanqu mənə unutdurur Yanqunu,  

Gözsüz qalsın gözəlliyi görməyən. 

 

Elə bil ki, bu, Yanqunun özüdür,  



Alçiçəkdir, ya Yanqunun qızıdır,  

Dad Yanqudur, duz Yanqunun duzudur, 

Gözsüz qalsın gözəlliyi görməyən.” 

 

Alçiçəyi kim gördüsə duruxdu,  



Yuxu görən adam kimi uyuxdu,  

Kim baxdısa bu gözələ, soluxdu, 

Gözsüz qalsın gözəlliyi görməyən. 

 

Sansi gəldi, dedi:-Qızım ölməyib, 



 «Ölüb» deyən çox bərk çaşıb, bilməyib,  

Onlar bizi doğru başa salmayıb,  

Gözsüz qalsın gözəlliyi görməyən. 

 

*** 



Qoşar çıxdı ortalığa lapbadan, 

Anasından gözəl ola qız gərək.  

Çala-çala o, Turqtaya yan aldı,  

Anasından gözəl ola qız gərək. 

Ata, ana nə var verir qızına,  

Duz qatırlar qızlarının duzuna,  

Sevgi baxmır qarasına, bozuna, 

Anasından gözəl ola qız gərək. 

 

Atan yaxşı, anan yaxşı, Alçiçək,  



Çıx ortaya, oyna, atıl-düş görək,  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

97 


 

Bu gözəllik һaradandır, bir görək,  

Anasından gözəl ola qız gərək. 

 

Mən bilirəm, sən Yanqudan qalmasan,  



Minel, Çinel sevgisindən olmasan,  

Qızılgülsən, yoxsa yumru almasan,  

Anasından gözəl ola qız gərək. 

 

Atan yaxşı, anan yaxşı, a ceyran,  



Çox igidsən, çox qorxmazsan sən yaman,  

Durub bizə baxma belə uzaqdan, 

Anasından gözəl ola qız gərək. 

 

*** 



Turqun döyüş səsləncləri gurladı,  

Yarağını götür, yüyür irəli,  

Sansi yenə yerinc oldu bu yerdə, 

Yarağını götür, yüyür irəli. 

 

Alçiçəyin çırtdamışdı çiçəyi,  



Ərən kimi güclü idi biləyi,  

Bir Turq idi, bir Uğurel diləyi,  

Yarağını götür, yüyür irəli. 

 

Yola düşüm, mən Çinçaya yollanım,  



Qız dedi ki,-Atım oddan çullanıb,  

Çaylar üstən, dağlar üstən tullanım, 

Yarağını götür, yüyür irəli. 

 

Gedim deyim Çin xaqanı Manmənə,  



Hindellilər yürüş edib, bil, sənə,  

Çıx Təbətdə sən onların önünə,  

Yarağını götür, yüyür irəli. 

 

Turq dedi ki,-De Manmənə bu axşam,  



Hindellini mən arxadan vuraram,  

Güc deyəni üç-üç, beş-beş qıraram,  

Yarağını götür, yüyür irəli. 

 

*** 



Turq iki yol arasında asılı,  

Söz, yol gərək iki başlı olmasın.  

«Bu qız getsin, ya getməsin Çinçaya», 

Söz, yol gərək iki başlı olmasın. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

98 


 

Bu, Yanqudur, Alçiçəyin donunda,  

Bu, gözəldir min-min qızın yanında,  

Yanqu qanı, Tuncay qanı qınında,  

Söz, yol gərək iki başlı olmasın. 

 

Bu, Yanqudur, dönüb yeni bir gülə,  



Alçiçəkdi, dönüb gəlib Minelə,  

Bu gözəllik kimsədə yox bir belə,  

Söz, yol gərək iki başlı olmasın. 

 

Qoy getməsin, yolda onu tutarlar,  



Bu gözəli dustaqlığa qatarlar,  

Döyüb, döyüb son gününə çatarlar,  

Söz, yol gərək iki başlı olmasın. 

 

Yox, qoy getsin! Yox, getməsin Alçiçək!  



O getmişdi, Quşat iti bir külək,  

İki yana qırıq daşlar səpərək,  

Söz, yol gərək iki başlı olmasın. 

 

*** 



Turqun döyüş səsləncləri gurladı,  

Hamı birdən tərpənərsə, basardır.  

Yer tərpəndi, dağ titrədi yerində,  

Hamı birdən tərpənərsə, basardır. 

 

Turq çağırdı Dədədüzü arada,  



Dedi:-Get, gör qız nə edir orada,  

Üç gün qabaq toplum keçib buradan,  

Hamı birdən tərpənərsə, basardır. 

Atlar çapdı, atsızlarsa yüyürək, 

Daldan çataq acıqana biz gərək,  

Yoxsa Çinçay qan içində üzəcək,  

Hamı birdən tərpənərsə, basardır. 

 

Budaqlandı iki yerə toplumlar,  



Acıqana iki yandan vuruş var,  

Qoy Çinçaya arxa dursun Mindiyar,  

Hamı birdən tərpənərsə, basardır. 

 

Bu səs çatdı Manayyurda, Tuncərə,  



Tuncər dedi Manayqıza, Cumərə,  

Yayda ox tək sıçraq olaq biz gərək,  

Hamı birdən tərpənərsə, basardır. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

99 


 

*** 


Quşat çapdı, getdi  gündə yüz ağac,  

Gecə  düşcək yola çıxmaz tək atlı.  

Hərdən gecə  at da çapdı Alçiçək,  

Gecə  düşcək yola çıxmaz tək atlı. 

 

Çuqçuyacan yollar aydın, düpbədüz,  



İkinci gün çatdı ona Dədədüz,  

Yaxınlaşdı Alçiçəyə o, gündüz,  

Gecə  düşcək yola çıxmaz tək atlı. 

 

Qız tanıdı Dədədüzü, dayandı,  



Tək ürəyi işıqlığa boyandı,  

Kim olsa da kişi qıza һayandı,  

Gecə  düşcək yola çıxmaz tək atlı. 

 

Dedi:-Yanqu, һara belə gedirsən,  



Qız söylədi:-Mən Çinçaya gedirəm, 

-Ancaq yaman tələsirsən sən, nədən,  

Gecə  düşcək yola çıxmaz tək atlı. 

 

Qız söylədi:-Qan gözləyir Çinçayı,  



Yürüşdədir Hindin neçə alayı,  

Manmən yaxın adamıdır Turqtayın,  

Gecə  düşcək yola çıxmaz tək atlı. 

 

*** 



-Sən gözəlsən, Yanqu, necə incəsən,  

Qızlarındır gözəlliklə incəlik,  

Mən Yanqu yox, Alçiçəyəm, ay oğlan, 

Qızlarındır gözəlliklə incəlik. 

 

Yanqu mənim anam olub, keçinib,  



Sevgi yeyib, yaxıb onun içini, 

O daşıyıb sonevinə köçünü,  

Qızlarındır gözəlliklə incəlik. 

 

-Bəs sən necə, sən birini sevirsən? 



-Yaşım azdır, ancaq bilmək istəsən, 

Mən bu yaşda böyük Turqu sevirəm,  

Qızlarındır gözəlliklə incəlik. 

 

On il qabaq onu gördüm at üstdə,  



Qaplanlara bənzəyirdi o, üzdən,  

Sanki günəş boylanırdı dənizdən,  




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə