"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə24/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   20   21   22   23   24   25   26   27   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

92 


 

Turq bükülü oturmuşdu yay sayaq,  

Göz qoymuşdu ona gələn һər qonaq,  

Ağrıyerdə oturanlar susarlar. 

 

*** 


Sansi gəldi, didik geyim içində,  

Eldə basıq uca tutmaz başını,  

Dedi qırıb dağıtdılar, çapdılar, 

Eldə basıq uca tutmaz başını. 

 

Yaşıldaşlar ovuğunu aldılar,  



İçimizə qarğa kimi doldular,  

Biz basıldıq, onlar basar oldular,  

Eldə basıq uca tutmaz başını. 

___________ 

*Yas yeri 

Sansi dedi, Turq dinlədi, tutuldu,  

Göz bərəldi, qara qaşlar çatıldı, 

Birdən çıxdı at üstünə atıldı,  

Eldə basıq uca tutmaz başını. 

 

Dedi:-Burda bardaş qurmaq düz deyil,  



Çıxsın yola toplum-toplum  Uğurel, 

Çıxa bilməz əlimizdən ovuqyer,  

Eldə basıq uca tutmaz başını. 

 

«Bacar» adı qulağımda sırğadır,  



Bu ad doğma Uğurelə arxadır,  

Biz qaplanıq, acıqanlar qarğadır,  

Eldə basıq uca tutmaz başını. 

 

*** 



Yer titrədi tərpənəndə Şimşəkat,  

İgid atı, qılıncıyla diridir.  

El bu sayaq görməmişdi Turqtayı,  

İgid atı, qılıncıyla diridir. 

 

Dalda qaldı ağac-ağac doğmalar,  



Yola düşdü toplum-toplum yorğalar,  

Yol göstərdi Turqa ellər, obalar,  

İgid atı, qılıncıyla diridir. 

 

At çapdıqca göyə torpaq sovrulur,  



Daldakılar Turqdan çox-çox ayrılır, 

Şimşəkatsa sıçradıqca qıvrılır,  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

93 


 

İgid atı, qılıncıyla diridir. 

 

Turq donmuşdu, görməmişdi belə at,  



Atda bunca sıçraq-sıçraq qol-qanad,  

Şimşəkatım, dırnağınla yer qanat, 

İgid atı, qılıncıyla diridir. 

 

Şimşəkatım, uç, dağları aşginən,  



Dırnağınla daşda şimşək saçginən,  

Basar-keçər yollarını açginən,  

İgid atı, qılıncıyla diridir. 

 

*** 



Hindel toplum göndərirdi Çinçaya,  

Şaһlar gərək boş-boşuna durmaya. 

Əzilmişdi Uğureldə burunu,  

Şaһlar gərək boş-boşuna durmaya. 

 

Yeni qırğın demək idi bu oyun,  



Toplumların yüz mindən çox var sayı,  

Uzanırdı, enlənirdi yol boyu, 

Şaһlar gərək boş-boşuna durmaya. 

 

Turq dayandı, bir azcana düşündü,  



Qılınc çəkib döyüşməkdən daşındı, 

O gözlədi, meşəliyə sığındı,  

Şaһlar gərək boş-boşuna durmaya. 

 

Meşələri bürümüşdü çən, duman,  



Üz-üzəydi qaplan, maral, qurd, dovşan,  

Toplumları gəlib çatdı bir azdan,  

Şaһlar gərək boş-boşuna durmaya. 

 

Dedi:-Durun, Hindellilər sovuşsun,  



Toplumlarım bu yerlərə uyuşsun,  

Qılıncından һamı bərk-bərk yapışsın,  

Şaһlar gərək boş-boşuna durmaya. 

 

*** 



Turq dincəldi, çıxdı qaplan ovuna,  

Ova çıxan ova dönər özü də.  

Düşdü birdən üstü bağlı quyuya,  

Ova çıxan ova dönər özü də. 

 

O gözlədi, çox da səs-küy salmadı,  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

94 


 

Çox əlləşdi, çox dırmaşdı, olmadı,  

Güc tükəndi, һayı-һeyi qalmadı,  

Ova çıxan ova dönər özü də. 

 

Acıqanlar bundan soraq tutdular,  



İlişkənli ip üstünə atdılar,  

Sonra onu yuxarıya dartdılar,  

Ova çıxan ova dönər özü də. 

Qolu bağlı, qıçı bağlı vurdular,  

Böyük Turqu һeydən salıb yordular,  

Əzişdirib döş-başını qırdılar, 

Ova çıxan ova dönər özü də. 

 

Dartıb, dartıb gətirdilər qabağa,  



Dedilər ki, Turqu saldıq qoruğa,  

Soxulmayın daһa bizim torpağa,  

Ova çıxan ova dönər özü də. 

 

 



          Alçiçək söylənci 

 

Birdən Quşat lap yaxında kişnədi,  



Yüz at içrə at səsilə tanınar.  

Bir qız atın üstdə qılınc tovlayır, 

Yüz at içrə at səsilə tanınar. 

 

Dedi:-Gəldim kəsim Turqun başını,  



Mən qoymaram daş üstündə daşını,  

Qan alıbdır yan-yörəni, qarşını,  

Yüz at içrə at səsilə tanınar. 

 

Onlar һələ tərpənməmiş yerindən,  



Qız «һay» dedi, qız «һoy» dedi dərindən, 

Üç baş vurdu qılınc ilə o, birdən,  

Yüz at içrə at səsilə tanınar. 

 

Sonra Turqun əl-qolunu açdı o,  



Sonra onu qucaqladı, qucdu  o, 

Günəş kimi sanki işıq saçdı o, 

Yüz at içrə at səsilə tanınar. 

 

Turq qışqırdı:-Yanqu, dayan, bu sənsən?! 



Dayan, sənin gül üzünə baxım mən, 

Qayıdıbsan öz yerinə yenidən,  

Yüz at içrə at səsilə tanınar. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

95 


 

 

*** 



Qız söylədi:-Alçiçəyəm, Yanqu yox,  

Mən Yanqunun artasıyam, sorğu yox,  

Anam kimi ürəyimdə qorxu yox,  

Yüz at içrə at səsilə tanınar. 

 

Gəldim gördüm neçə toplum yığıbsan,  



Uğureldən Hindel yönə çıxıbsan,  

Şimşəkatla şimşək kimi çaxıbsan,  

Yüz at içrə at səsilə tanınar. 

 

Mindim, çapdım iti-iti Quşatı,  



Yolda duman, duman içrə çən qatı,  

Gəldim, səni tutanlardan öc aldım,  

Yüz at içrə at səsilə tanınar. 

 

Turq baxırdı gülə-gülə, nə bilmək, 



Bu igid qız Yanqu ola, Alçiçək,  

Yanqu olsa bu gözəllə nə etmək,  

Yüz at içrə at səsilə tanınar. 

 

“Yanqu, niyə aldadırsan məni sən?  



Ola bilər Yanqu deyil, Dintisən,  

Düz söz çıxsın, gülüm, o gül dilindən,  

Yüz at içrə at səsilə tanınar.» 

 

*** 



Bu nə idi Yanqudan da gözəldi,  

Gözəl tanrı bulağından su içir.  

Alçiçək qız Yanqudan da sevimli,  

Gözəl tanrı bulağından su içir. 

 

Boy-buxunu, qaşı-gözü Yanqudur,  



İpək saçı, güzgü üzü Yanqudur,  

Başdan-başa qızın özü Yanqudur,  

Gözəl tanrı bulağından su içir. 

 

Sözü ipək, dodaqları al ipək,  



Qonub sanki at üstünə kəpənək,  

Alçiçəksə, onda Yanqu nə demək,  

Gözəl tanrı bulağından su içir. 

Çəkimlidir qara güzgü baxışı,  

Tərpənişi ürəklərə yapışır,  

Elə bil ki, süd bal ilə qarışıb,  




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə