www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
843
Yaxşı işlə, işdən adam qocalmaz.
Ahur sizə yardım olar, çağırsaz,
O burdadır, burda yağış yağırsa,
O burdadır, qoyun, inək doğursa,
Yaxşı işlə, işdən adam qocalmaz.
Qurban kəsin, tez-tez dua oxuyun,
Üç yol döğar onda inək, mal, qoyun,
Sözdən yazı, yundan paltar toxuyun,
Yaxşı işlə, işdən adam qocalmaz.
Böyük ocaq evi tikin Muğeldə,
Siz “Odinam” olmusunuz əzəldən,
Od bayramı üç yol olur bir ildə,
Yaxşı işlə, işdən adam qocalmaz.
***
Sərtüz tez-tez tanrılıqdan danışır,
Yazan gedir, əl yazması yaşayır.
Yazıları iki ata yük olub,
Yazan gedir, əlyazması yaşayır.
Sərtüz Muğdan gəlmə-dönmə Türk idi,
Qaralama yazıları çirk idi,
Belə yazar Turan boyu tək idi,
Hərflər xırda, muncuqsayaq tük idi,
Yazan gedir, əlyazması yaşayır.
Sərtüz çıxdı səfərlərə arada,
Yazıları qaldı Tusda, Parsada,
Az qaldı ki, it-bat olsun burada,
Yazan gedir, əlyazması yaşayır.
Yazıları Tus oxuya bilmirdi,
Fars dilinə onlar uyğun gəlmirdi,
Çox yazını heç oxumaq olmurdu,
Yazan gedir, əlyazması yaşayır.
Ov söylənci
Uruyerin səsləncləri gurladı,
El çağırsa, dala baxma, get, tələs.
Çiçaylılar hücum çəkib Muğelə,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
844
El çağırsa, dala baxma, get, tələs.
Dörd min ağac yoldur, çoxdur, hər nədir,
Tunq Muğelə beş min atlı yeridir,
Sonra müdhiş səslə deyir, əmr edir:
-Mindəbirə yardım getsin Eldəbir,
El çağırsa, dala baxma, get, tələs.
Elçiçəyin tez-tez halı dolaşır,
Hərdən-birdən ürəyi də bulaşır,
Dinmir, ancaq öz içində alışır,
El çağırsa, dala baxma, get, tələs.
Tunq deyir ki, çıxaq ova, çap-çapa,
Yolda, yalda, cığırlarda at çapaq,
Meşəlikdə maral güdək, ov tapaq,
El çağırsa, dala baxma, get, tələs.
Yalvar-yaxar axlamsınıb Elçiçək,
Deyir:-Gedək biz Alana baş çəkək,
Şah olsa da ona arxa, el gərək,
El çağırsa, dala baxma, get, tələs.
Unutmuşuq biz Alanı büstbütün,
Istəyirsən yola düşək lap bu gün,
Pay aparaq, sovqat, qızıl, onunçun,
El çağırsa, dala baxma, get, tələs.
Yollarda da ov var, ovlaq, od-ocaq,
Maral, ceyran, nə istəsən olacaq,
Belə səfər, ərim, yadda qalacaq,
El çağırsa, dala baxma, get, tələs.
-Gedsək əgər, yol dolanbac, yol uzaq,
Bu ölkəni onda kimə tapşıraq,
Düşmən bilib ölkə üstə çapacaq,
El çağırsa, dala baxma, get, tələs.
Eldəbiri göndərmişəm Muğelə,
Əl çəkməyib o yerlərdən Çin hələ,
Mindəbirlə verəcəklər əl-ələ,
Acqanı da döndərərlər çoçilə,
Son qoyarlar oralarda müşkülə,
El çağırsa, dala baxma, get, tələs.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
845
***
Ov geyimi geydi, çıxdı Elçiçək,
Gözəl itir gözəlliklər içində.
Götürmədi Turqər ağır yaraqlar,
Gözəl itir gözəlliklər içində.
Ov səsləyib, ov qovanlar sırada,
Qurddan dönmə itlər səpik burada,
Xalça, cecim yükü gedir arada,
Hazır yemək, qıyma ətdən, çolpadan,
Tunq, Elçiçək at səyirdir ortada,
Gözəl itir gözəlliklər içində.
Dərin dərə, yastı təpə, sıx meşə,
Çıxır ordan, burdan kəndli görüşə,
Itlər cumur quş, quzuya, çəpişə,
Gözəl itir gözəlliklər içində.
Səhər tezdən günəş hələ doğmayıb,
Qurd-quş hələ yuvasından çıxmayıb,
Ovalıqda hələ səs-küy qalxmayıb,
Gözəl itir gözəlliklər içində.
Tunqər:
-Elçiçəyim, bəlkə qalıb yadında,
Yuxuluydun, çaya düşdün atından,
Biz isindik, yatdıq çırpı odunda,
Yataq otdan, mitəkkəmiz odundan,
Gözəl itir gözəlliklər içində.
***
Ürkmüş maral birdən yola sıçradı,
Arvad ilə çıxma ova, bacarsan.
Oxla vurdu Tunq maralı əlbəhəl,
Arvad ilə çıxma ova, bacarsan.
Maral yola çırpılaraq helləndi,
Gördü bunu arvad, başı hərləndi,
At üstündə ağac kimi yelləndi,
Arvad ilə çıxma ova, bacarsan.
Qulluqçular qaçıb ona çatdılar,
Elçiçəyi at üstündən dartdılar,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
846
Atdan aşan zaman onu tutdular,
Arvad ilə çıxma ova, bacarsan.
Dedi:-Maral ovu yaman ağırdır,
Maral gözəl, həm də çox-çox ağırdır,
Son nəfəsdə sanki məni çağırdı,
Arvad ilə çıxma ova, bacarsan.
Tunq dedi ki, Elçiçəyim sarsılıb,
Qız ürəyi onun tükdən asılı,
O həmişə icəliyə qısılıb,
Hər canlıya tale bir cür yazılıb,
Arvad ilə çıxma ova, bacarsan.
Qorxu hissi Elçiçəkdə artırdı,
Bu hiss onu haralara dartırdı,
Kölgə olub onla birgə yorturdu,
Arvad ilə çıxma ova, bacarsan.
Sonra duydu bir üzüntü özündə,
Çəkilmədi ölən maral gözündən,
Öc var idi o heyvanın səsində,
Arvad ilə çıxma ova, bacarsan.
Axşamacan hay-küy, səs-küy, bəyirti,
Dörd bir yanda eşidilən nərilti,
Bir də ölgün, qırıq-qırıq inilti,
Göydə süzən, oxdan qalxan vıyıltı,
Arvad ilə çıxma ova, bacarsan.
Turparın ölüm söylənci
Tusər yeni böhtan atdı Turpara,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Dedi, Turpar Seta ilə sevişib,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Sona gəldi, söydü, döydü Setanı,
Doğru sandı cavan ana böhtanı,
Bu, pis günə qoydu Besyar ananı,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Turpar şahı alışdırdı bu böhtan,
Kar vermədi yal-yalvarış, and-aman,
Dostları ilə paylaş: |