£ , /'w vəli Əliyev



Yüklə 7,26 Mb.
Pdf görüntüsü
səhifə5/42
tarix19.07.2018
ölçüsü7,26 Mb.
#56620
1   2   3   4   5   6   7   8   9   ...   42

rilmişdir.  Çıxıntı  şəklində  qulplar və  batıqlar bu  dövr gil  qabları üçün 
səciyyəvidir. Bəzi qabların üzəri boyalarla naxışlanmışdır.
Bu  dövrdə  toxa  əkinçiliyinin  inkişafı  əsasında  əhalinin  maddi 
təlabatı ödənilm işdir.  Oturaq əkinçi tayfalar sümük toxalar,  obsidan və 
çaxmaq  daşından  oraq dişləri,  quraşdırma oraqlar,  dən daşları,  həvəng 
və dəstələrdən istifadə etmişlər.
Eneolit dövründə Qarabağda m üxtəlif  arpa, buğda növləri becə- 
rilmişdir. Əkinçiliyin yüksək inkişafı maldarlığın təkam ülünə səbəb ol- 
muşdur. Maldar tayfalar iribuynuzlu (öküz, inək) və xırdabuynuzlu hey- 
vanlar (qoyun, keçi və s.) bəsləm işlər.  İribuynuzlu mal-qaramn inkişafı 
getdikcə əkinçilik təsərrüfatınm  inkişafına təsir etmiş və onun xarakteri 
dəyişmişdir.
Eneolit  dövrü  Qarabağ  tayfalarınm  özlərinə  məxsus  adət- 
ənənələri,  dini-ideoloji görüşləri olmuşdur.  Dəfnetm ə torpaq qəbirlər- 
də və qism ən küp qəbirlərdə aparılmışdır. Ölülərin üzərinə qırmızı oxra 
(həyatrəm zi olaraq) səpmişlər.
Eneolit  dövründən  etibarən  Qarabağ  tayfalarmın  Cənubi  Azər- 
baycan, M esopotam iya ilə iqtisadi-m ədəni əlaqələri yaranmışdı. Qara- 
bağ eneolit abidələrindən əldə olunmuş keramika və bəzək əşyaları ilə 
İkiçayarası-Ubeyd abidəsindən tapılan keramikanın oxşarlığı bu əlaqə- 
ləri sübut edir. Bu iki qədim m ədəniyyət ocaqlarının qarşılıqlı iqtisadi- 
m ədəni  əlaqələri  Cənubi  Qafqazda  ilkin  oturaq  əkinçilik  m ədəniyyə- 
tinin inkişafma m üsbət təsir göstərmişdir.





\  
C'i
27
QARABAĞ  TUNC 
DÖVRÜNDƏ 
İlk tunc dövrü.
Dünyanın  ilkin  metallurgiya  ocaqlarmdan  biri  olan  Qarabağda 
e.ə.  IV m inillikdən  etibarən m etalişləmə  sahəsində  mühüm yeniliklər 
baş vermişdir.
Sənətkarlar  m isdən  fərqli  olaraq  yeni  keyfıyyətli  metal  -  tuncu 
k ə ş f etmişlər. Onlar misin tərkibinə sürmə, mərgümüş, nikel və s.  qarı- 
şıqlar qatmaqla əldə edilən tuncun davamhlığmı, möhkəmliliyini artır- 
mışlar. Tunc dövrü e.ə. IV minilliyin II yarısmdan başlamış və e.ə. II mi- 
nilliyin sonlarınadək davam etmişdir.
Bu dövrdən etibarən məhsuldar qüvvələrin inkişafı və istehsal mü- 
nasibətlərində əsaslı dəyişikliklər yaranmış, təsərrüfatın m üxtəlif sahə- 
lərində intensiv təkam ül prosesi getmişdir.
A zərbaycanın  əsas  qədim  m etallurgiya  ocaqlarından  biri  olan 
Qarabağda  tunc  dövrü  bir  neçə  inkişaf  m ərhələlərindən  keçmiş  və 
burada ardıcıl  şəkildə  bir-birini  əvəz edən yüksək  m ədəniyyətlər ya- 
ranmışdır.
Qarabağın tunc dövrünün ilk m ərhələsi e.ə. IV minilliyin II yarısı - 
III  minilliyi əhatə etmişdir. Bu dövr üçün Kür-Araz arxeoloji  mədəniy- 
yəti səciyyəvidir.
Tunc  dövrünün  ikinci  inkişaf m ərhələsi  -  orta  tunc  dövrü  e.ə. 
X X III-X IV  əsrləri əhatə edir. Qarabağda orta tunc dövründə ilkin şəhər 
m ədəniyyəti yaranmışdır.
Tuncdövrününinkişafetm işson  m ərhələsində  (e.ə. XIII-VII əsr- 
lər) Qarabağda Xocalı m ədəniyyəti inkişaf tapmışdır.
Kür-Araz  m ədəniyyətinin  ilkin  yaranma  ocaqlarından  biri  Qara- 
bağ olmuşdur.  Bu  m ədəniyyət e.ə.  IV  minilliyin  II  yarısından  etibarən 
qədim Azərbaycan  sərhədlərindən keçərək Ön  Asiya-Suriya,  Fələstin 
ərazilərində  yayılmışdır.  Görünür  qədim  şum erlərlə  bir  səviyyəyə 
yüksələn  Qarabağ  tayfaları  Kür-Araz  m ədəniyyətinin  miqrasiyasında 
həlledici rol oynamışlar. M ədəniyyətin yaradıcıları və daşıyıcıları Araz 
çaymdan cənubdakı  ərazilərdə daha geniş miqyasda məskunlaşmışlar. 
Bu prosesdə Qarabağm m aldar tayfaları aparıcı rol oynamışlar.








Ğ
28
İlk tunc dövründə qədim  Qarabağ əhalisi intensiv olaraq artmış və 
bir çox yeni m əskənlər salmışlar.  Bu m əskənlər əkinçilik Və maldarlıq 
üçün strateji baxım dan daha əlverişli  sahələrdə salınmışdır.  Qarabağın 
Kür-Araz  m ədəniyyəti  yaşayış  yerlərində,  binaların  inşasında  eneolit 
memarlıq  ənənələri  davam  etdirilmiş,  yaşayış  evləri  dairəvi  və  ya 
düzbucaqlı planda, bünövrələr çay daşlarından, divarlar çiy kərpicdən ti- 
kilmişdir.  Bəzi yaşayış m əskənlərinin (Q araköpəktəpə) ətrafı müdafıə 
divarları ilə  əhatələnm işdir.
Evlərin  qızdırılmasında  orta  hissədə və künclərdə xüsusi  gildən 
hazırlanan nal şəkilli və öküz başı formalı ocaqlar qurulmuşdur.
İlk  tunc  dövründə  Qarabağ  tayfalarmın  əkinçilik  və  maldarlıq 
təsərrüfatlarında çox mühüm, əsaslı texniki dəyişikliklər baş vermişdir.
/•“ N 

>
Qaraköpəktəpə və Günəştəpədən 
tapılmış  erkən tunc dövriinə 
aid gil ocaqları.






Ğ
29
Xış əkinçiliyi.
Əkinçilik  m ədəniyyətində  yeni  texnika  tətbiq  olunmuş,  toxa  əkin- 
çiliyini xış əkinçiliyi əv əz etmiş, bunun nəticəsində daha geniş münbit 
torpaq sahələri becərilm iş, təsərrüfatın bu sahəsində məhsuldarlıq xeyli 
artmış, əhalinin güzəram , sosial təminatı yaxşılaşmışdır.
Taxılın  biçilm əsində  quraşdırma  və  tunc  oraqlardan,  sünbüldən 
çıxarılması  üçün  daş  və  taxta  vəllərdən  istifadə  olunmuşdur.  Arpa  və 
buğda  dən  daşları  (uzunsov,  oval,  qayıqvari),  həvəng  və  dəstələr 
vasitəsilə əzilmiş, üyüdülmüş, yarma və un məhsulları emal edilmişdir. 
Taxıl ehtiyatları quyularda və iri həcmli küplərdə saxlanılmışdır.
Kür-Araz  tayfalarının  iqtisadiyyatında  əkinçiliklə  yanaşı  mal- 
darlıq  təsərrüfatı  mühüm yeri  tutmuşdu.  Düzən  və dağətəyi  ərazilərdə 
yaşayan maldar tayfalar Qarabağın dağlıq ərazilərindo (Laçın, K əlbəcər 
və  s.) alp yaylaqlarında köçm ə, yaylaq  maldarlığı  ilə məşğul  olmuşlar. 
M aldarhqda iribuynuzlu heyvanlar (öküz,  inək və s.) və xırdabuynuzlu 
heyvanlar (qoyun, keçi və s.) bəslənilirdi. Atçılığın inkişafı köçmə mal- 
darlığının  inkişafına  böyük  təsir  etmişdir.  Q araköpəktəpə  yaşayış  ye- 
rindən (Füzuli rayonu) çoxlu mal-qara, davar və at sümükləri əldə edil- 
məsi bunu sübut edir.
Maldarlar əkinçilərə nisbətən tez varlanmışlar və Kiçik Qafqazın 
qonşu  regionlarındakı  geniş  yaylaqları  m ənim səm işlər.  Varlı  maldar 
tayfa  başçılarına  m əxsus  qəbir  abidələri  üzərində  ucalan  m öhtəşəm  
kurqanlar, əldə olunan zəngin m addi-m ədəniyyət nüm unələri bu dövr- 
də yaranmış əmlak bərabərsizliyini, tayfa daxilində olan  sosial-ictimai


Yüklə 7,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə