£ , /'w vəli Əliyev



Yüklə 7,26 Mb.
Pdf görüntüsü
səhifə6/42
tarix19.07.2018
ölçüsü7,26 Mb.
#56620
1   2   3   4   5   6   7   8   9   ...   42







Ğ
30
təbəqələşm əni  göstərir.  Qarabağın  tayfa  başçılarının  zən g in   kurqan 
abidələri (Mil düzü,  Üçtəpə kurqanları) onların dəbdəbə ilə d ə fn  olun- 
masmdan xəbər verir. İlk tunc dövründə Qarabağ tayfalarının təsərrüfat 
həyatında,  sənətkarlığın  m üxtəlif  sahələri  (dulusçuluq,  m etalişləm ə, 
toxuculuq, göndərişləm ə, daş və sümükişləmə) m ühüm  rol oynayırdı.
Erkən tunc dövrünün dulusçuluq məmulatları.
Dulus  çarxınm  tətbiqi  nəticəsində  keramika  istehsalında  böyük 
yüksəliş  olmuşdur.  Kür-Araz  m ədəniyyəti  dövründə  istehsal  olunan 
çoxçeşidli  gil  qabların  keyfiyyəti  yaxşılaşmış,  bədii  tərtibatına  xüsusi 
diqqət yetirilmişdir.  Qara,  boz,  qırmızı  cilalı  keram ika m əm ulatlarm ın 
üzərləri  maraqlı  (cızma,  konnelyurlama,  basma  və  yapm a  üsullarla) 
simvolik  m əzm un  kəsb  edən  piktoqrafik  naxışlarla  bəzədilm işdir. 
Yarımşar  formalı  qulplar və  m üxtəlif süjetli  həndəsi  naxışlar  bu  dövr 
dulusçuluq m ədəniyyəti üçün səciyyəvidir.
Qarabağın  ilk  tunc  dövrü  tayfaları  ən  m ühüm   nailiyyətlərini 
m etalişləm ə sahəsində qazanmışlar. Q araköpəktəpə tunc dövrü yaşayış 
m əskənindən  m etalişləm ə  texnalogiyasının  bütün  m ərh ələlərin i  əks 
etdirən zəngin arxeoloji m ateriallar- butə, parç, qəlib, şlaklar ə ld ə  edil- 
mişdir.
Xankəndi  və Xaçınçay kurqanlarından əldə  olunm uş  qızıl  bəzək 
əşyalarını sənətkarlar ilk tunc dövründə əlvan m etaldan istifadə edərək 
daha yüksək nailiyyətlər qazanmışlar.
Qarabağda ilk tunc dövründə bəzi yaşayış m əskənləri sənətkarlıq 
m ərkəzi kimi inkişaf tapmış və sənətkarlıq mühüm bir təsərrüfat sahəsi 
kimi formalaşmağabaşlamışdır.






Ğ
31
Erkən tunc dövrünün metalişləmə alətləri.
Metal  m əm ulatları  ilə yanaşı  ayrı-ayrı  təsərrüfat sahələrində daş 
və  sümük alətlərdən geniş  istifadə olunmuşdur.  Odur ki,  daşişləm ə və 
sümükişləmə sənət növləri də  inkişaf etmişdir.
Sənətkarlığın çox mühüm sahələrindən  biri  toxuculuq olmuşdur. 
Yaşayış yerlərindən əldə edilən əyrici əm ək alətləri - iy başlıqları (əsa- 
sən sümükdən) bunu sübut edir. Toxuculuq üçün əsas xammal mənbəyi 
xırdabuynuzlu  heyvanlardan  (davarlar)  alınan  yun  və  qəzil  olmuşdur. 
Maldarhqdan  əld ə  edilən  gön-dəri  dəriişləm ə  peşəsinin  inkişafina 
şəraityaranmışdır.
İlk tunc dövründə Qarabağ tayfalarının  iqtisadi-mədəni əlaqələri 
daha geniş miqyas almışdır.
Qarabağın  qədim   əhalisinin  maddi  m ədəniyyəti  üçün  səciyyəvi 
olan ən qiymətli m ənbələrdən biri K əlbəcər rayonu ərazisində, Tərtər- 
çayın yuxarı  axarında yerləşən Azyurdu,  Taxta,  İstisu, Zalxa, Gəlinqa- 
ya, Çaxmaq qaya,  Ayıcınqılı  adlanan dağlıq sahəsində izlənən  ilk tunc 
dövrünə  aid  qayaüstü  təsvirlər  və  piktoqrafık  işarələrdən  ibarət  abi- 
dələrdir.
Qarabağm  ilk  tunc  dövrü  tayfalarının  həyat  tərzinin  öyrənil- 
məsində  qəbir abidələri xüsusi elmi əhəm iyyət kəsb edir. Dağlıq və dü- 
zən ərazilərində çoxsaylı kurqan abidələri mövcuddur. Qədim  Qarabağ 
sakinləri ölünü (cəsədi) torpaq və daş qutu tipli qəbirlərdə  dəfn  etdik- 
dən  sonra  onların  üzərində m üxtəlif kurqanlarucaltm ışlar. Yerləşdiyi








Ğ
32
sahəyə  uyğun  olaraq  ilk  tunc  dövrünə  aid  X ankəndi  kurqanı  qum   v e  
çınqıldan, daşlardan, Ü çtəpə kurqanları daş və torpaqdan quru lm u şd u r. 
Xankəndi,  Xaçınçay  (N»4  və  N»5)  Borsunlu  (N»12)  kurqanlarında  k r e -  
masiya  (ölüyandırma)  adətinə  rast  gəlinm işdir.  Kurqanlarda  q ırm ız ı 
oxraya təsadüf olunmuşdur.  Bu  kurqanlarda  ( X ankəndi Ne  103,  1 1 9 ; 
XaçınçayN® 1,3;  BorsunluN «7,1 2 ) kollektiv dəfnetm ə olmuşdur.
Qarabağın m öhtəşəm  kurqanlan üçün səciyyəvi xüsusiyyət q ə b i r  
kamerasına giriş yolunun olmasıdır. Bu qəbir abidələrində dəfn a d ə tlə - 
rinin eyni  xarakter daşıması  Qarabağın  qədim  əhalisinin vahid co ğ rafl 
məkanda eyni iqtisadi və m ədəni həyat tərzinə malik olması ilə bağlıdır. 
Avadanlıq  etibarı  ilə  zəngin  olan  kurqanlar  tayfa  başçılarma,  sə rk ə r- 
dələrə, kahinlərə və icmanın varlı təbəqəsinin nüm ayəndələrinə aiddir.
İlk tunc dövründə qədim əhalinin dünyagörüşündə, bədii təfəkkü- 
rünün inkişafmda yeniliklər baş verm işdir.  Bu axirət dünyasma inam la 
bağlı qəbir abidələrinin qurulmasında (kurqanlar), dəfn m ərasim lərinin 
icrasında (ölüyandırma, kollektiv dəfnetm ə, qəbrə m əişət avadanlıqla- 
rının qoyulması) özünü göstərir.
Qarabağın Xankəndi, Xaçınçay,  Borsunlu,  Ü çtəpə kurqanlarında 
izlənən dəfn adətləri, İnciçay, G əncəçay, Şəm kirçay (Şamxorçay) höv- 
zələri də daxil olmaqla Şəki bölgəsinə q ə d ə r geniş ərazilərdə müşahidə 
olunur.  Bu  cəhət  həm in  ərazilərdə  m əskunlaşan  ilk  tunc  dövrü  əha- 
lisinin  etnik  m ənşəcə  bir-birinə  yaxın  qədim   türk  tayfalan  olduğunu 
sübutedir.






Ğ
33
O rta  tunc dövrü.
r
unc dövründə Qarabağda m əhsuldar qüvvələrin sürətli inkişafı 
təsərrüfatın  bütün  sahələrində,  xüsusilə  də  m etalişləm ədə, 
dulusçuluqda  yüksəlişə  səbəb  oldu.  B elə  intensiv  inkişaf pro- 
sesi  orta  tunc  dövründə  yeni  təkam ülə  səbəb  oldu.  Qarabağm  Naxçı- 
vanla, Ön Asiya, eləcə də Yaxın Şərq ölkələri ilə ticarət əlaqələri artmış 
və bu diyarda şəh ər tipli m ərkəzlər yaranmışdır. E.ə. XIII-XV əsrlərdə 
Qarabağda yaşayan kiçik tayfalar bu m ərkəzlər ətrafında birləşərək iri 
tayfa  ittifaqları  yaratm ışlar.  Üzərliktəpə,  G öytəpə,  Çinartəpə,  Qara- 
köpəktəpə,  G ünəştəpə,  X antəpə, Uzuntəpə,  M eynətəpə,  Şomulutəpə, 
Kültəpə,  N ərgiztəpə,  A ğtəpə,  Toxmaqtəpə,  Böyüktəpə,  Düyütəpəsi, 
Gərtəpə,  Çaqqallı  təpə  və  s.  tunc  dövrü  yaşayış  yerlərində  aparılan 
arxeoloj i tədqiqatlar bunu sübut edir.
Oturaq  əkinçi  və m aldar tayfalara məxsus  olan bu yaşayış yerlə- 
rindən, eləcə də onlara məxsus qəbir abidələrindən əldə olunmuş mad- 
di-m ədəniyyət  nüm unələri  Qarabağda  yaşamış  orta  tunc  dövrü  əha- 
lisinin təsərrüfat həyatının, m əişət m ədəniyyətinin, dini-ideoloji görüş- 
lərinin yüksək sivilizasiya səviyyəsinə  çatdığım göstərir.
Qaraköpəktəpənin  tunc dövrü miidafıə divarları.


Yüklə 7,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə